Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
16 апреля 2013 г.
15 апреля 2013 г.
Adıgözəlli Solmaz Ceyhun qızı
Solmaz Ceyhun qızı Adıgözəlli 6 sentyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 239 saylı orta məktəbin II sinif şagirdidir.
Solmaz körpəlikdə ağıllı, sözəqulaqasan, bir az da dəcəl
uşaq olub. 3 yaşından təhsilə maraq göstərməyə başlayıb. Şeirlər, nağıllar öyrənirdi,
rəsmlər çəkirdi. Çəkdiyi rəsmlərdə uşaq təfəkkürü ilə maraqlı mövzulara
toxunurdu. Anasının köməyilə məktəbə gedəndə artıq yazıb-oxumağı öyrənmişdi.
Solmaz dərslərini əla oxuyur. Bütün fənləri çox sevir.
Məktəbdə keçirilən Yeni il şənliyində aparıcı olub. Həyatında ən uğurlu gün kimi
I sinfə getdiyi günü hesab edir. Həmin gün özünü çox xoşbəxt hiss edirdi. Çünki
həmin gün elm qapısının zehnimizə açılan günü idi. Həyatının ən uğurlu hadisəsi
isə Türkiyəyə getdiyi günü hesab edir.
Solmaz təhsildə əldə etdiyi uğurlara görə valideynlərinə,
müəllimlərinə borclu olduğunu deyir. Onlar kimi savadlı, xeyirxah bir insan
olmaq istəyir.
Gələcəkdə anası kimi həkim olmaq, insanlara kömək
edib, onları öz sağlıqlarına qovuşdurmaq istəyir. Ali təhsilini xarici ölkələrdən
birində davam etdirmək, savadı, biliyi ilə Azərbaycanın adını dünyada tanıtmaq onun
ən böyük arzularından biridir.
Asudə vaxtarında rəsm çəkməyi, nağıl oxumağı, qardaşı
ilə oynamağı, cizgi fliminə baxmağı, təmiz havada gəzməyi xoşlayır.
14 апреля 2013 г.
Məmmədli Dilbər Süleyman qızı
Dilbər gənc ailənin ilk övladı, ilk sevinci olub.
Körpəlikdə çox nadinc, ağlağan olan Dilbər oyuncaqları ilə tək oynamağı çox sevərdi.
Gəlinciklərinə paltar geyindirməyi, saçlarını darayıb onlarla söhbət etmək ən
çox xoşladığı məşğuliyyət idi. Cizgi filmlərinə baxmağı da çox sevərdi. Hazırda
Dilbər sakit təbiətli, bacısı Əsmər və qardaşı Nurlan ilə mehriban davranan,
çox danışmağı xoşlamayan, müəllimlərin sevimlisinə çevrilən bir qızdır. Məktəbə
getməmişdən əvvəl gələcək müəllimi Fərqanə xanımın yanında hazırlıqla məşğul
olub. Həmin vaxtdan onda müəlliminə qarşı böyük bir məhəbbət yaranıb.
Dilbər məktəbə getdiyi andan, yeddi yaşından rəsm çəkməyi
çox sevib. Rəsm albomu və rəngli karandaşlar ən çox sevdiyi əşyalar idi. Hazırda
Dilbər rəsm dərnəyinə gedir.
Dilbər dərslərini yaxşı oxuyur, sevimli fənləri ana
dili və rəsmdir. 239 saylı məktəbdə keçirilən Yeni il və Novruz bayramı şənliklərində
fəal iştirak edib. Yeni il şənliyində gözəl şeirlər söyləyib. Novruz bayramında
isə şeir deməklə bərabər gözəl rəqs edib. Həyatında ən maraqlı hadisə Accessbank
tərəfindən keçirilən rəsm müsabiqəsində iştirak etməsi olub. Dilbər “Mənim şəhərim”
adlı bu müsabiqədə 200 nəfər şagird arasında III yerə layiq görüldü və diplomla
təltif olundu.
Dilbər rəsm çəkməyi ona mükəmməl öyrədən Aytac müəllimə
oxşamaq istəyir. O məktəbə gedəndən tanınmış rəssam və şair, eyni zamanda savadlı
və bacarıqlı müəllim olmaq fikrinə düşüb. Hazırda onun ən ümdə məqsədi məktəbi əla
qiymətlərlə bitirmək və ali məktəbə qəbul olmaqdır.
Asudə vaxtlarında şeir yazmağı, kitab oxumağı və Azərbaycan
filmlərini izləməyi xoşlayır.
Mənim gözəl anam
Odur məni böyüdən,
Odur həyatın adı,
O, mənim gözəl anam,
Odur mənim bəzəyim.
Uşaqlıqda anam mənə,
Gözəl-gözəl laylay deyib.
Mənə baxıb, məni sevib,
Mənim gözəl-göyçək anam.
Mən onu unutmaram,
Ona kömək edərəm,
Çünki vaxtında mənim,
O, qayğıma qalıbdır.
Mənim zəhmətkeş atam
Biz səni çox sevirik,
Mənim mehriban atam.
İşdən qayıtmağını,
Həsrətlə gözləyirik,
Mənim zəhmətkeş atam.
İşləyirsən hər gün sən,
Bizi böyütmək üçün,
Heç dincəlməyirsən,
Mənim zəhmətheş atam.
Allahdan istəyirik,
Həmişə köməyin olsun,
Şər qüvvədən qorusun,
Mənim zəhmətkeş atam.
Üzü nurlu müəlliməm
Sən çox mehribansan,
Sən çox gülərüzsən,
Sən çox biliklisən,
Üzü nurlu müəllimim.
Yazmağı,oxumağı,
Öyrədirsən bizə sən.
Biz səni çox sevirik,
Üzü nurlu müəllimim.
Bizi öyrətmək üçün,
Çox əziyyət çəkirsən,
Biz səni unutmarıq,
Üzü nurlu müəllimim.
Qızılgül
Bir gül gördüm bağçada,
Doymaq olmur iyindən.
Axı iyi gözəldir,
Necə doyaq iyindən?
Bəs görəsən o gülün,
Adı nədir bilirsiz?
O, gözəl iyli gülün,
Adı gözəl qızılgül.
Həm də iylə bərabər,
Özü də çox gözəldir.
Bir sözlə deyim ki, mən
Onu mənlə bərabər,
Dünyada hamı sevir.
13 апреля 2013 г.
7 апреля 2013 г.
6 декабря 2012 г.
4 декабря 2012 г.
SABIRABADLI COĞRAFİYAÇI (Аyşən Rаmiz qızı Məmmədоvа)
SABIRABADLI COĞRAFİYAÇI
Аyşən Rаmiz
qızı Məmmədоvа 1987-ci ildə Sabirabad şəhərində anadan olub. Uşаq bağçasında tərbiyə
аlаn zаmаn rayon üzrə keçirilmiş şeir söyləmək yarışında I yeri tutub. 1993-cü ildə
S. Vurğun adına orta məktəbin I sinfinə daxil olub. IV sinifdən Nizami Gəncəvi
adına 5 saylı orta məktəbdə oxuyub. 2003-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib,
BDU-nun coğrafiya fakültəsinə qəbul olub. Hazırda doğma məktəbində müəllim işləyir.
Аyşən: “
- Bu ixtisası seçməyimdə dərs dediyi ilk gündən coğrafiyanı bizə sevdirməyi bacaran
Bəhmən müəllimin rolu böyük olub. Ali məktəbə qəbul sənədlərimi hazırlayarkən
ixtisasları seçəndə Bəhmən müəllimin təkidilə coğrafiya ixtisasını da yazdım.
Əslində fikrim iqtisadçı olmaq idi. Lakin müəllimimin - Sabirabadın sənin kimi
bir coğrafiya müəlliminə ehtiyacı olacaq - sözünü diqqətə alıb yazdım. Indi
onun sözünə qulaq asdığım üçün sevinirəm.
Orta məktəbdə
əla qiymətlərlə oxumuşam. Demək olar ki, bütün fənləri sevirdim. Bir neçə dəfə məktəb və rayon olimpiadalarında iştirak etmişəm. Kimya üzrə
I, ingilis dili üzrə isə II yer tutmuşam.
Ali məktəbə qəbul imtahanlarında rayon üzrə I yer tutduğum
üçün rayon rəhbərlərinin də iştirak etdiyi iclasda çıxış etmiş və mükafatlandırılmışam.
Ali məktəbdə yaxşı qiymətlərlə oxumuşam. Sevimli fənlərim yerşünaslıq və metrologiya
olub. Qəbul imtahanlarında göstərdiyim nəticəyə görə önъə mənə bu
şəraiti və oxumağa həvəsi yaratdıqlarına görə valideyinlərimə minnətdaram.
Eləcə də Bəhmən, Üzeyir, Minarə və mənə zəhmət çəkmiş digər müəllimlərə minnətdaram.
Xoşbəxtliyi özümü ifadə edə bilməkdə görürəm. Asudə
vaxtlarımda musiqi dinləməyi çox sevirəm. Musiqi mənim ikinci dünyamdır”.
15 ноября 2012 г.
8 ноября 2012 г.
1 ноября 2012 г.
Zivər Sərdar qızı Əliyeva
Zivər nənə öz adını ən sevimli nəvəsinə verib. Ruhu
duaçı olsun.
Adının mənası daş-qaş, zinyət olsa da sadəliyi, təmkinliyi
ilə yaşıdları arasında seçilib. İlk muəllimi valideynləri olub. Hələ 5 yaşından
anası ona oxumağı, yazmağı, çoxlu şeirlər oyrədib. Şeir söyləmək, tədbirlərdə
aparıcılıq etməkdə xüsusi qabiliyyəti olduğuna görə muəllimlərin hörmətini
qazanıb.
Zivər Sərdar
qızı Əliyeva 1994-cü il iyulun 19-da Bakı səhərində anadan olub. 2001-ci
ildə 80 saylı orta məktəbə ibtidai təhsil almağa başlamışdır. 2002-ci ildə Səid
Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin
fortepiano ixtisası üzrə bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinə qəbul
olunub. Liseydə əla qiymətlərlə oxuyan şagirdlərdən idi. Liseyin direktoru
Qasım muəllim Zivərin anası Ruhəngiz xanımı görəndə həmişə ona: “Sizin kimi
valideynin qarşışinda baş əymək olar. Sağ olun ki, cəmiyyətimizə belə savadlı,
tərbiyəli övlad böyutmüsünüz” - deyərdi.
Məktəblərarası, şəhərlərarası olimpiadalarda dəfələrlə
iştirak etmiş və yüksək nəticələrlə qiymətləndirilmişdi. Televiziya
kanallarında müxtəlif məntiq yarışmalarinda qalib olmuşdur. Dəfələrlə mətbuatda
məqalələrlə çıxiş edib. Bu həvəs ona anasından keçib. Qeyd edək ki, Ruhəngiz
xanım ixtisasca jurnalistdir. Zivər 2012-ci ildə BDU-nun “Gənc istedadlar”
liseyini əla qiymətlərlə bitirib və Azərbaycan Tibb Universitetinə qəbul olub.
Eyni zamanda YÖS proqramı üzrə imtahan nəticəsi ilə Türkiyənin 5 universitetini
qazanıb. Seçim arasında qaldığı ücün atası ilə məsləhətləşib Türkiyənin məşhur
universitetlərinin birində oxumaga qərar verdi. Azərbaycanı xaricdə təmsil etmək,
vətənini çiçəklənən ölkələr arasında görmək, gözəl ixtisas təhsili alıb ölkəsinə
layiqli bir şəxs kimi gəlmək arzusundadır.
“Həyat hər kəsə
bir dəfə verilir və bu həyatı elə yaşamaq lazımdır ki, sonrakı nəsillər səndən
örnək alsın” - deyib babası Çingiz. Bu sözlər Zivərin həyat amalına çevrilib.
Çingiz babası da özundən sonrakı nəsillərə örnək olan bir şəxsiyyət idi. Onun
kimi yaşamaq yaratmaq nəvələri üçün örnəkdi.
Zivər deyir: “ - Uğurlarına görə valideynlərinə, muəllimlərimə
və Nazənin xalama minnətdaram. Universitetə hazırlaşdığım 1 il muddətində Nazənin
xala mənim hər əziyyətimi cəkib. Universitetə qəbul olanda məndən çox Sevil nənəm
sevindi. Ən sevincli günüm Türkiyənin Cəlal Bəyar Universitetinin
rektorluğundan qəbulla bağlı təbrik məktubu aldığım gündür. Arzum ixtisasımla
bağlı layiq olduğum pilləyə qalxmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəcəm”.
Zivər xoşbəxtliyi ailənin sağlığında, birliyində,
mehribançılıqda görür. Bacısı Nihal həm sirdaşı, həm də dostudur. Zivər düsünür
ki, insanın birinci dostu onun bacısı olmalıdır. Zivərin qardaşı Nurəddin də
istedadlı uşaqların sırasında bu kitabda barələrində məlumat verilən qəhrəmanların
sırasındadır. O da bacıları ilə qurur duyur.
Подписаться на:
Сообщения (Atom)








































.jpg)
