elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 ноября 2016 г.

Mirzə Aysel Ramin qızı


 
Ağıllı, sakit uşaq olan Ayselin uşaq vaxtdan maraqları şəkil çəkmək rolik sürmək olub.Məktəbə getmədən yazıb-oxumağı bilirdi öz həvəsi və Manya nənəsinin ibtidai sinif müəllimi olması onun təhsildəki uğurlarının başlanğıcı oldu. Rəsmə olan böyük marağı V sinifdən onun gözəl rəsmlər çəkmsinə səbəb oldu və uğurları həmişə davam edir. 
Mirzə Aysel Ramin qızı 3 avqust 2002-ci ildə Bakı şəhərində anadan olub.İlk təhsilini 190 nömrəli məktəbdə alıb 7 il bu məktəbdə oxuyub. Hazırda isə 150 saylı məktəbin IX sinif şagirdidir. 
Dərslərini yaxşı oxuyan Ayselin ən sevimli fənnləri kimya və təsviri incəsəntdir. Bu iki fərqli sahənin astanasında dayanan Aysel gələcəkdə yaxşı rəssam və dizayner olmaq istəyir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən Aysel müəllim və şagird heyyətinin rəğbətini qazanıb. Novruz bayramına aid tədbirdə özünün rejissorluq edərək hazırladığı videorolikdə birinci yeri əldə etmisdir. Eyni zamanda bu il (09.11.2016) Bayraq gününə həsr etdiyi rəsm müsabiqəsində də birincilik əldə edib, uğurlarına görə məktəb tərəfindən fəxri fərmanla təltif edilib. Heç kimə oxsamaq istəməsə də Lonis Gutton kimi yaxşı dizayner olmağı düşünür.
Aysel üçün həyat limitsiz bir zirvədir və insan nə qədər ucala bilirsə ucalmalıdır.Dizaynerlərin öz düşüncəsi olduğunu deyən Aysel insanların fərqli libaslarda görünməsini və eyni zamanda fikirlərinin tablolarda canlanmasını istəyir.
Boş vaxtlarında kitab mütaliə edir, musiqi dinləyir və rəsm çəkir. İlk növbədə məktəbi əla qiymətlərlə başa vurmaq və ali təhsil almaq istəyir. Aysel vətənpərvər biri olduğunu çəkdiyi tablolarında və iştirak etdiyi tədbirlərdə sübut edir və düşünür ki, heç bir vətənpəvər insan unudulmaz və tarixi onları özü yazar.
Aysel haqqında ilk olaraq Ayselin istedadını kəşf edən İstedadlar.biz redaksiyası olub. Biz də Ayselə redaksiyamız adından uğurlar arzu edirik.

17 ноября 2016 г.

Mirheydərzadə Fidan Hüseyn qızı

Fidan Hüseyn qızı Mirheydərzadə 14 mart 1999-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən yaşlarından elmə,musiqiyə maraq göstərməyə başlayıb. Artıq üç yaşında olarkən atası ona  dövlət himnimizi öyrədib.Yazmağı  və oxumağı isə  nənəsindən öyrənib.Atasının musiqiçi olması getgedə qızının həyatında öz sözünü deməyə başlayıb. Belə ki o, musiqiyə və incəsənətə meylini salır. Pianinoda bir neçə mahnı ifa etməyi öyrənir, rəsm əsərləri çəkməyə başlayır.Beləliklə məktəb yaşı çatan bu istedadlı qızcığaz Respublika İncəsənət gimnaziyasına qəbul olunur. Hər zaman nümunəvi davranışı ilə fərqlənir ,dərs əlaçısı olur.Tarixi çox sevdiyi  üçün Azərbaycan tarixi fənninə daha çox maraq göstərir.
 Aktivliyi ilə seçilən Fidan hər zaman diqqət mərkəzində olmuşdur. Məktəbin demək olarki, bütün tədbirlərinin yaraşığına çevrilmişdir. Konfranslarda, Heydər Əliyevin doğum günü tədbirində fəal iştirak etmişdir. 
Məktəbi əla qiymətlərlə bitirən Fidan Bakı Musiqi  akademiyasına qəbul  olunub. Azərbaycan Milli konservatoriyasında solo  konsertlə çıxış edən qəhrəmanımız ,Müasir təhsil kompleksində ulu öndərin yubileyilə bağlı tədbirdə də çıxış etmişdir.O, bir çox fəxri mükafatlar almışdır.2009-cu ildə Tərifnamə, 2010-cu ildə  Diplom , 2013 və 2016 - cı illərdə Fəxri fərmanla təltif edilmişdir.İştirak etdiyi tədbirlərin bir çoxunda  televiziya çəkilişləri aparılmış, solo konsertlərinin biri haqqında Lider kanalının Xəbərlər proqramında süjet göstərilmişdir.
Fidan musiqi əsərlərini dinləməyi və ifa etməyi sevir.İncəsənətin rəssamlıq növünü sevən Fidan natürmort janrını  daha çox bəyənir. Ən böyük arzusu isə tanınmış bir pianoçu olaraq dünyanı gəzməkdir.Əldə etdiyi uğurlarına görə müəllimlərinə və valideynlərinə minnətdardır. Biz də ona bu yolda uğurlar arzulayırıq.

13 ноября 2016 г.

Novruzova Ayşən Fəxrəddin qızı

https://www.youtube.com/watch?v=8xkNbgcd77g&feature=youtu.be
https://www.youtube.com/watch?v=rBq-q7FreRE&feature=youtu.be

O, rəsmlərinin ideya və mövzusunu təbiətdən, müşahidə etdiyi həyat hadisələrindən götürür. Bu duyğu və hislər sonradan rənglərin köməyi ilə vərəqlərə köçürülür. Lakin gözəlliyi dərindən duyub yaşamaq və gördüklərini tablolarda ifadə etmək üçün əsl rəssam olmaq lazımdır. Bu isə istedad və qabiliyyət tələb edir. Belə istedada malik uşaqlardan biri də Ayşəndir.
Novruzova Ayşən Fəxrəddin qızı 9 oktyabr 2002-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Ayşən körpəlikdən ağıllı, sakit, dərin düşüncəyə malik bir uşaq olub. 5 yaşında artıq toxumağa, rəsmə marağı artıb. Yazıb-oxumağı bacaran, çox istedadlı uşaq olması ilə yaşıdlarından fərqlənib. İlk təhsilini 5 №-li tam orta məktəbdə alıb. Bir çox tədbirlərdə iştirak edib. Mingəçevirdə keçirilən rəsm satış sərgisində iştirak edib. Siyəzən şəhər mərkəzi kitabxanasında keçirilən yarışda I yer tutub. Günəş telekanalında yayımlanan proqramda iştirak edib.
Əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu bilir. Həmçinin Heydər Əliyev fonduna, Mehriban Əliyevaya, Qənirə Paşayevaya, Qubad Qasımova təşəkkür edir, Sosial İctimai Birliyinin sədri Niftalıyeva Qərənfil xanıma, Gülnarə xanıma minəttarlıq edir.
Gələcəkdə rəssam olmaq istəyən Ayşənə daha böyük uğurlar diləyir, adının məşhur rəssamlarla bir cərgədə çəkilməsini, rəsm əsərlərinin isə dünya miqyasında nümayiş olunmasını arzulayırıq.
Arzularına və məqsədlərinə çatasan, Ayşən, yolun açıq olsun.

7 ноября 2016 г.

Məmmədzadə Elza Elçin qızı

Məmmədzadə Elza Elçin qızı 08 noyabr 2003-cü ildə Bakı şəhərində anadan olub. Valideynləri deyirlər ki, Elza çox ağıllı və yaşıdlarından fərqlənən uşaq olub. Məktəbə gedənə qədər Maştağa qəsəbəsindəki mədəniyyət evində keçirilən bütün tədbirlərdə iştirak edib. Həyatının ən maraqlı günü H. A. Abbasov adına mədəniyyət evindəki rəsm dərnəyinin fəal üzvü olduğuna görə ilk tərifnaməsini aldığı gün olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bilib. Uşaq vaxtından rəsmə böyük marağı olub.
İlk təhsilini 187 №-li məkəbdə alıb. Hazırda təhsilini 310 №-li tam orta məktəbdə davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri tarix, ədəbiyyat, Azərbaycan dili və təsviri incəsənətdir. İbtidai təhsili uğurla başa vurduğuna görə diplomla təltif olunub. Elza uğurlarına görə valideynlərinə və müəllimlərinə minnətdardır.
Asudə vaxtlarında televiziya verilişlərinə baxır, abunə olduğu jurnalları oxuyur, şəkil çəkir.
Təhsilini Ə. Əzimzadə adına mədəni-marif texnikumunda, daha sonra isə Rəssamlıq Akademiyasında davam etdirmək istəyir. Arzusu gələcəkdə istedadlı rəssam-heykəltəraş olmaqdır. Rəssamlığa olan marağı sayəsində kətan, kağız üzərində adi karandaşla və ya sulu boya ilə şəkillər çəkir. Elzanın rəsmə və heykəltəraşlığa böyük marağı var. Eyni zamanda kulinariyaya da xüsusi marağı var. Gözəl şirniyyat bişirir və düşünür ki, gələcəkdə bu peşə ilə də yaxından məşğul ola bilər.
Əhatəsində olduğu insanların yaddaşında dürüst, xeyirxah insan kimi qalmaq, vətənə layiqli vətəndaş olmaq istəyir.
Elza Mədəniyyət telekanalında “Dərsdən sonra” adlı layihədə iştirak edib.
Çəkdiyi leykoz xəstəlikli uşaqlara aid olan əsəri satılıb və əldə edilən pulu leykoz xəstəlikli uşaqlar üçün təsis olunmuş fonda keçirib. Elza özünü bununla çox xoşbəxt hiss edib. Quranda da yazılan “İnsanların ən yaxşısı başqalarına xeyirli olanıdır” fikri Elzanın həyat devizidir.

Biz də Elzaya uğurlar arzu edirik.

4 ноября 2016 г.

Abbasov Elmir Əjdər oğlu

Azərbaycanımızın istedadlı yeniyetmələrindən biri də Abbasov Elmir Əjdər oğludur. Elmir 2006-cı il iyunun 19-da Sumqayıt şəhərində dünyaya göz açmışdır. Elmir balamız ağıllı, sakit, bacarıqlı uşaqdır. Həmişə dərs oxumaqla maraqlanıb. 5 yaşında üzgüçülüyə gedib. Bu idman növünə xüsusi marağı olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. O, yazıb-oxumağı bağça müəllimi Validə xanımdan öyrənmişdir. Bağça müəllimi Elmirin riyaziyyatı çox yaxşı və dərindən qavramasını görmüş və Elmirin valideynlərinə onu bu sahədə inkişaf etdirməyi məsləhət bilmişdir. Elmir ilk təhsilini Texniki təbiət elmlər liseyində alıb. Hazırda həmin liseydə təhsilini davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır. Dərslərinə həmişə hazırlıqlı gedir. Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirdə fəal iştirakına görə II sinifdə oxuyanda fəxri fərmanla təltif olunub. “Bu günün şagirdi sabahın alimidir” devizi altında 24 aprel 2016-ci il tarixində Sumqayıt Dövlət Univeristetində keçirlmiş Sumqayıt şəhər məktəblərinin riyaziyyat üzrə fənn olimpiadasında 100 faiz nəticə qazandığına görə I yerə layiq görülüb. 2015/2016-ci tədris ilində I-VI sinif şagirdləri arasında Şəhər Təhsil Şöbəsinin keçirdiyi monitorinqdə əldə etdiyi yüksək nəticəyə görə fəxri fərmanla təltif olunub. Əldə etdiyi nailiyyətlərə görə müəllimi Sevil xanıma borclu olduğunu deyir. 
Elmirin dərslərində aldığı yüksək qiymətlər və qazandığı müvəffəqiyyətlər seçəcəyi sahədə əla mütəxəssis olacağına və karyera quracağına bizi inandırır. O, tarixin yaddaşında qalmaq istəyir. Asudə vaxtlarında məntiqi tapşırıqlar həll edir, şahmat oynayır. Gələcək planı daim birinci olmaq, ən başlıcası isə məktəbi əla qiymətlərlə başa vurmaq, ali təhsil aldıqdan sonra məşhur riyaziyyatçı olmaqdır.
 Biz də balaca dostumuza dərslərində daha böyük uğurlar qazanmağı, öz arzularına nail olması üçün möhkəm və inamlı addımlarla irəli getməyi arzulayırıq. Uğurlar sənə, Elmir.

1 ноября 2016 г.

Salamov Tacəddin Azər oğlu

Salamov Tacəddin Azər oğlu 2 oktyabr 1997-ci ildə Rusiya Federasiyasının Nijniy Novqorod (keçmiş Qorki) şəhərində anadan olub.
Tacəddin körpəlikdən çox aktiv uşaq olub,ətrafda baş verən hər bir hadisə ilə maraqlanıb.Kitablara böyük marağı olub.Güclü yaddaşa malik olub.Ona oxunan hər bir nağılı sözbəsöz yadında saxlayırdı.Saymağı bacarırdı.Gün ərzində elm və texnikaya aid sonsuz suallar verirdi. Dörd yaşından rus dilində oxuyub-yazmağı öyrənmişdi.Hətta televiziya verilişlərinin titrlərini belə oxumağı bacarırdı. Tacəddinlə bütün günü anası məşğul olurdu. Riyaziyyatı daha çox sevir və mənimsəyirdi. Hətta kiçik yaşlarında üç və dörd rəqəmli ədədləri belə oxuya bilirdi. Məntiqi və riyazi məsələləri asanlıqla həll edirdi.
Tacəddinin futbola cox böyük marağı var.Dünyanın ən güclü komandalarının qarşılaşmalarını televiziya vasitəsilə izləməklə yanaşı həm də özü çox yaxşı oynayır. Bu maraq onun bütün dünya ölkələrinin adlarını və bayraqlarını tanımasında kömək oldu.
İlk təhsilini Bakı şəhər 70 saylı məktəb-liseyində alıb. Məktəbi “əla” qiymətlərlə başa vurub (atestatda bütün qiymətlər əla(“5”) olub). Hal-hazırda Azərbaycan Tibb Universitetinin 1-ci müalicə-proflaktika fakültəsinin II kurs tələbəsidir. Azərbaycan, rus, alman və türk dillərini mükəmməl bilir.
Dərslərimi çox yaxşı oxuyub, bütün fənləri çox sevib. Sinifdə hərtərəfli biliyi ilə fərqlənib. Ən çox sevdiyi fənn  kimya olub. Məktəbin ictimai həyatında fəal iştirak edib. İntelaktual oyunların həmişə fəal iştirakçısı olub.
Kimya fənni üzrə istər məktəblərarası, istərsə də başqa yerlərdə keçirilən yarışlara qatılıb. İlk uğuru 7-ci sinifdə oxuyanda, 289 saylı liseydə(Zəkalar liseyi) keçirilmiş məntiq bilik yarışında 2-ci yeri tutmasıdır. Bir neçə dəfə kimya üzrə fənn olimpiadasının rayon və şəhər turunun qalibi olub, respublika turunda isə bürünc medala layiq görülüb. Bundan əlavə Bakı Ali Neft Məkəbində keçirilmiş kimya olimpiadasında da 2-ci yerə layiq görülüb.
Həyatında ən əlamətdar gün isə ali məktəbə qəbulla bağlıdır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanında 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
Əldə etdiyi nəaliyyətlərə görə öncə valideyinlərinə, Bakı şəhəri 70 saylı məktəb-liseyin bütün müəllim heyətinə borcludur. Uğurlarında ilk dəfə mənə yazıb-oxumaq öyrədən Musayeva Arzu müəllimin, sinif rəhbəri Əliyeva Reyhan müəllimin və məktәbin direktoru, əməkdar müəllim Qasımov Nazim müəllimin, eləcə də məktəbin bütün müəllim heyətinin böyük zəhməti olub.
Gələcəkdə həkim olmaq istəyir Tacәddin. İstəyir ki, vətənimiz Azərbaycana layiqli bir həkim olsun. İnsanlara kömək eləməkdən həzz alır.İnanır kı,yüksək savadlı bir həkim olmaqla,insanların sağlamlığının keşiyində durmaqla,cəmiyyətə yararlı bir şəxsiyyət ola bilər. Sağlam insanların üzündəki təbəssüm isə onun həyatda ən böyük mükafatı olar.
Sağlam həyat tərzi onun həyat devizidir.Ola bilsin ona görə də insanların sağlamlığının keşiyində durmaq üçün həkimlik kimi şərəfli bir peşəni seçib. Asudə vaxtlarında idmanla məşğul olur. Futbol oynamağı sevir. Elə futbol oynayır ki, görənlər nə üçün onun futbolu yox həkimlik peşəsini seçməyiylə maraqlanır.
Gələcək planları çoxdur.İlk öncə tibb sahəsində Avropanın aparıcı universitetlərindən birində təhsilini davam etdirməkdir. Daha sonra, bu sahədə təqdiqatlara geniş yer ayırmaq. Tacәddin açıqca deyir, hədəfi Nobel mükafatçıları sırasına qoşulmaqdır.Necə deyərlər, niyyətin hara,mənzilin ora.