Məmmədzadə Elza Elçin qızı 08 noyabr 2003-cü ildə Bakı şəhərində
anadan olub. Valideynləri deyirlər ki, Elza çox ağıllı və yaşıdlarından fərqlənən
uşaq olub. Məktəbə gedənə qədər Maştağa qəsəbəsindəki mədəniyyət evində keçirilən
bütün tədbirlərdə iştirak edib. Həyatının ən maraqlı günü H. A. Abbasov adına mədəniyyət
evindəki rəsm dərnəyinin fəal üzvü olduğuna görə ilk tərifnaməsini aldığı gün
olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bilib. Uşaq vaxtından rəsmə böyük
marağı olub.
İlk təhsilini 187 №-li məkəbdə alıb. Hazırda təhsilini 310 №-li tam
orta məktəbdə davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri tarix,
ədəbiyyat, Azərbaycan dili və təsviri incəsənətdir. İbtidai təhsili uğurla başa
vurduğuna görə diplomla təltif olunub. Elza uğurlarına görə valideynlərinə və
müəllimlərinə minnətdardır.
Asudə vaxtlarında televiziya verilişlərinə baxır, abunə olduğu
jurnalları oxuyur, şəkil çəkir.
Təhsilini Ə. Əzimzadə adına mədəni-marif texnikumunda, daha sonra isə
Rəssamlıq Akademiyasında davam etdirmək istəyir. Arzusu gələcəkdə istedadlı rəssam-heykəltəraş
olmaqdır. Rəssamlığa olan marağı sayəsində kətan, kağız üzərində adi karandaşla
və ya sulu boya ilə şəkillər çəkir. Elzanın rəsmə və heykəltəraşlığa böyük
marağı var. Eyni zamanda kulinariyaya da xüsusi marağı var. Gözəl şirniyyat
bişirir və düşünür ki, gələcəkdə bu peşə ilə də yaxından məşğul ola bilər.
Əhatəsində olduğu insanların yaddaşında dürüst, xeyirxah insan kimi
qalmaq, vətənə layiqli vətəndaş olmaq istəyir.
Elza Mədəniyyət telekanalında “Dərsdən sonra” adlı layihədə iştirak
edib.
Çəkdiyi leykoz xəstəlikli uşaqlara aid olan əsəri satılıb və əldə
edilən pulu leykoz xəstəlikli uşaqlar üçün təsis olunmuş fonda keçirib. Elza
özünü bununla çox xoşbəxt hiss edib. Quranda da yazılan “İnsanların ən yaxşısı
başqalarına xeyirli olanıdır” fikri Elzanın həyat devizidir.
Biz də Elzaya uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий