Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
21 ноября 2013 г.
19 ноября 2013 г.
10 ноября 2013 г.
7 ноября 2013 г.
GÜNƏŞƏ LAYİQ OLSUN
Şəms günəş deməkdir. Bu adı ona nənəsi qoymuşdur. İstəmişdir ki, Şəmsin həyatı günəş kimi daim işıqlı və nurlu olsun. Şəms nağılları sevər və bu nağılları çox zaman dəyişərək, öz istədiyi tərzdə danışmağı xoşlayardı. Hələ kiçik yaşlarından təbiəti çox sevərdi. Çiçək toplamaq, bitkilərə qulluq etmək onun sevimli məşğuliyyəti idi. Təəssüratlarını rəngli qələmləri ilə rəsm albomunda qeyd edirdi. Şəmsin musiqiyə də marağı var idi. Anası ona fortepianoda çalmağı öyrətmişdi. Məktəbə gedənə qədər anası ona hərfləri, oxumağı, hesablamağı öyrətmişdi. Şəms müxtəlif mahnılar, Azərbaycan, rus və ingilis dillərində kiçik həcmli şeirlər söyləyirdi.
Məktəbə getdikdən sonra Şəms təhsilə xüsusi maraq göstərirdi. O, dərs əlaçısı, sinif nümayəndəsi idi. Məktəbdə keçirilən şeir müsabiqələrində iştirak edirdi. Lakin riyaziyyat və təbiət fənləri onu daha da çox maraqlandırırdı. Nənə və babası riyaziyyatçı olduqları üçün onun bu həvəsini daha da çox hiss etmişdirlər.
Şəms Ceyhun qızı Abdullayeva 1994-cü il iyulun 16-da Gəncə şəhərində anadan olmuşdur. 2001-ci il sentyabrın 15-də Bakı şəhər Sabunçu rayonundakı 192 saylı orta məktəbin I sinfinə getmişdir. Kimya-Biologiya Təmayüllü liseyin şagirdidir.
Dərslərini yaxşı oxuyur. Ən sevimli fənni biologiya və riyaziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Şeir müsabiqələrində şeir söyləmiş, 20 Yanvar, Xocalı faciələri ilə əlaqədər keçirilmiş mərasimlərdə kiçik səhnəciklərdə müəyyən rol ifa edib. Müəllim və sinif yoldaşları ilə şəhidlər xiyabanını ziyarət etmiş, muzeylərdə olub. Məktəbin təşkil etdiyi Nəbatat bağına gəzintidə iştirak edib. Ona elə gəlir ki, məktəbdə keçirilən hər bir gün maraqlıdır. Uğurlu gün isə, biliyin əla qiymətləndirildiyi gündür.
O, biologiya fənnini çox sevir. Bu fənn üzrə keçirilən bütün tədbirlərdə, olimpiadalarda iştirak edərək bu il keçirilən olimpiadada qalib olub. Bütün müfəvvəqiyyətləri üçün əsasən, müəllimlərinə borcludur. 192 saylı orta məktəbin biologiya müəllimi Afaq müəlliməyə, kimya-biologiya təmayüllü liseyin müəllimlərinə, onlara biologiya fənnini tədris edən Fəridə müəllimə, praktiki biologiya fənnini tədris edən Gülşən müəllimə çox sağ ol deyir. Onlar bu fənni ona daha da çox sevdirdilər.
O, gələcəkdə həkim olmaq arzusundadır. İnsanın sağlığı ən vacib məsələdir. Sağlamlığın keşiyində durmaq məsuliyyəti həkimlərin üzərinə düşür. O, bu məsuliyyəti daşımaq istərdi. O, asudə vaxtlarında rəsm çəkməyi, fortepianoda çalmağı xoşlayır. Bundan əlavə qardaşı Cavidanla məntiq üzrə müxtəlif test tapşırıqları üzərində çalışırlar. O, təbiət qoynunda olmağı xoşlayır. Mümkün qədər valideynləri ilə dəniz kənarına gedirlər.
İncəsənətin hər bir sahəsi maraqlıdır. O, rəsm sərgilərini ümumiyyətlə, rəssamlıq sənətini daha çox sevir. Vaxtı olduqca rəsm çəkməyi xoşlayır.
O, xoşbəxtliyi mümkün olan arzulara çatmaqda görür. Tibb universitetinə daxil olub, təhsilini dünyanın məşhur universitetlərində davam etdirmək onun arzusudur. Bu arzuya çatmaq isə özündən aslıdır. Demək bir daha məsuliyyətlə, əzmlə oxumalı, biliklərini hər zaman möhkəmlətməlidir.
O, öz fəaliyyitəndən razıdır. Onun ilk uğuru imtahan verib kimya-biologiya təmayüllü liseyə qəbul olmağıdır. Bu onun həyatında imtahan idi və imtahandan müvəffəqiyyətlə çıxdı. Bunun üçün o, öz valideynlərinə və müəllimlərinə minnətdardır. O, özünü həmin vaxt çox xoşbəxt hiss edirdi. Sevinirdi, çünki yaxşı bal toplayaraq bu liseyin şagirdi adını qazanmışdı.
Valideynləri onu həkim kimi görmək istərdi. Şəxsiyyət kimi tarixin yaddaşında qalmaq, onun fikrincə hər bir istedadlı gəncin arzusudur. Bu arzuya çatmaq üçün isə elmi biliklərə yiyələnmək, daim çalışmaq lazımdır.
10 октября 2013 г.
4 октября 2013 г.
3 октября 2013 г.
27 июня 2013 г.
Hənifəyev Cəmşid Əlövsət oğlu
Cəmşidin adını babasi
Cəmşid müəllim qoymuşdur. Baba Cəmşid 1926-ci ildə Ermənistan SSR-in Basarkeçər
rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd
sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və
medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf
nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali
Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə
sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur. Baba
nəvəsinə öz adını qoymuşdur ki, qoy bu uğurlarin davamını gətirsin. Qoy bu
uğurlar onun nəvəsi balaca Cəmşidə qismət olsun.
Cəmşid körpəlikdə
ağıllı, sakit və təmkinli idi. Ən çox sevdiyi televiziyada təbiət, vətənpərvərlik
haqqında və həkim məsləhəti verilişlərini diqqətlə izləyərdi. Valideynləri müəllim
olduğu üçün hələ 6 yaşı tamam olanda Cəmşid sərbəst kitab oxuyurdu. Üzgüçülüyə
çox meylli idi.
Cəmşid Əlövsət oğlu Hənifəyev 1992-ci ildə sentyabrın 23-də Baki şəhərində
anadan olmuşdur. 1999-cu ildə Baki şəhəri 115 sayli tam orta məktəbin I sinfinə
daxil olmuşdur. 2007-ci ildə Baki şəhəri 30 sayli tam orta məktəbin VIII sinfinə
getmiş və 2010-cu ildə həmin məktəbi bitirmişdir. Orta məktəbdə oxuduğu muddətdə
daim qiymətləri əla olmuşdur. Məktəbin ictimai işlərində fəal iştirak etmişdir.
Məhz bu xususiyyətlərinə görə Cəmşidin şəkli daim məktəbin şərəf lövhəsində
birincilər siyahisinda olmuşdur. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkurə
layiq görulmusdur.
Cəmşidgilin nəslində 7
ali təhsilli həkim var. Onlar həmişə bir yerə yığılıb tibbdən söhbət edəndə Cəmşid
həkim olmaq qənaitinə gəlirmiş. Qarşısınaa məqsəd qoyur ki, həkim olacaq və
xalqimizin saglamliginin keşiyində duracaq.
Orta məktəbdə oxuyarkən
kimya, biologiya, fizika, riyaziyyat fənlərini daha çox sevib. Çünki gələcəyin
həkimi üçün bu fənlər daha vacibdir. Buna
görə bütün müəllimlərimə minnətdarliğımı bildirirəm. Ən çox əmim Hənifəyev
Əhlimana minnətdarliğımı bildirirəm. Çünki kimya fənnindən mənim üçün daha çox əziyyət
çəkdi.
2010-cu ildə qəbul
imtahanlarından yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin mualicə
işi fakültəsinə daxil olmuşam. Təhsilini uğurla davam etdirir.
Tələbə Elmi Cəmiyyatinin
konfransinda fəal iştirakima görə diploma və sertifikata layiq gorülüb.
Ali məktəbdə də yaxşı
və əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər anatomiya, farmokologiya, patoloji
anatomiya, patoloji fiziologiya və həkim üçün lazim olan digər fənlərdir.
Cəmşid: “ - Əldə
etdiyim uğurlara görə valideynlerimə, təhsil aldığım universitetin rəhbərliyinə
dərin minnətdarliğimi bildirirəm. Ali məktəbə qəbul olacağıma mən tam əmin idim,
çünki TQDK-nin kecirdiyi sinaq imtahanlarinda həmişə 600-dən yuxarı bal
yığırdım.
Gələcəkdə tibb sahəsində
böyük uğurlara nail olmağı planlayıram. Ən böyük arzum işğal altında olan
torpaqlarımızın azad olması və doğma Göyçəmizə gedib babamin yaşadığı, işlədiyi
yerləri görməkdir.”
16 апреля 2013 г.
15 апреля 2013 г.
Adıgözəlli Solmaz Ceyhun qızı
Solmaz Ceyhun qızı Adıgözəlli 6 sentyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 239 saylı orta məktəbin II sinif şagirdidir.
Solmaz körpəlikdə ağıllı, sözəqulaqasan, bir az da dəcəl
uşaq olub. 3 yaşından təhsilə maraq göstərməyə başlayıb. Şeirlər, nağıllar öyrənirdi,
rəsmlər çəkirdi. Çəkdiyi rəsmlərdə uşaq təfəkkürü ilə maraqlı mövzulara
toxunurdu. Anasının köməyilə məktəbə gedəndə artıq yazıb-oxumağı öyrənmişdi.
Solmaz dərslərini əla oxuyur. Bütün fənləri çox sevir.
Məktəbdə keçirilən Yeni il şənliyində aparıcı olub. Həyatında ən uğurlu gün kimi
I sinfə getdiyi günü hesab edir. Həmin gün özünü çox xoşbəxt hiss edirdi. Çünki
həmin gün elm qapısının zehnimizə açılan günü idi. Həyatının ən uğurlu hadisəsi
isə Türkiyəyə getdiyi günü hesab edir.
Solmaz təhsildə əldə etdiyi uğurlara görə valideynlərinə,
müəllimlərinə borclu olduğunu deyir. Onlar kimi savadlı, xeyirxah bir insan
olmaq istəyir.
Gələcəkdə anası kimi həkim olmaq, insanlara kömək
edib, onları öz sağlıqlarına qovuşdurmaq istəyir. Ali təhsilini xarici ölkələrdən
birində davam etdirmək, savadı, biliyi ilə Azərbaycanın adını dünyada tanıtmaq onun
ən böyük arzularından biridir.
Asudə vaxtarında rəsm çəkməyi, nağıl oxumağı, qardaşı
ilə oynamağı, cizgi fliminə baxmağı, təmiz havada gəzməyi xoşlayır.
Подписаться на:
Сообщения (Atom)












































