Hacıyeva İradə
Əli qızı 29.07.2008-ci ildə Bakı şəhərində anadan olub. İradə körpəlikdən
sakit, təmkinli, ağıllı və ətraf mühitdə baş verən hadisələr ilə daim
maraqlanan bir uşaq olub. Məktəbə gedənə
qədər yazmağı, oxumağı və hesablama işləri aparmağı Yelena nənəsinin köməkliyi
ilə öyrənib. İradənin yüksək zəkası, güclü yaddaşı və intelektual səviyəsinin
yüksək olmasının şahidi olan ailəsi onu 5 yaşından şahmata yazdırıblar.
Hacıyeva İradə Binəqədi rayonu 300 nömrəli məktəbdə təhsil alır. Hal-hazırda həmin
məktəbin əlaçı şagirdlərindən biridir. İradənin ən sevdiyi fənlər riyaziyyat,
İngilis dili və informatikadır. Məktəblərində tədris olunan bütün fənləri əla
qiymətlərlə oxuyur. İradə Azərbaycan, İngilis, Rus dillərində sərbəst şəkildə
yazıb-oxumağı və danışmağı bacarır. O, Bakı şəhəri qızlar arasında keçirilən
şahmat yarışmasında 1-cilik əldə edərək sertifikata layiq görülüb. Daha sonra
İradə 16 iyun 2018-ci ildə Müasir İnnovasiya liseyində təşkil olunmuş mental
arifmetika üzrə bilik yarışmasında hamını riyazi bilikləri ilə qabaqlayaraq
birinciliyi əldə edib. Super Cenpion- sertifikatı ilə təltif olunub. Həmin gün onun həyatında yaşadığı ən uğurlu, ən
sevindirici və ən yadda qalan gündür. İradə bu günə qədər əldə etdiyi uğurlara,
nailiyyətlərə görə babasına və nənəsinə borclu olduğunu bildirir. Gələcək fəaliyyətindən
dolayı anasına oxşamaq istəyir. Onun qarşısına qoyduğu gələcək planları bir çox
xarici dilləri tam mükəmməl səviyyədə öyrənməkdir. İradə təhsili xaricin ən məşhur
universitetlərinin birində almaq istəyir. Bu həvəs onda ailəsi ilə birgə xarici
ölkələrə səfər etdikdən sonra yaranıb. Orada gördüyü yüksək təhsil sistemi İradənin
çox xoşuna gəlib və gələcək təhsilini bu səbəbdən burada almaq arzusundadır. O,
asudə vaxtlarında Rus dilində bədii kitablar oxuyur, riyazi teslər edir və ailəsi
ilə gəzintilərə çıxır. İradə gələcəkdə hansı sahəni seçəcəyini tam olaraq qərarlaşdırmayıb.
Amma hansı peşəsi seçəcəyindən aslı olmayaraq, işinin peşəkarı olacağına əmindir.
Tarixin yaddaşında dilçilik üzrə güclü mütəxəssis olaraq qalmaq istəyir. İradə
biliklərini, bacarıqlarını təkminləşdirib Vətəninə, millətinə, ailəsinə xeyirli
bir şəxsiyyət olmaq niyyətindədir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий