İmaməli Atababa
oğlu Dadaşzadə 2 fevral 1993-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan
olub. 1999-cu il sentyabrın 1-də Arxarası kənd orta məktəbində I sinfə gedib. 4
il orada oxuduqdan sonra 2003-cü ilin senyabrın 15-də qonşu Yolüstü kənd orta məktəbində
təhsilini davam etdirib. 2010-cu ildə orta məktəbi bitirib yüksək balla Azərbaycan
Dövlət İqtisad Universitetinə sənayənin təşkili və idarə edilməsi ixtisasına daxil
olub. Nədən məhz bu istisası seçdiyini soruşduqda İmaməli belə cavab Verdi: “ -
IX sinifdə oxuyarkən düşündüm ki, cəmiyyətdə hər zaman böyük ehtiyac duyulan
yüksəkixtisaslı və bacarıqlı bir iqtisadçı olmaq istəyirəmsə gərək buna ümumi
iqtissadiyyat fakultəsinə daxil olmaqla başlayım. Bu fikirlərin məndə meydana gəlməsində
böyük qardaşım Xəyalın da danılmaz rolu vardır”.
İmaməli
orta təhsil aldığı dövrdə dərslərini hər zaman əla qiymətlərlə oxuyub. Coğrafiya,
riyaziyyat və tarix sevimli fənləri olub. X və XI siniflərdə rayon üzrə olimpiadada
coğrafiya fənnindən I yerə çıxdığı üçün fəxri fərmanlarla təltif olunub.
Ali məktəbdə
də dərslərini müntəzəm şəkildə oxuyur. Hazırda sevimli fənləri iqtisadi nəzəriyyə,
ali riyaziyyat, tarixdir.
Ali məktəbə
qəbul olmasını həyatının dönüş nöqtəsi, ən önəmli hadisəsi kimi qəyərləndirir qəhrəmanımız.
Əlbəttə, buna nail olmaqda ona yardımçı olan insanlar da var. İlk növbədə valideynləri,
coğrafiya müəllimi İbrahimvəli müəllim və Ülkər xanım İmaməlinin təhsilli bir şəxs
olması üçün daim əllərindən gələni əsirgəməyiblər.
İmaməli
davam edir: “ - Ali məktəbə qəbul olacağıma bütün varlığımla inanırdım. Bilirdim
ki, heç vaxt çəkilən əziyyət hədər getmir. Qəbul olmağımı öyrənəndə sevincimin
həddi-hüdudu yox idi. Çünki yuxusuz gecələr, yorğun günlər, qarlı-yağışlı,
qızmar günlərindəki əziyyətlər hədər getməmişdi.
İxtisasımla
bağlı həyata keçirmək istədiyim ideyalar sənayənin regionlarda inkişafı və idarə
edilməsidir. Bakalavr təhsilimi bitirdikdən sonra təhsilin magistratura dərəcəsinə
qəbul olmaq, daha sonra isə ixtisasıma uyğun bir işdə çalışmaq istəyirəm.
Xoşbəxtliyi
gələcəkdə yüksək ixtisaslı kadr və savadlı iqtisadçı olmaqda görürəm. İxtisasımla
bağlı layiq olduğum pilləyə qalxsam özümü xoşbəxt hiss edərəm.
Asudə
vaxtlarımda idmanla məşğul oluram.
Xalqımın və
dövlətimin xoşbəxt və güclü iqtisadi gələcəyi naminə sosial problemlərin həllinə
yönələn layihələr həyata keçirməklə tarixin və xalqın yaddaşında şəxsiyyət kimi
qalmaq istərdim”.
e-mail: imamali560@mail.ru
Комментариев нет:
Отправить комментарий