Zərbəli Elvira İlham qızı 23 yanvar 2007-ci ildə Bakı şəhərində anadan olub. Elvira körpəlikdə çox nadinc və hiperaktiv uşaq olub. Ancaq oxuyub öyrənməyə qarşı hər zaman marağı olub. 4 yaşından etibarən anası İlahə xanımın köməyilə yazıb-oxumağı öyrənmişdir. Beləliklə o 5 yaşındaikən məktəbə başlamışdır. Hal-hazırda isə 25 saylı tam orta məktəbdə Baxşəliyeva Aytən müəllimin sinfində VI sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. 6 illik təhsil həyatında hər zaman əlaçı olmuşdur. Elvira heç bir fənn arasında fərq qoymur bütün fənləri sevir. Aktiv biri olan Elvira dəfələrlə məktəbdə və başqa tədris mərkəzlərində keçirilən müxtəlif səyahətlərdə, sərgilərdə və tədbirlərdə iştirak etmişdir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atmışdır. İngilis dili üzrə hazırlıqlara getmişdir. Artıq ingilis dilin mükəmməl bilir. İngilis dili üzrə keçirilən yarışda I olmuş və medal qazanmışdır. Daha sonra III siniflər arasında keçirilən bilik yarışlarında 2 dəfə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. Eyni zamanda IV sinifdə “Azərbaycan dili fənni üzrə fəalımız” adına layiq görüldüyü üçün təltifnamə almışdır. Əldə etdiyi uğurlara görə valideynlərinə və sinif rəhbəri Aytən müəllimə və ingilis dili müəllimi Göyüşova Əminə xanıma minnətdarlığını bildirir. Gələcəkdə özünü diplomat kimi görmək istəyir. Uğurlu fəaliyyətinə görə millət vəkili Qənirə Paşayevaya oxşamaq istəyir. Məşğuliyyət kimi isə modelyerlik etmək istəyir. Asudə vaxtlarında kitab oxumağı və əl işləri hazırlamağı sevir. Müsahibimiz orta məktəbi müvəffəqiyyətlə bitirərək ali məktəbə daxil olmaq istəyir. Elvira öz hədəflərinə çatmaq üçün əlindən gələni edəcəyini bildirir. Bizdə öz növbəmizdə bu cür gözəl tərbiyəli, savadlı, vətənimizə və cəmiyyətimizə layiqli övlad böyütdükləri üçün İlahə xanım və İlham bəyə öz minnətdarlığımızı bildiririk. Müsahibimizə uğur hər zaman səni izləsin, yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
12 февраля 2018 г.
ƏKBƏRLİ JALƏ AFƏT qızı
Əkbərli Jalə Afət qızı 26 dekabr 2005-ci ildə Masallı rayonunda dünyaya gözlərini açmışdır. Jalə uşaqlıqda toppuş və sevimli bir uşaq olub. Uşaqlıqda gəlinciklə oynamağı çox sevirdi. Jalə məktəbəqədər dövrdə yazıb-oxumağı bilirdi. Bunun üçün ona anası Nəzakət xanım kömək olmuşdur. Jalənin 4 yaşından etibarən rəqs etmək bacarığı var. Onda bu maraq televizora baxaraq yaranmışdır. İbtidai təhsili 35 nömrəli tam orta məktəbdə almışdır. Hal-hazırda isə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Dərslərdə çox fəal iştirak edir. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevimli fənləri isə azərbaycan dili, fizika və coğrafiyadır. Ən sevdiyi gün dekabr ayının 26-sı 2017-ci ildə olmuşdur. Çünki bu zaman valideynləri, müəllimləri və bütün sinif yoldaşları Jaləyə süpriz edərək doğum günümü qeyd etmişdirlər. Fəal şagird olan Jalə bir nece bilik yarışmalarında iştirak etmiş və fəxri fərmanla təltif olunmuşdur. O bu zamana qədər əldə ətdiyi nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bilidirir. Fəaliyyətilə bağlı atasına bənzəmək istəyir. Gələcəkdə tərcüməçi və yaxud aparıcı olmaq istəyir. Əslində daha öncə cərrah olmaq istəyib daha sonra isə fikirlərində dəyişiklik etdib. Nitqinin çox yaxşı olduğundan aparıcı olmaq fikrinə düşüb. Boş vaxtlarında hind rəqsi ilə məşğul olur. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq istəyir. Universiteti bitirik savadlı bir mütəxəssis olaraq fəaliyyət göstərmək istəyir. Həmçinin ailəsinə dəstək olmaq arzundadır. Bizdə istedadlı müsahibimizə uğurlar arzu edirik. Səsin hər zaman zirvələrdən gəlsin!
10 февраля 2018 г.
Məlikzadə Elcan Abdulla oğlu
Qəhrəmanımız körpəlikdə
sakit uşaq olub. Əsas məşğuliyyətləri içərisində ən çox sevdiyi cizgi film izləməkdir.
Bunu bütün yaşıdları kimi çox sevir. Elcan məktəbə gedənə qədər yazıb-oxumağı
bilirdi. Bunu ona bacısı öyrətmişdi. Təhsilə, oxumağa həvəsi onda 6 yaşından
yaranıb. Bu həvəsin yaranmasında anasının da danılmaz rolu olmuşdur.
Məlikzadə Elcan
Abdulla oğlu 2008-ci il oktyabrın 29-da Ağstafa şəhərində dünyaya göz açmışdır.
Orta təhsilə Bakı
şəhərinin Binəqədi rayonundakı 100 saylı məktəbdə başlamışdır. Hazırda da həmin
məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur və ən sevimli fənləri
arasında Azərbaycan dili, riyaziyyat ilk sırada yer alır.
Ən çox sevdiyi
gün doğum günüdür. Çünki hər kəs ona hədiyyə edir. Əldə etdiyi uğur və nailiyyətlərə
görə özünü ilk növbədə valideynlərinə borclu bilir.
Elcan istəyir
ki, hamı onu özü kimi, məhz olduğu şəxs kimi tanısın. Polis olmaq hədəflərindən
biridir. Gələcəkdə işini çox yaxşı bilən bir polis olmaq istəyir və bu istək
onda kiçik yaşlardan yaranıb. İnsanların həyatını xilas etmək, cinayət törədərək
cəmiyyətə zərər verən insanları cəzalandırmaq istəyir. Gələcəkdə qarşısına
qoyduğu məqsədlərdən ilki və demək olar ki, ən vacibi polis olmaqdır.
26 января 2018 г.
Şərifli Səkinəxanım Şamil qızı
25 января 2018 г.
Abışova Solmaz Murad qızı
Abışova Solmaz Murad qızı 26 dekabr 2006-ci ildə İmişli şəhərində anadan olmuşdur. Solmaz çox sakit uşaq olub,
musiqini çox sevib, hər növ musiqiyə uyğun rəqs edirdi. 3 yaşında bir nəfəsə o
qədər şeir deyirdiki hamı məətəl qalırdı. Bildiyi şeirlərin sayı hesabı yox
idi. Məktəbə gedməmiş hərfləri tanıyırdı . Rəqs etməyi çox sevib, aktiv bir
uşaq olub . Şəkil çəkməyi, nə isə kəsib düzəltməyi, aplikasiyanıçox sevirdi.
Orta məktəbə Bakı şəhəri Xətai rayonu 55 saylı tam orta məktəbdə başlamışdır. Dərslərin
yaxşı oxuyur. Müəlliməsinin sevimli şagirdidir. Ən sevdiyi fənn riyaziyyat fənnidir.
Məktəbdə keçirilər hər bir tədbirdə iştirak edir. Şeir deyir, rəqs edir, mahnı
oxuyur. Səhnəciklər qurur.İncəsənət muzeyində Novruz bayramına aid tədbirdə
iştirak edib. Moda müsabiqəsində iştirak edib. Şeir müsabiqələrində, bilik
yarışmalarında iştirak edib, bir necədiplomlara layiq görülüb.V sinifdə oxuyarkən
məktəbdə keçirilən bilik yarışmasında diplomla təltif olunmuşdur.II sinifdə
oxuyarkən ilin ən yaxşı şagirdi adına layiq görülmüşdür və s. bir çox yarışlarda iştirak etmişdi.Əldə etdiyi
uğurlara və onun üçün hər şəraitiyaratdıqları üçün valideynlərinə minnətdarlığını
bildirir. Gəlcəkdə isə ali təhsil alaraq Azərbaycan Tibb Universitetinə qəbul
olmaq istəyir. Babası kimi cərrah olaraq, xəstə insanlara kömək olmaq istəyir.
Böyüdükdə isə özünə məxsus klinika açmaq istəyirə Boş vaxtlarında isə rəqs etməyi
və səhnəciklər qurmağı sevir. Bizdə öz növbəmizdə bu cür tərbiyəli, savadlı,
dünyagörüşlü, vətənimizə, cəmiyyətimizə layiqli övlad böyütdükləri üçün Solmazın valideyinlərinə minnətdarlığımızı
bildiririk. İstedadlı müsahibimizə uğurlar arzu edirik, yolun açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!
24 января 2018 г.
Məmmədov Rəvan Məmmədağa oğlu
Məmmədov Rəvan Məmmədağa
oğlu 2008-ci il may ayının 26-sı Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub.
Kiçiklikdən etibarən Rəvan çox sakit, ağıllı, sözəbaxan, mehriban və səmimi bir
uşaq olub. Uşaqlıqdan vaxtını ailəsi ilə birlikdə keçirməkdən xoşu gəlir.Ailədə
daha çoxbabasına bağlı olan Rəvan onunlabirgə olmağı sevir. Birlikdə söhbətlər
edir və kamera ilə çəkiliş aparırlar. Məktəbəqədər dövrdə dil qaydalarını və
riyazi əməlləri bacarırdı. Bu işdə ona ailəsi və hazırlıq müəlliməsi kömək
etmişdi. Müsahibimiz Qaradağ rayonunda yerləşən E. Rzayev adına127 saylı tam
orta məktəbdə təhsil alır.İlk əvvəl Rəvan məktəbə getməkdən çəkinirdi, o dərslərin
öhtəsindən gələ bilməyəcəyini düşünürdü. Lakin şagirdlərinə ana qayğısı, səbr vəmehribanlıqla
yanaşan Yeganə müəllimə Rəvanın bu qorxusunu yox etmiş və ona hər zaman dəstək
olmuşdur. Rəvanda hər zaman dərslərini yaxşı oxumuşdur. Hal-hazırda da sinfin əlaçı
şagirdidir. Ən çox sevdiyi fənlər isə riyaziyyat və həyat bilgisi fənnidir.
Kainat Tədris Mərkəzində keçirilən “Bilik yarışında” uğurlu çıxışına görə tərifnamə
ilə təltif olunmuşdur. Eyni tədris ilində 127saylı məktəbdə müvəffəqiyyətinə və
nümunəvi davranışına görə tərifnamə ilə təltif edilmişdir.İstedadlı müsahibimiz
dərslərini yaxşı oxuyub bilik yarışmalarında iştirak etməklə yanaşı, idmanda da
uğurlar qazanmışdır. Kempo idman növü ilə məşğul olur. İdmanı çox sevir. 28 may
“Respublika günü” nə həsr olunmuş Kempo Full və Kempo Submişn Gi üzrə
Respublika turnirində 6-7-8 yaşlılar arasında I yeri tutmuş və diplom qazanmışdır.
Azərbaycan Kempo Federasiyası tərəfindən keçirilən yarışda II dəfə 9-10-11
yaslılar arasında III yeri qazanmış və sertifikat almışdır. III dəfə isə Bakı şəhər
Gənclər və İdman Baş İdarəsi Azərbaycan Kempo Federasiyası Full versiyasında
9-11 yaş 25 kq çəki dərəcəsində I yerə layiq görülmüş, diplom və medalla təltif
olunmuşdur. Rəvanahəyatında hər bir işinin rəvan getməsini arzu edirik. Gələcək
yolun işıqlı və açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!
Zərbəli Yusuf İlham oğlu
Zərbəli Yusuf İlham oğlu 2 yanvar 2008-ci ildə Sabirabad rayonu Qaratəpə kəndində dünyaya gözlerini açıb.Yusuf uşaqlığından etibarən çox sakit, mehriban,ağıllı və səliqəli uşaq olub. O, 1 yaşında danişmağa başlayib.Yaş yarımında isə o artıq şeirlər, nağıllar, hətta "Qurani Kərimdən" surələri əzbər bilirdi. Anası İlahə xanım Yusuf ilk dəfə A-hərifini yazanda çox sevinmişdi. Bu zaman onun hələ üç yaşı var idi. Məktəbə getməmişdən əvvəl oxumağı və yazmağı bilirdi. Məktəbəqədər hazırlıqda indiki sinif rəhbəri Heyderova Zerife müəllimə məşğul olub. Orta məktəbə gündən 25 saylı tam orta məktəbdə təhsil alır. Onun sinif yoldaşlari ilə mehriban olmagi, qızlara qarşı olan münasibəti, onun sinifdə hər kəsdən fərqləndirir. Yusuf daim dərslərdə fəal iştirak edir. Məktəbə gecikmeyi, aşağı qiymətlər almağı heç xoşlamır. Ən çox sevdiyi fənlər riyaziyyat, ingilis dili birdeki heyat bilgisidir. Tez - tez bilik yarışmalarında iştirak edir. Boş vaxtlarında şaşqi oynamağı, məntiqi testler edərək dəyərləndirilir. Ən çox sevdiyi məşğuliyyət ise atası ilə futbol oyunlarını izləməkdir.Həyatının ən sevincli günləri ailəsi ilə keçirdiyi istirahət günləridir.Çünki atasi İlham bəy yay tətillərinidə ailəsini Azərbaycanın gözəl guşələrində gəzdirir. Qışda isə tez - tez kinoya, teatra eylence mərkəzlərinə aparır. Uğurlarında valideyinlərinə çox borcluyam.Valideyinləri övladlarının təhsili, gələcəyi üçün çox əziyyət çəkirlər.Həmçinin müəllimələrinində böyük rolu olduğunu qeyd etdi. Sinif rəhbəri Zərifə müəllimə və ingilis dili müəlliməsi Göyüşova Əminə müəlliməyə ona hər zaman dəstək olduqları üçün minnətdarlığını bildirdi.Həyatdakı idealı atasıdır. Yusuf atasına bənzəmək istəyir. O qeyd etdiki, atasına söz verib ki, oxuyub çox savadlı cərrah olacaq.Təhsilini xaricdə davam etdirmek istəyir. Gələcəklə bağlı çox böyük planları var. Xarici dilləri mükəmməl öyrənmək istəyir və xarici ölkələrin birində məhşər cərrah olmaq istəyir.Eger tarixin yaddaşında qalacaqsa, Mübariz İbrahimov , Ramil Səfərov, Çingiz Mustafayev kimi vətənpərvər oğul olmaq istəyir. Yusuf məhz onlar kimi tarixdə iz qoymaq istəyir.Bizdə istedadlı müsahibimizə uğurlar arzu edirik, yolun açıq olsun. Səsin hər zaman zirvələrdən gəlsin!
Подписаться на:
Сообщения (Atom)

















































