Şükürov İbrahim Kamil oğlu 19 may 2004-cü ildə Bakı şəhərində
anadan olub.
Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı
M. Dilavər adına məktəbə gedib. Hazırda həmin məktəbdə oxuyur.
İbrahim körpəlikdə sakit, sözəbaxan uşaq olub.
Məktəbə getməzdən əvvəl 74 saylı uşaq bağçasına gedib. Uşaqlıqda ən çox sevdiyi məşğuliyyət rəsm
çəkmək idi. Üç yaşında ilk dəfə özünə məxsus akvariumda balıqlar rəsmini çəkmişdi.
Məktəbə getməzdən əvvəl evdə hərfləri,rəqəmləri yazmağı öyrənmişdi.
Solaxay olmasına baxmayaraq hərfləri,rəqəmləri
yazmaqda müəllimini incitməyib.
Dərslərini əla oxuyur. Azərbaycan dili, ədəbiyyat,
tarix, riyaziyyat, idman, ingilis dili, informatika-bir sözlə hər fənni özünə məxsusluğuna
görə sevir.Məktəbdə keçirilən tədbirlər də iştirak edib.
İbtidai sinifdə keçirilən tədbirdə ilk rolu "Xan
və Vəzir" nağılında vəzir rolu olub. Ətrafda oturub izləyənlər 7 yaşı
olmasına baxmayaraq bu rolun öhtəsindən gəlməyinə heyran qalmışdılar
II sinifdə Novruz bayramı tədbirində kosa rolunun da
öhtəsindən asanlıqla gəlib. Həmin tədbirdə "Naz eləmə" rəqsini həmkarı
ilə gözəl ifa edib.
IV sinifi qurtarmaq münasibətilə keçirilən tədbirdə müəllim
rolunun öhtəsindən asanlıqla gəlib. Valideynləri və ibtidai sinif müəlliminə
özünü borclu sayır onların dəstəyi,köməyi sayəsində bütün uğurlarını əldə
etdiyini düşünür. Atasına oxşamaq - ən yüksək zirvəyə yüksəlmək istəyir. Məktəblər
arasında keçirilən olimpiyadalarda iştirak etmək istəyir. Televiziyada keçirilən
bilik yarışmalarında çıxış etmək istəyir. Məktəbinin nümunəvi, əlaçı şagirdləri
arasında adının ön sıralarda hallanmasını istəyir. Solaxay olmağına baxmayaraq
bütün bu naliyyətlərə yiyələnmək istəyir.
Gələcəkdə cərrah olub, çox canları qurtarmaq,onların
yaxınlarının üzündəki sevinci, təbəssümü görmək ən böyük istəyidir. Bir sözlə
xalqına, vətəninə layiqli övlad olmaq istəyir.
İbrahimin arzusu cərrah olmaqdır. İbtidai sinifdə
"böyüyəndə kim olmaq istərdiniz?"
mövzusunda yazdığı inşadan sonra bu fikrə düşüb. Həmişə cərrah görəndə onların əlləri diqqətini cəlb edib.O əllərə baxanda fikirləşirmiş ki,görəsən bu əllər nə qədər canlar qurtarıb.
Asudə vaxtlarını
komputerin qarşısında keçirir.
Müxtəlif cizgi filmlərinə, televiziyada keçirilən
bilik yarışlarına baxır. Astronomiya ilə bağlı mövzularla maraqlanır.
Gələcəkdə vətəninə layiqli övlad olmaq,universitetə
daxil olmaq, prezident təqaüdü almaq, vətəninin keşiyində vətən qarşısında öz
borcumu layiqincə yerinə yetirib,sağ salamat əsgərliyini başa çatdırmaq,şəxsi
evinin, maşınının olmasını istəyir.
Biz də İbrahimə müvəffəqiyyət diləyib, Azərbaycanın
adı çəkilmiş nümunəvi cərrahlarından
biri olmağı arzu edirik.
Комментариев нет:
Отправить комментарий