Mehralıyeva
Züleyxa İlqar qızı 9 fevral 2007-ci ildə
Bakı şəhərində anadan olub. Züleyxa körpəlikdə çox sakit temkinli
və ağıllı uşaq olub . Onun hərəkətləri
davranışları yaşından çox böyük insan xarakterinə
bənzəyirdi . Züleyxanın ən
sevimli məşğulliyəti kitab oxumaq olub. Yaşının az olmasına baxmayaraq o çoxlu şeirler bilirdi. Onun ancaq fikri yazı yazmaq, şeir demek olub. Bibisi hər zaman ona oxu gələcəyə lazımlı bir insan kimi yetiş
deyə öyüd nəsihət verib. Məktəbə gedənə qədər
yazıb-oxumağı bibisindən öyrənib.
Mehralıyeva Züleyxa Bakı şəhərində Ədalət
Abbasov adına 257 saylı məktəbdə
təhsil alır. Hal-hazırda həmin
məktəbin 5 c sinifində təhsil
alır. Sinfin əlaçi şagirdidir. Onun ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat və informatikadir. Məktəblərində keçirilən tədbirlərin
feal istirakcisidir. "20
Yanvar", "Xocalı faciəsi" tədbirlərində intonasiya ilə şeir
deyib, məktəb üzrə riyaziyyat fənnindən
viktorinada uğurla iştirak edib. Bu günə
qədər əldə etdiyi uğurlara, nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə
borclu olduğunu bildirir. Ona hər zaman dəstək olduqları üçün onlara öz minnətdarlığını
bildirir. O, biliklərini daha da təkmilləşdirib, alimlik zirvəsinə qədər yüksəlmək
istəyir. Züleyxa gələcəkdə hansı peşənin
sahibi olmasını tam olaraq qərarlaşdırmayıb. O, həm rəssam, həm də həkim olmaq
istəyir. Hansı peşənin sahibi olmasından aslı olmayaraq işinin peşəkarı
olacağına əmindir. Asudə vaxtlarında rəsm çəkməyi xoşlayır. O, rəqs dərsləri
alıb və çox gözəl rəqs etməyi bacarır. Züleyxa məktəbi əla qiymətlərlə bitirib,
yüksək balla ali məktəbə qəbul olub, vətəninə xeyirli, ziyalı şəxsiyyət kimi
formalaşmaq niyyətindədir. Hər tərəfli
istedad olan müsahibiz hər zaman fəxri ol. Yolun daim işıqlı və aydın olsun.
Uğur hər zaman səni izləsin!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
18 июля 2018 г.
17 июля 2018 г.
Hacıyeva İradə Əli qızı
Hacıyeva İradə
Əli qızı 29.07.2008-ci ildə Bakı şəhərində anadan olub. İradə körpəlikdən
sakit, təmkinli, ağıllı və ətraf mühitdə baş verən hadisələr ilə daim
maraqlanan bir uşaq olub. Məktəbə gedənə
qədər yazmağı, oxumağı və hesablama işləri aparmağı Yelena nənəsinin köməkliyi
ilə öyrənib. İradənin yüksək zəkası, güclü yaddaşı və intelektual səviyəsinin
yüksək olmasının şahidi olan ailəsi onu 5 yaşından şahmata yazdırıblar.
Hacıyeva İradə Binəqədi rayonu 300 nömrəli məktəbdə təhsil alır. Hal-hazırda həmin
məktəbin əlaçı şagirdlərindən biridir. İradənin ən sevdiyi fənlər riyaziyyat,
İngilis dili və informatikadır. Məktəblərində tədris olunan bütün fənləri əla
qiymətlərlə oxuyur. İradə Azərbaycan, İngilis, Rus dillərində sərbəst şəkildə
yazıb-oxumağı və danışmağı bacarır. O, Bakı şəhəri qızlar arasında keçirilən
şahmat yarışmasında 1-cilik əldə edərək sertifikata layiq görülüb. Daha sonra
İradə 16 iyun 2018-ci ildə Müasir İnnovasiya liseyində təşkil olunmuş mental
arifmetika üzrə bilik yarışmasında hamını riyazi bilikləri ilə qabaqlayaraq
birinciliyi əldə edib. Super Cenpion- sertifikatı ilə təltif olunub. Həmin gün onun həyatında yaşadığı ən uğurlu, ən
sevindirici və ən yadda qalan gündür. İradə bu günə qədər əldə etdiyi uğurlara,
nailiyyətlərə görə babasına və nənəsinə borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən
dolayı anasına oxşamaq istəyir. Onun qarşısına qoyduğu gələcək planları bir çox
xarici dilləri tam mükəmməl səviyyədə öyrənməkdir. İradə təhsili xaricin ən məşhur
universitetlərinin birində almaq istəyir. Bu həvəs onda ailəsi ilə birgə xarici
ölkələrə səfər etdikdən sonra yaranıb. Orada gördüyü yüksək təhsil sistemi İradənin
çox xoşuna gəlib və gələcək təhsilini bu səbəbdən burada almaq arzusundadır. O,
asudə vaxtlarında Rus dilində bədii kitablar oxuyur, riyazi teslər edir və ailəsi
ilə gəzintilərə çıxır. İradə gələcəkdə hansı sahəni seçəcəyini tam olaraq qərarlaşdırmayıb.
Amma hansı peşəsi seçəcəyindən aslı olmayaraq, işinin peşəkarı olacağına əmindir.
Tarixin yaddaşında dilçilik üzrə güclü mütəxəssis olaraq qalmaq istəyir. İradə
biliklərini, bacarıqlarını təkminləşdirib Vətəninə, millətinə, ailəsinə xeyirli
bir şəxsiyyət olmaq niyyətindədir.
14 июля 2018 г.
Məmmədzadə Murad Məhəmməd oğlu
Məmmədzadə
Murad Məhəmməd oğlu 15 iyul 2005-ci ildə Bakı şəhərində anadan olub.
Murad körpəlikdən
ağıllı, diqqətcil, hərəkətli, hər şey ilə
maraqlanan və tez-tez suallar verən bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri
idman etmək və rəsm çəkməkdir. Məktəbə
gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarırdı. O, bunları məktəbəqədər təhsil
ocağında müəllimlərinin köməkliyi ilə öyrənmişdir.
Rəsm çəkməyə
olan həvəsi 4 yaşından başlayıb. Məmmədzadə Murad ilk təhsilinə Biləcəri qəsəbəsi
Vüqar Əvəzov adına 300 nömrəli məktəbdə başlayıb. Hal-hazırda həmin məktəbin 8-ci sinifində təhsil alır. Dərslərini yaxşı
qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər riyaziyyat, təsviri incəsənət,
fizika və fiziki tərbiyədir.
Məktəblərində
keçirilən bütün tədbir və bayaram şənliklərində fəal iştirak edir. Vətənpərvərlik
mövzusuna həsr olunmuş tədbirdə uğurlu
çıxışlar edib. Murad bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə
valideynlərinə borclu olduğunu bildirir. O, fəaliyyətindən dolayı Bayram
babasına oxşamaq istəyir.Murad gələcəyin
tanınmış rəssamı olmaq arzusundadır. Bu sahəyə olan sevgisi 8 yaşından yaranıb.
O, canlandırdığı rəsm əsərlərindən təşkil olunmuş, şəxsi sərgisini keçirmək istəyir. Asudə vaxtlarında idman etməyi, rəsm çəkməyi
və internetdə maraqlı məlumatlar axtarmağı xoşlayır. O,çəkdiyi şəkillərdə daha
çox təbiət təsvirlərinə üstünlük verir. Murad biliklərini, bacarıqlarını daha
da təkminləşdirib Vətəninə, millətinə xeyirli şəxsiyyət olaraq yetişmək niyyətindədir.
10 июля 2018 г.
Süleymanzadə Səid İman oğlu
Süleymanzadə Səid İman oğlu 04.06.2009-cu ildə Bakı şəhərində anadan olub. Səid körpəlikdən çox sakit, ağıllı, təmkinli, mehriban və hər bir şeyə həssaslıq göstərən uşaq olub. Onun maraqlı nağıl kitablarına və oyuncaqlara böyük marağı olub. Yaşıdları ilə tez bir zamanda ünsiyyət qurmağı bacarırdı. Səidin ən sevimli məşğuliyyətləri dostları ilə zaman keçirmək və şahmat oynamaqdır. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı məktəbəqədər hazırlıq kursu vasiyəsi ilə öyrənib. Süleymanzadə Səid N.Nərimanov rayonu da yerləşən 36 saylı tam orta məktəbdə təhsil alır. Bununla yanaşı 46 saylı məktəbdən kənar tərbiyə mərkəzində şahmat dərsləri alır. Səid məktəblərində tədris olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur.Onun ən sevimli fənləri riyaziyyat və İngilis dilidir. Keçirilən bir çox tədbir və bayram şənliklərində fəal iştirak edib. O, oynadığı “Cırtdan” obrazını böyük məharət ilə tədbir iştirakçılarına nümayiş etdirib. Televizorda yayımlanan “Yeni il” şənliyinə həsr olunmuş verilişdə uğurlu çıxışlar edib. Səid bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu bildirir. Gələcəkdə futbolçu və ya şahmatçı olmaq arzusundadır. Səid bilik və bacarıqlarını təkminləşdirib, gələcəkdə seçəcəyi peşənin nə olmasından aslı olmayaraq işinin mütəxəssisi olub Vətəninə, millətinə, ailəsinə xeyirli övlad olaraq yetişmək niyyətindədir.
6 июля 2018 г.
Məmmədova Rövşanə Elşən qızı
Məmmədova
Rövşanə Elşən qızı 7 iyul 2007-ci ildə Bakı
şəhərində dünyaya gözlərini açmışdı.
Körpəlikdən çox səliqəli, incə
davranışlı, düşüncəli, nazlı və tez küsəyən biri olub. Kiçik yaşlarından şəkil çəkməyi çox sevib. Dəftər
kitaba qarşı hər zaman maraq göstərib.
Televizorda eşitdiyi mahnıları dərhal
əzbərləyirdi. Məktəbəqədər dövrdən artıq yazıb-oxumağı bacarırdı. Anası və qardaşı tərəfindən öyrədilmişdi. Artıq 2 yaşından onun bir çox şeyə qarşı
marağı var idi. Öz istedadı ilə valideynlərini hər zaman təəccübləndirirdi. Yaşıdlarından hər zaman fərqlənməyi
bacarırdı. Təhsilə Nərimanov rayonunda
yerləşən 93saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda isə 257 saylı orta
məktəbdə təhsilini davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Sinifin əlaçı
şagirdlərindən biridir. Ən sevdiyi fənlər riyaziyyat, rus dili, ingilis dili və
rəsmi daha çox sevir. Fəal bir şagird olan Rövşanə məktəbdə olan tədbirlərdə
yaxından iştirak etməyə çalışır. “Yeni il” şənliyində, “Novruz” bayramı şənliyində,
“20 Yanvar”, “9 May” tədbirində, “Xocalı” faciəsinə həsr olunmuş tədbirdə şeir
söyləmiş, bir çox rollarda çıxış etmişdir. Ona hər zaman dəstək olduqları üçün
valideynlərinə və müəllimlərinə özünü
borclu bilir. Xüsusi ilə də anası onların təlim tərbiyəsilə daha çox məşğul
olur. O öz fəaliyyətilə bağlı heç kimi təkrarlamaq istəmir, öz yolunu cızmaq
istəyir. Gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirərək ali məktəbə qəbul
olmaq istəyir. Ən böyük arzularından biri özünü müəllim kimi görməkdi. Gələcək
nəsillərə işıq tutmaq istəyir. Asudə vaxtlarında şəkil çəkir, kağızdan müxtəlif
fiqurlar və s. şeylər düzəldir. Həmçinin muncuqlarla portret işləyir. Öz çəkdiyi
şəkilləri muncuqlarla işləməyi sevir. Mətin və uğurlu addımlarla irəlləmək istəyir.
İstedadlı müsahibimiz olan Rövşanəyə yolun hər zaman işıqlı və açıq, uğurların
bol olsun deyirik. Səsin hər zaman zirvələrdən
gəlsin!
Подписаться на:
Сообщения (Atom)




























































