Əzizov Eşqin
Samiq oğlu 26 iyun 2000-ci ildə Bakı şəhəri Binəqədi rayonunda dünyaya gözlərini açıb.. Eşqin kiçik
yaşlarından sakit, ağıllı, mehriban və mərhəmətli uşaq olub. Rəsm çəkməyə və
futbola böyük marağı olub. Bu marağı valideynnləri Eşqində hələ uşaq
vaxtlarından hiss etmişdilər.
Məktəbə gedənə
qədər yazıb-oxumağı bilirdi. Valideyinlərindən anası tərəfindən öyrədilmişdi.
İstedadıyla
bağlı maraq hələ uşaq vaxtlarından yəni 3 yaşı olanda rəsm çəkməyə marağı
olduğunu biruzə verirdi. Evdə ən çox çəkdiyi rəsm isə maşın rəsmləri idi.
İlk təhsilini Bakı şəhəri Rəsulzadə qəsəbəsində
yerləşən 143 saylı tam orta məktəbdə alıb. Hal-hazırda Abşeron rayonu Fatmayı kəndi
D.Bünyadzadə adına tam orta məktəbdə təhsil alır.
Dərslərini əla
oxuyur, çox çalışqan şagirddir. Ən sevdiyi fənn isə Azərbaycan dili fənnidir.
Həyatında ən
uğurlu günü, ən çox xoşladığı Barselona klubunun çempion olmasıdır.
Əlde etdiyi
uğurlara göre özünü valideyin və müəllimlərinə borclu hiss edir. Hər zaman ona
dəstək olduqları üçün onlara öz minnətdarlığını bildirir. Tanınmış rəssamlardan
biri olmaq arzusundadır.
Gələcəkdə
ixtisas seçimi olaraq modelyer-dizayner olmaq istəyir.
Asudə
vaxtlarını futbol oynamaqla və televizorda Barselonanın oyunlarına baxmaqla
keçirir.
Bəzi
fiqurlar, natirmot və əsasəndə geyimlərlə bağlı rəsimlər çəkir.
Gələcəkdə rəssamlıq
sənətinin sirlərini daha da dərindən yiyələnmək , modelyer dizayner sənəti ilə
bağlı uğurlar əldə etmək istəyir.
Yaddaşlarda qalmaq üçün sənətdə yeniliklər etmək lazımdır. Bunun üçün əlindən gələni
edecəyini bildirir. Biz də öz növbəmizdə istedadlı müsahibimizə hər zaman
valideynlərinin fəxri ol deyirik.Yolun daim uğurlu və işıqlı olsun. Səsin hər
zaman zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий