elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 июля 2018 г.

Məmmədzadə Murad Məhəmməd oğlu


Məmmədzadə Murad Məhəmməd oğlu 15 iyul 2005-ci ildə Bakı şəhərində anadan olub.
Murad körpəlikdən ağıllı, diqqətcil,  hərəkətli, hər şey ilə maraqlanan və tez-tez suallar verən bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri idman etmək və rəsm çəkməkdir.  Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarırdı. O, bunları məktəbəqədər təhsil ocağında müəllimlərinin köməkliyi ilə öyrənmişdir.
Rəsm çəkməyə olan həvəsi 4 yaşından başlayıb. Məmmədzadə Murad ilk təhsilinə Biləcəri qəsəbəsi Vüqar Əvəzov adına 300 nömrəli məktəbdə başlayıb. Hal-hazırda həmin məktəbin  8-ci sinifində təhsil alır. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər riyaziyyat, təsviri incəsənət, fizika və fiziki tərbiyədir.
Məktəblərində keçirilən bütün tədbir və bayaram şənliklərində fəal iştirak edir. Vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirdə  uğurlu çıxışlar edib. Murad bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu bildirir. O, fəaliyyətindən dolayı Bayram babasına  oxşamaq istəyir.Murad gələcəyin tanınmış rəssamı olmaq arzusundadır. Bu sahəyə olan sevgisi 8 yaşından yaranıb. O, canlandırdığı rəsm əsərlərindən təşkil olunmuş, şəxsi sərgisini keçirmək istəyir.  Asudə vaxtlarında idman etməyi, rəsm çəkməyi və internetdə maraqlı məlumatlar axtarmağı xoşlayır. O,çəkdiyi şəkillərdə daha çox təbiət təsvirlərinə üstünlük verir. Murad biliklərini, bacarıqlarını daha da təkminləşdirib Vətəninə, millətinə xeyirli şəxsiyyət olaraq yetişmək niyyətindədir.

10 июля 2018 г.

Süleymanzadə Səid İman oğlu

Süleymanzadə Səid İman oğlu 04.06.2009-cu ildə Bakı şəhərində anadan olub.  Səid körpəlikdən çox sakit, ağıllı, təmkinli, mehriban və hər bir şeyə həssaslıq göstərən uşaq olub. Onun maraqlı nağıl kitablarına və oyuncaqlara böyük marağı olub.  Yaşıdları ilə tez bir zamanda ünsiyyət qurmağı bacarırdı. Səidin ən sevimli məşğuliyyətləri dostları ilə zaman keçirmək və şahmat oynamaqdır. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı məktəbəqədər hazırlıq kursu vasiyəsi ilə öyrənib. Süleymanzadə Səid N.Nərimanov rayonu da yerləşən 36 saylı tam orta məktəbdə təhsil alır. Bununla yanaşı 46 saylı məktəbdən kənar tərbiyə mərkəzində şahmat dərsləri alır. Səid məktəblərində tədris olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur.Onun ən sevimli fənləri riyaziyyat və İngilis dilidir.  Keçirilən bir çox tədbir və bayram şənliklərində fəal iştirak edib. O, oynadığı “Cırtdan” obrazını böyük məharət ilə tədbir iştirakçılarına nümayiş etdirib. Televizorda yayımlanan “Yeni il” şənliyinə həsr olunmuş verilişdə uğurlu çıxışlar edib.  Səid bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə  görə valideynlərinə borclu olduğunu bildirir. Gələcəkdə futbolçu və ya şahmatçı olmaq arzusundadır. Səid bilik və bacarıqlarını təkminləşdirib, gələcəkdə seçəcəyi peşənin nə olmasından aslı olmayaraq işinin mütəxəssisi olub Vətəninə, millətinə, ailəsinə xeyirli övlad olaraq yetişmək niyyətindədir.

6 июля 2018 г.

Məmmədova Rövşanə Elşən qızı


 
Məmmədova Rövşanə Elşən qızı 7 iyul 2007-ci ildə Bakı  şəhərində dünyaya gözlərini açmışdı.  Körpəlikdən  çox səliqəli, incə davranışlı, düşüncəli, nazlı və tez küsəyən biri olub.  Kiçik yaşlarından şəkil çəkməyi çox sevib. Dəftər kitaba qarşı hər zaman maraq göstərib.  Televizorda  eşitdiyi mahnıları dərhal əzbərləyirdi. Məktəbəqədər dövrdən artıq yazıb-oxumağı bacarırdı.  Anası və qardaşı  tərəfindən öyrədilmişdi.  Artıq 2 yaşından onun bir çox şeyə qarşı marağı var idi. Öz istedadı ilə valideynlərini hər zaman təəccübləndirirdi.  Yaşıdlarından hər zaman fərqlənməyi bacarırdı.  Təhsilə Nərimanov rayonunda yerləşən 93saylı tam orta məktəbdə başlamışdır. Hal-hazırda isə 257 saylı orta məktəbdə təhsilini davam etdirir. Dərslərini əla qiymətlərlə oxuyur. Sinifin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənlər riyaziyyat, rus dili, ingilis dili və rəsmi daha çox sevir. Fəal bir şagird olan Rövşanə məktəbdə olan tədbirlərdə yaxından iştirak etməyə çalışır. “Yeni il” şənliyində, “Novruz” bayramı şənliyində, “20 Yanvar”, “9 May” tədbirində, “Xocalı” faciəsinə həsr olunmuş tədbirdə şeir söyləmiş, bir çox rollarda çıxış etmişdir. Ona hər zaman dəstək olduqları üçün valideynlərinə və  müəllimlərinə özünü borclu bilir. Xüsusi ilə də anası onların təlim tərbiyəsilə daha çox məşğul olur. O öz fəaliyyətilə bağlı heç kimi təkrarlamaq istəmir, öz yolunu cızmaq istəyir. Gələcəkdə isə məktəbi əla qiymətlərlə bitirərək ali məktəbə qəbul olmaq istəyir. Ən böyük arzularından biri özünü müəllim kimi görməkdi. Gələcək nəsillərə işıq tutmaq istəyir. Asudə vaxtlarında şəkil çəkir, kağızdan müxtəlif fiqurlar və s. şeylər düzəldir. Həmçinin muncuqlarla portret işləyir. Öz çəkdiyi şəkilləri muncuqlarla işləməyi sevir. Mətin və uğurlu addımlarla irəlləmək istəyir. İstedadlı müsahibimiz olan Rövşanəyə yolun hər zaman işıqlı və açıq, uğurların bol  olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

27 июня 2018 г.

Əzizov Eşqin Samiq oğlu


Əzizov Eşqin Samiq oğlu 26 iyun  2000-ci ildə  Bakı şəhəri Binəqədi rayonunda  dünyaya gözlərini açıb.. Eşqin kiçik yaşlarından sakit, ağıllı, mehriban və mərhəmətli uşaq olub. Rəsm çəkməyə və futbola böyük marağı olub. Bu marağı valideynnləri Eşqində hələ uşaq vaxtlarından hiss etmişdilər.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Valideyinlərindən anası tərəfindən öyrədilmişdi.
İstedadıyla bağlı maraq hələ uşaq vaxtlarından yəni 3 yaşı olanda rəsm çəkməyə marağı olduğunu biruzə verirdi. Evdə ən çox çəkdiyi rəsm isə maşın rəsmləri idi.
 İlk təhsilini Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən 143 saylı tam orta məktəbdə alıb. Hal-hazırda Abşeron rayonu Fatmayı kəndi D.Bünyadzadə adına tam orta məktəbdə təhsil alır.
Dərslərini əla oxuyur, çox çalışqan şagirddir. Ən sevdiyi fənn isə Azərbaycan dili fənnidir.
Həyatında ən uğurlu günü, ən çox xoşladığı Barselona klubunun çempion olmasıdır.
Əlde etdiyi uğurlara göre özünü valideyin və müəllimlərinə borclu hiss edir. Hər zaman ona dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. Tanınmış rəssamlardan biri olmaq  arzusundadır.
Gələcəkdə ixtisas seçimi olaraq modelyer-dizayner olmaq istəyir.
Asudə vaxtlarını futbol oynamaqla və televizorda Barselonanın oyunlarına baxmaqla keçirir.
Bəzi fiqurlar, natirmot və əsasəndə geyimlərlə bağlı rəsimlər çəkir.
Gələcəkdə rəssamlıq sənətinin sirlərini daha da dərindən yiyələnmək , modelyer dizayner sənəti ilə bağlı uğurlar əldə etmək  istəyir. Yaddaşlarda qalmaq üçün sənətdə yeniliklər etmək lazımdır. Bunun üçün əlindən gələni edecəyini bildirir. Biz də öz növbəmizdə istedadlı müsahibimizə hər zaman valideynlərinin fəxri ol deyirik.Yolun daim uğurlu və işıqlı olsun. Səsin hər zaman zirvələrdən gəlsin!

Şirinova Aysun Əlvan qızı


Şirinova  Aysun Əlvan qızı 1 fevral 2005-ci ildə  Ağcabədi rayonu  Hindarc kəndində dünyaya gözlərini açıb. Aysun körpəlikdə çox hərəkətli və dəcəl uşaq olmuşdur. Uşaqlıqdan  sual verməyi və rəsm çəkməyi sevir. Balacalıqdan təbiətə bağlı uşaqdır .  Heyvanlardan qorxmasına baxmayaraq onları çox sevirdi. Bəzən təbiətə aid verdiyi suallar valideynlərini təəccübləndirirdi.  Məktəbə gedənə qədər artıq yazıb-oxumağı bilirdi. Ona bunun üçün qardaşı kömək olmuşdu. İstedadı ilə bağlı maraq onda 3 yaşından sonra yaranıb. Təhsilə ilk dəfə  249 saylı tam orta məktəbdə başlamışdır.  Hal-hazırda isə 260 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Aysun dərslərini əla oxuyur. Sinfin əlaçı şagirdlərindəndir. Ən sevdiyi fənlər fizika, kimya, biologiyadır. Məktəblərində  keçirilən tədbirlərdə fəal iştirak edib. Müxtəlif rollarda çıxış etmiş və aparıcı olmuşdur.  İki sertifikat və diplom almışdır. Məntiq yarışmalarında yüksək nəticələr göstərmişdir. I sertifikatını 6 dekabr 2016-ci ildə, II sertifikatını isə 6 mart 2018-ci ildə almışdır. Son günlərdə məktədə keçirilən “Vətənim Azərbaycan” adlı inşa  müsabiqəsində fərqləndiyinə görə diplomla təltif olunmuşdur. Əldə etdiyi uğur, nailiyyətlərinə görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir. Fəaliyyəti ilə bağlı ən yüksək zirvəni hədəfləyib. Gələcəkdə hüqüqşünas olmaq istəyir. Balacalıqdan o bu fikrə  düşüb. Asudə  vaxtarında rəsm çəkməyi və rəqs etməyi sevir. Gələcəkdə hüqüqşünas olaraq uşaqların hüqüqlarını qorumaq istəyir.   Gələcəyin savadlı və peşəkar  hüqüqşünaslarından biri olmaq istəyir. 13 mart 2017-ci ildə çəkdiyi rəsm Savalan qəzətində dərc olunub.  5 may 2016-ci ildə əlaçı və fərqlənən şagird olaraq adı məktəb qəzetinə düşmüşdür. Biz də öz növbəmizdə istedadlı müsahibimiz olan Aysuna yolun açıq olsun, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

25 июня 2018 г.

Fəhruzov Emil Mübariz oğlu


Fəhruzov Emil Mübariz oğlu 31 mart 2009-cu ildə Bakı şəhərində dünyaya gözlərini açıb. Fəhruzovlar ailəsinin ilk övladı olan Emil dünyaya gəlişi ilə ailəsinə sevinc bəxş etmişdir. Kiçik yaşlarından sakit, mehriban, gülərüz və ünsiyyətcil uşaq olub. 3-4 yaşlarında  saymağı və vurma cədvəlini artıq bilirdi. Babası ona riyazi biliklər aşılayırdı. Emilin şahmata qarşı böyük marağı var. 4 yaşından atası və dayısının köməyilə şahmat oynamağı öyrənmişdi. Məktəbə gedənə qədər hazırlıq mərhələsi keçmişdi. Yaşıdları ilə müqayisədə hazırcavablığı  və riyazi bilikləri ilə seçilirdi. 5 yaşı olanda riyaziyyat və şahmata olan marağı, istedadı valideynlərinin  diqqətini cəlb etdi. Bu səbəblə biliklərinin inkişaf  etdirmək üçün onu  dərnəklərə apardılar.  Şahmat və riyaziyyata olan marağı babası tərəfindən oyadılmışdır. Təhsilə 254 saylı tam orta məktdə başlamışdır. Dərslərini əla oxuyur. Ən sevimli fənləri əlbəttədə ki, riyyaziyyat və informatkadır. Məktəblər arasında keçirilən şahmat yarışında I yerin sahibi olmuşdur. Təhsil Nazirliyinin keçirdiyi müxtəlif yarışlarda ilkin olaraq IV dərəcə, sonra III, daha sonra isə II dərəcə almışdır. Həyatda ən maraqlı və uğurlu günü şahmat yarışında ilk dəfə IV dərəcə aldığı gündür. Həmin gün çox sevinmişdi. Əldə etdiyi uğur,  nailiyyətlərə görə valideynlərinə   və müəllimlərinə öz minnətdarlığını bildirir. Gələcəkdə bacardığı qədər yüksək pillələrə qalxmaq istəyir. Şahmata gəldikdə isə FİDE master dərəcəsinə yüksəlmək istəyir. Həmçinin gələcəkdə neft sahəsində işləyən mütəxəssis olmaq istəyir. Çünki atası neftçidir. Ona görədə o da bu fikrə düşüb. Asudə vaxtlarında futbol oynamğı sevir. Məktəbi əla qiymətlərlə bitirərək ali təhsili xarici  ölkədə davam etdirmək fikrindədir. Tarixin yaddaşında isə peşəkar şahmatçı kimi qalmaq istəyir.  Biz isə istedadlı müsahibimizə uğurların bol, yolun daim işıqlı olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!