Qəhrəmanımız körpəlikdə
sakit uşaq olub. Əsas məşğuliyyətləri içərisində ən çox sevdiyi cizgi film izləməkdir.
Bunu bütün yaşıdları kimi çox sevir. Elcan məktəbə gedənə qədər yazıb-oxumağı
bilirdi. Bunu ona bacısı öyrətmişdi. Təhsilə, oxumağa həvəsi onda 6 yaşından
yaranıb. Bu həvəsin yaranmasında anasının da danılmaz rolu olmuşdur.
Məlikzadə Elcan
Abdulla oğlu 2008-ci il oktyabrın 29-da Ağstafa şəhərində dünyaya göz açmışdır.
Orta təhsilə Bakı
şəhərinin Binəqədi rayonundakı 100 saylı məktəbdə başlamışdır. Hazırda da həmin
məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur və ən sevimli fənləri
arasında Azərbaycan dili, riyaziyyat ilk sırada yer alır.
Ən çox sevdiyi
gün doğum günüdür. Çünki hər kəs ona hədiyyə edir. Əldə etdiyi uğur və nailiyyətlərə
görə özünü ilk növbədə valideynlərinə borclu bilir.
Elcan istəyir
ki, hamı onu özü kimi, məhz olduğu şəxs kimi tanısın. Polis olmaq hədəflərindən
biridir. Gələcəkdə işini çox yaxşı bilən bir polis olmaq istəyir və bu istək
onda kiçik yaşlardan yaranıb. İnsanların həyatını xilas etmək, cinayət törədərək
cəmiyyətə zərər verən insanları cəzalandırmaq istəyir. Gələcəkdə qarşısına
qoyduğu məqsədlərdən ilki və demək olar ki, ən vacibi polis olmaqdır.
Комментариев нет:
Отправить комментарий