elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 апреля 2015 г.

Həzrət Elçin oğlu Əliyev

Uşaqlıqda məntiqi oyunlara xüsusi maraq göstərən Həzrət bir çox həmyaşıdları kimi oxuyub-yazmağı bacarmayıb. Buna baxmayaraq anası Mətanət xanım ona saymağı, bir çox şeir və nağıllar öyrətmişdir.
Həzrət Elçin oğlu Əliyev 8 sentyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Hazırda o, Bülbülə qəsəbəsindəki 226 saylı orta məktəbin əlaçı şagirdlərindəndir. Dərslərini əla oxuyan Həzrət riyaziyyat fənnini xüsusi ilə çox sevir. O, çalışqan, əlaçı və nümunəvi bir şagird kimi fərqləndirilərək diplom və fəxri fərmanlara layiq görülmüşdür. II sinifdə oxuyarkən Azərbaycan dili və riyaziyyat fənlərindən əldə etdiyi uğurlara görə fəxri fərmanla təltif olunmuşdur. Daha sonra III sinfi başa vurarkən əla qiymətlərlə bitirdiyinə və nümunəvi davranışına görə fəxri fərmana layiq görülmüşdür.
Həzrət asudə vaxtlarında idmanla məşğul olmağı və internetdən əlavə maraqlı məlumatlar toplamağı xoşlayır. Qohumu olan həkim cərrahla tanışlıq onun gələcəkdə nə ilə məşğul olmasını indidən müəyyən etmiş onun həyatında mühüm rol oynamışdır. Belə ki, Həzrət IV sinfi əla qiymətlərlə başa vurmağı, daha sonra Bakıdakı ən yaxşı liseylərdən birinə daxil olmaq, bununla da təhsilini təkmilləşdirərək Tibb Universitetinə daxil olmağı arzulayır. O, savadlı, peşəkar həkim kimi yetişərək vətəninə, xalqına faydalı bir şəxsiyyət olmağa çalışır.
Onun idealı cərrah həkim olan qohumudur: “Rəhim əmim kimi yaxşı həkim olmaq istərdim. O, mənə dedi ki, həkim olmaq üçün bütün dərslərini yaxşı oxumalısan”.
Bundan başqa Həzrət gözəl şəkillər çəkməyi bacarır. Bu, onun sevimli məşğuliyyətlərindən biridir. Dərslərini əla qiymətlərlə oxuması ilə yanaşı məktəbin ictimai həyatında da yaxından iştirak edir. Yaşıdları arasında keçirilən müsabiqəqlərdə, kompozisiyalarda uğurla iştirak edir. Vətənpərvərlik ruhunda böyüyür. Belə ki, vətətnpərvərlik yönümündə hazırlanan tədbirlər, layihələr, müsabiqələr onun üçün mühüm əhəmiyyət kəsb edir. Onun potensialına, çalışqanlığına yaxından bələd olan insanların ona olan inamları böyükdür. Həzrətdə bu inamı doğrultmaq üçün var qüvvəsi ilə səylə çalışır.

1 апреля 2015 г.

Həsənov Yusif Murad oğlu

Yusif körpəlikdə sakit, ağıllı, yaraşıqlı uşaq olub. Şeir deməyə, futbola, üzgüçülüyə böyük həvəsi olub. Məktəbə gedənə qədər bəzi hərfləri yazmağı anası tərəfindən öyrənmişdi, rəqəmləri saymağı bilirdi.
Həsənov Yusif Murad oğlu 4 mart 2006-cı ildə Bakı şəhərində anadan olub. İlk təhsilini  humanitar fənlər təmayüllü məktəb liseydə alıb. Hazırda 269 nömrəli orta məktəbdə oxuyur.
Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili, oxu, riyaziyyat, həyat bilgisidir.
Yusif məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Əlifba bayramında, Yeni il şənliyində yaxşı şeir söyləyib.
Həyatının ən maraqlı günləri təhsilində uğurlu addımlar atdığı günlərdir. Belə ki, I və II siniflərdə dərs ilini müvəffəqiyyətlə başa vurduğu üçün tərifnamə  təltif olunub. Eyni zamanda maraqlı keçən doğum günləri və üzgüçülükdəki uğurları da Yusif üçün yaddaqalan günlərdəndir.
Əldə etdiyi uğur və nəailliyyətlərə görə  müəllimləri Aysel  xanıma və Turanə xanıma özünü borclu bilir.
Gələcəkdə hüquq mühafizə orqanlarında işləmək arzusundadır. Yusif bu peşəyə uşaqlıqdan xüsusi maraq göstərir.
Asudə vaxtlarını səmərəli keçirməyi sevir. Riyaziyyatla məşğul olur, şəkil çəkir yaxud bədii ədəbiyyat mütaliə edir.
Yusif vətənpərvər övladlarımızdan biridir. Ən böyük istəyi də məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olub  istədiyi peşəyə yiyələnmək daha sonra əsgərliyə gedib Vətənin keşiyini çəkməkdir. Əsgərliyini müvəffəqiyyətlə başa vurduqdan sonra isə dövlət xidmətində işləmək, ailəsinə, xalqına, vətəninə layiqli övlad olmaq arzusundadır.

İranə Gündüz qızı Hüseynzadə

 
Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri də İranə Gündüz qızı Hüseynzadədir. İranə 2002-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, İranə körpəlikdə hamıdan fərqlənmişdir. Onun ağıllı cavabları, yaşıdları arasında öz fikirlərini aydın söyləməsi hamını təəccübləndirib.
Məktəbə gedənə qədər İranə  hazırlıq kurslarına gedib, kurs müəllimi Ülviyyə xanımın köməyi ilə artıq əlifbanı oxuya bilir, bütün şeirləri əzbər söyləyirdi. Hazırlıqda keçirilən bütün tədbirlərdə iştirak edib. İranə artıq üç yaşına keçəndə kitablara maraq göstərir, kitabın şəkillərinə baxıb maraqlı fikirlər söyləyirdi.Onda kitablara marağı babası oyatmışdı.
İranə Yasamal rayonu A. Ağaverdiyev adına 31 saylı orta məktəbin VI sinfində təhsil alır.
Dərslərini çox yaxşı oxuyur, müəllimlərinin, valideynlərinin etibarını hər zaman doğruldur. Ən sevdiyi fənlər riyaziyyat, ədəbiyyat, biologiya, coğrafiya, tarixdir.
İranə məktəbdə keçirilən Novruz, Yeni il şənliklərində fəal iştirak edir. 2014-cü ildə 22 mayda sinifləri tərəfindən İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan "  əsəri səhnələşdirildi  və İranə bu tamaşada Xurşidbanu Natəvan rolunu ifa etdi.
2015-ci ildə tarix elmləri namizədi Məmmədova Aidənin rəhbərliyi ilə keçirilən "Xocalı Soyqırımı"da İranə şeirlər söylədi. İranə 2015-ci ildə martın 3 də "Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır" loqosu altında keçirilən intellektual yarışda qalib gəlib, diplomla təltif olunmuşdur. Əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir.
İranənin ən böyük arzusu gələcəkdə həkim olmaqdır. O, Zərifə Əliyevanın həyat və fəaliyyətini öyrəndikdən sonra bu sənətin vurğunu olub.
İranə asudə  vaxtlarında kitab oxumağı çox sevir. İncəsənətin  ən gözəl sahəsi olan rəssamlıq onu həmişə özünə cəlb edib. Onun fikrincə tarixin yaddaşında yaşamaq üçün insan həmişə yaxşı işlər görməlidir.
Arzusu, məqsədi böyük olan İranəyə biz də uğurlar arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Eynullayeva Məsumə

Eynullayeva Məsumə 2005-ci ilin aprel ayinin 14-də İran İslam Respublikasının Qum şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərindəki Əliaga Vahid adına 193 saylı tam orta məktəbdə alıb. Sevdiyi və fəallığına görə seçildiyi fənlər, riyaziyyat və təsviri incəsənət, texnalogiya fənləri olub. Onun həyəcanlı vəsevdiyi məqamlar rüblik qiymətlərinin yazıldığı an idi. O həmdə şeir söyləmək qabiliyyətinə malik idi. Məsumənin hobbilərinin siyahısında rəsm çəkmək və kitab oxumaq idi.çəkdiyi rəsmlərdə daha çox təbiəti təsvir etməyə üstünlük verirdi. Babasının peşəsindən ruhlanmış Məsumə həkim olmağa meyl göstərir. Hazırda məktəbli olan Məsumə gələcəkdə planın nədir sualına cavabı belə olmuşdur. "Ancaq dərslərini yaxşı oxuyub valideynlərini sevindirmək hər bir övladın borcudur". Məsumənin uğurunda ona hər zaman dəstək olan valideynləri və müəllimləri onun hər bir işində arxa durmağa hazırdılar.





Əliyev Ədalət Ceyhun oğlu

Əliyev Ədalət Ceyhun oğlu 10 yanvar 2007-ci ildə Bakı şəhərində anadan olub. O, ilk övlad olduğu üçün hamı onu çox istəyib. Ağıllı uşaq olub. Uşaqlıqda ən sevdiyi məşğuliyyət avtomobil oyuncaqla oynamaq, oxuyub-yazmağı bacarmasa belə kitaba, jurnala maraq göstərmək olub. 5 yaşındaykən yazı yazmağa böyük həvəs göstərən Ədalətə valideynləri də köməklik göstəriblər.
Hazırda Ədalət Binəqədi rayonundakı H. Hüseynov adına 83 saylı məktəb-liseyin II sinfində təhsil alır. Dərslərini çox yaxşı oxuyur, ən sevdiyi fənn riyaziyyatdır. Əlifba bayramı və Yeni il şənliyində də aparıcı kimi çıxış edib. Açıq dərslərdə qrup lideri olub.
Ədalət ilk dəfə məktəbə qədəm qoyduğu günü hər zaman xatırlayır, böyük həvəslə həmin gündən danışır.
Dərslərini yaxşı oxuyub gələcəkdə Polis Akademiyasına qəbul olmaq istəyir. Bütün cinayətkarları həbs etmək və vətənini firəvan görmək arzusundadı. Ali təhsini xarici ölkədə almaq istəyir.
Asudə vaxtlarında idman edir və riyaziyyatla məşğul olur. Ölkəsi üçün böyük işlər görüb yaddaşlarda qalmaq istəyir.
Ona elm öyrətdiyi üçün müəllimi Zenfira xanımı çox sevir . Bu cür ağıllı, savadlı böyüməsində müəllimi ilə yanaşı valideylərinin də əməyi danılmazdı. Onlar Ədalət üçün əllərindən gələni etməyə çalışırlar.
Uğurlar gələcəyin polisinə!