elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 февраля 2015 г.

Əliyeva Fəridə Sabit qızı

Əliyeva Fəridə Sabit qızı 16 sentyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun uşaqlıqdan rəsmə böyük marağı var idi.
Fəridə hazırda Sabunçu rayon Maştağa qəsəbəsindəki 108 saylı tam orta məktəbdə təhsil alır. O dəfələrlə çəkdiyi gözəl rəsmlərə görə H.A.Abbasov adına Mədəniyyət Evi tərəfindən diplomlara layiq görulub. 2014-cü ildə Ramana qəsəbə Mədəniyyət evində ''Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü'' ilə əlaqədar ''Narkomaniya uşaqların rəsmində'' adlı sərgidə H. Abbasov adına Mədəniyyət Evinin rəssamlıq kursunun tələbəsi olan Fəridə ən yaxşı rəsm işinə görə diplomla təltif edilib.
“Ən yaxşı gül-çiçək kompozisiyası” nominasiyası üzrə Sabunçu rayonu 108 saylı məktəbin VIII sinif şagirdi olan Fəridə ''Qırmızı güllər'' adlı kompozisiyasına görə fərqlənmə diplomu almışdır.
Fəridə 26 iyul 2014-cü ildə orta məktəb şagirdləri arasında “Zərərli vərdişlər əleyhinə rəsm müsabiqəsi” layihəsində iştirakına görə Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri J. Cəfərova tərəfindən fəxri fərmanla təltif edilmişdir.
Bacarıqlı şagirdimiz 30 sentyabr 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş Gül bayramında fəal iştirakına görə təhsil aldığı məktəbin direktoru tərəfindən diplomla təltif olunmuşdur.
Bir sozlə Fəridə bu qabiliyyəti, bacarığı ilə həm ailəsinin, həm ona dərs deyən, dəstək olan müəllimlərin fəxrinə çevrilib.

2 февраля 2015 г.

Ağazadə Mahirə Elçin qızı

 
 
 
 
 
 

 
 
Ağazadə Mahirə Elçin qızı 23 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Mahirə  yaşıdlarına nisbətən tez gəzib, tez danışıb. Uşaq vaxtlarından idmanla maraqlanırdı. Televizorda idman verilişləri ilə daha çox maraqlanırdı.
Məktəbə gedənə qədər yazıb oxumağı bacarırdı. Anası və xalaları tərəfindən öyrədilmişdi. 2-3-cü siniflərdən idmanla daha çox maraqlanmağa başlamışdı. Televizorda daha çox idman verilişlərinə baxırdı. Və buna görə də idmançı olmaq istəyirdi. Orta təhsilini elə yaşadığı qəsəbədə yerləşən İ. Muradov adına  237 saylı məktəbdə almağa başlayır. Bütün dərslərini yaxşı oxuyur. Texniki fənlərlə daha çox maraqlanırdı. Buna görədə 1-ci ixtisas qrupuna sənəd verdi və qəbul oldu. Ən sevimli fənləri: riyaziyyat, kimya və fizika fənləri idi.
Mahirə idmançı olmağına  baxmayaraq   məktəbin bütün tədbirlərində (riyaziyyat gecəsi, frankafoniya gecəsi və məktəbin bütün idman yarışları) fəal iştirak edirdi. Ona tapşırılan vəzifələri layiqincə yerinə yetirirdi. Həyatının ən unudulmaz tarixi ermənistanın qadınlardan   ibarət futbol üzrə yığma komandasına vurduğu qol olub. Bu hadisə ilə əlaqədar dəfələrlə televizorlarda, radiolarda,  idman qəzetlərində geniş şəkildə işıqlandırılıb.
 Əldə etdiyi uğur və nailiyyətlərə görə özünü ailə üzvlərinə və 237 saylı məktəbin idman müəllimi Əliyev Ramiz müəlimə, milli yığma komandanın baş məşqçisi Tibilov Boris müəllimə və Milli yığmanın vitse-prezidenti Abdullayev Telman müəllimə borclu hesab edir.
Mahirə idmanla məşğul olmağa başlayan vaxtdan ən böyük arzusu  ermənistan yığma komandasına qol vurmaq idi və o,  buna nail oldu. 2007-ci il oktyabrın 2-si idman karyerasının zirvəsi və sonu oldu. Mahirə bu günə qədər ermənıstanın  qadınlardan ibarət futbol üzrə milli yığma komandasına qol vuran yeganə azərbaycanlı idi.
O, ixtisasca mühəndis texnoloqdur. Azərbaycan Mamarlıq və İnşaat Universitenin bakalavr pilləsini 2013-cü ildə bitirmiş və  həmin ildə də magisrtaturaya qəbul olub. Hazırda II kurs magistraturada təhsil alır.
Mahirə asudə vaxtlarında əsasən  kitab oxumağı, musiqi dinləməyi,  internetdən məlumat əldə etməyi və televizora baxmağı xoşlayır .

 Gələcəkdə öz ixtisası üzrə yaxşı   mütəxəssis olmaq  arzusundadır.

Şükürov İbrahim Kamil oğlu

Şükürov İbrahim Kamil oğlu 19 may 2004-cü ildə Bakı şəhərində anadan olub.
Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı M. Dilavər adına məktəbə gedib. Hazırda həmin məktəbdə oxuyur.
İbrahim körpəlikdə sakit, sözəbaxan uşaq olub.
Məktəbə getməzdən əvvəl 74 saylı uşaq bağçasına  gedib. Uşaqlıqda ən çox sevdiyi məşğuliyyət rəsm çəkmək idi. Üç yaşında ilk dəfə özünə məxsus akvariumda balıqlar rəsmini çəkmişdi. Məktəbə getməzdən əvvəl evdə hərfləri,rəqəmləri yazmağı öyrənmişdi.
Solaxay olmasına baxmayaraq hərfləri,rəqəmləri yazmaqda müəllimini incitməyib.
Dərslərini əla oxuyur. Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat, idman, ingilis dili, informatika-bir sözlə hər fənni özünə məxsusluğuna görə sevir.Məktəbdə keçirilən tədbirlər də iştirak edib.
İbtidai sinifdə keçirilən tədbirdə ilk rolu "Xan və Vəzir" nağılında vəzir rolu olub. Ətrafda oturub izləyənlər 7 yaşı olmasına baxmayaraq bu rolun öhtəsindən gəlməyinə heyran qalmışdılar
II sinifdə Novruz bayramı tədbirində kosa rolunun da öhtəsindən asanlıqla gəlib. Həmin tədbirdə "Naz eləmə" rəqsini həmkarı ilə gözəl ifa edib.
IV sinifi qurtarmaq münasibətilə keçirilən tədbirdə müəllim rolunun öhtəsindən asanlıqla gəlib. Valideynləri və ibtidai sinif müəlliminə özünü borclu sayır onların dəstəyi,köməyi sayəsində bütün uğurlarını əldə etdiyini düşünür. Atasına oxşamaq - ən yüksək zirvəyə yüksəlmək istəyir. Məktəblər arasında keçirilən olimpiyadalarda iştirak etmək istəyir. Televiziyada keçirilən bilik yarışmalarında çıxış etmək istəyir. Məktəbinin nümunəvi, əlaçı şagirdləri arasında adının ön sıralarda hallanmasını istəyir. Solaxay olmağına baxmayaraq bütün bu naliyyətlərə yiyələnmək istəyir.
Gələcəkdə cərrah olub, çox canları qurtarmaq,onların yaxınlarının üzündəki sevinci, təbəssümü görmək ən böyük istəyidir. Bir sözlə xalqına, vətəninə layiqli övlad olmaq istəyir.
İbrahimin arzusu cərrah olmaqdır. İbtidai sinifdə "böyüyəndə kim olmaq  istərdiniz?" mövzusunda yazdığı inşadan sonra bu fikrə düşüb. Həmişə cərrah görəndə onların əlləri  diqqətini cəlb edib.O əllərə baxanda fikirləşirmiş  ki,görəsən bu əllər nə qədər canlar qurtarıb.
Asudə vaxtlarını  komputerin qarşısında keçirir.
Müxtəlif cizgi filmlərinə, televiziyada keçirilən bilik yarışlarına baxır. Astronomiya ilə bağlı mövzularla maraqlanır.
Gələcəkdə vətəninə layiqli övlad olmaq,universitetə daxil olmaq, prezident təqaüdü almaq, vətəninin keşiyində vətən qarşısında öz borcumu layiqincə yerinə yetirib,sağ salamat əsgərliyini başa çatdırmaq,şəxsi evinin, maşınının olmasını istəyir.

Biz də İbrahimə müvəffəqiyyət diləyib, Azərbaycanın adı çəkilmiş nümunəvi cərrahlarından  biri olmağı arzu edirik.

1 февраля 2015 г.

Nəsirov Samir Azər oğlu

Samirin adını babası qoyub. Körpəlikdə şıltaq, əylənməyi çox sevən, olduqca enerjili uşaq olub. 6 yaşında valideylərindən xəbərsiz idman məşqlərinə qoşulub Samir.
Samir Azər oğlu Nəsirov 18 may 2002-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində dünyaya gəlib. Təhsilini Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə alır. Samir 4 yaşından hərfləri tanıyırdı, anası ona hecalara bölüb oxumağı da öyrətmişdi. Hazırda dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri biologiya və riyaziyyatdır.
Samir həyatının ən maraqlı günü kimi Bərdə rayonunda milli qəhrəman Mübariz İbrahimovun şərəfinə keçirilən yarışı qeyd etdi. Həmin yarışda boks idman növü üzrə I yerin qalibi olub. Qeyd edək ki Samir boks idmanı ilə məşğul olur. Müəllimi olimpiya çempionu Vüqar Ələkbərovun məşqçisi Rəşid Məmmədovdur.
Əldə etdiyi qələbələrə baxmayaraq, Samir olduqca təvazökar uşaqdı. Özü haqqında qətiyyən yüksək fikirdə deyil. Samir haqqında diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, iştirak etdiyi beynəlxalq yarışlarda xarici dövlətlərdən olan idmançılarla ünsiyyət qurur və Qarabağın ta qədimdən Azərbayacan torpaqları olduğunu, ermənilərin qəsbkar xislətini həmsöhbət olduğu uşaqlara ingilis dilində çatdırır. Samirin ingilis dilini təmiz bilməsinə səbəb nənəsi Ofelya xanım olub. Ofelya Quliyeva kübar bir xanım, mehriban nənə olması ilə bərabər, həm də savadlı xarici dil müəllimidir.
Samir əldə etdiyi uğurlara görə özünü Allaha və atasına borclu sayır. Həyatda sevimli atası Azər bəyə oxşamaq istəyir və arzu edir ki, valideynləri hər zaman onunla fəxr etsin.
Gələcəkdə insan hüquqlarını qorumaq üçün hüquqşünas olmağı hədəfləyib Samir Nəsirov. Ən böyük arzusu olimpiya çempionu olub, üçrəngli Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq və himnimizi bütün dünyaya ayaq üstə dinlətməkdir.

Samirin öz ünvanına eşitmək istədiyi üç söz: vətənpərvər, çempion, hüquqşünas sözləri oldu. İnanırıq ki zamanla Samir bu sözləri öz ünvanına eşidər, həm ailəsini, həm onu sevənləri, artıq indidən canından artıq sevdiyi vətəni Azərbaycanı sevindirər.