Fazilə adının mənası - “ insanın yaradılışındakı gözəllik, ləyaqət,mənəvi qüvvət,iffət və gözəl vəsf ” deməkdir. Körpəlikdən çox aktiv uşaq olub Fazilə. Şeir söyləməyi, rəqs etməyi çox sevib. Həmişə diqqət mərkəzində olub. Məktəbə gedənə qədər yazıb-oxumağı anasının köməyi ilə öyrənib. Şeir söyləməkdə və rəqs etməkdə xüsusi qabiliyyəti olduguna görə, uşaq bagçasında dövlət komissiyasının tərifinə və alqışlarina layiq görülüb.
Fazilə Əliyeva Bakı şəhərində əqrəb bürcü altında dünyaya gəlib. Bu bürc altında dünyaya gələn şəxslər anadangəlmə mübariz, diribaş və temperamentli olurlar.Məhz bu xüsusiyyətlər qəhramanımızın xarakterində öz əksini tapıb. Fazilə 271 saylı orta məktəbi bitirib. 1990-1997 ci ildə 4 saylı uşaq musiqi məktəbini fortepiano ixtisası üzrə bitirib və diplomla təltif olunub. Musiqiyə marağı uşaqlıqdan olub. 2001-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsinə yüksək balla daxil olub. Ali məktəbi bitirib,diplomla təltif olunub və həkim sənətinə yiyələnib.
“Orta məktəbi əla qiymətlərlə oxuyan Fazilə çox aktiv şagird olub. Daim adı əla oxuyan, nümunəvi şagirdlərin siyahısında olub. Sevimli fənləri ingilis dili, biologiya, kimya, ədəbiyyat və fizika olub.
Ali məktəb illərində də qəhrəmanımız aktiv olub,sevimli fənləri insanın normal anatomiyası, pataloji anatomiya və cərrahiyyə olub.
Fazilə Əliyeva İrəli İctimai Birliyinin və bir çox başqa ictimai təşkilatların fəal üzvlərindəndir.
Fazilə: “Düşünürəm ki, əsl həkim ilk növbədə yaxşı insan olmalıdır. Zira çox vaxt həkimin adi təbəssümü və xoş rəftarı pasientdə müsbət emosiya oyadır və onun sağalmasına səbəb olur.Həkimlik sənətinə yiyələnməyimdə ilk növbədə uca Tanrıya sonra isə ailəmə minnətdaram.Anam həmişə mənim çətin günlərimdə mənə dəstək olub, ümid verib.Onun əllərindən öpürəm”
Asudə vaxtlarında klassik musiqiləri dinləyir, şeir yazır. Poeziyaya çox böyük sevgisi var və ən çox sevdiyi şairlər – Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Nəriman Həsənzadə və Zəlimxan Yaqubdur.
Fazilə: “Tarixin yaddaşında böyük bir şəxsiyyət kimi qalmagı çox istərdim.Düşünürəm ki, bu həyat hər kəsə bir dəfə verilir və bu həyatı elə yaşamaq lazımdır ki, dünyadan köçdükdən sonra səndən sonra gələn nəsillərə səndən örnək olacaq gözəl bir iz qalsın”.

Nədən başlayır Vətən? Bunu düşünürəm mən.
Düşündükcə düşünən kiçik qəlbim böyüyür,
Həyəcandan döyünür.
Nədən başlayır
Vətən? Bəlkə, doğan günəşin
İşıqlı şəfəqindən?
Yoxsa, Qoşqar dağının
Əzəmətli gücündən?
Nədən başlayır
Vətən? Ayaq açan körpənin
Yıxılarkən
tutduğu bəlkə bir parça yerdən?
Bəlkə gəlin
bacının sübhə qədər çaldığı
Həzin laylar səsindən?
Düşünürəm ki, bəlkə, igid Vətən oğlunun
Daim sayıqlıq çəkib, qoruduğu sərhəddən?
Bəli! Bunlar Vətəndir!
Axan çaylar, dənizlər, geniş çiçəkli düzlər,
Yaşıl meşə,
dağ-dərə, ürək açan mənzərə
Bunlar hamısı Vətəndir!
Koroğlunun nərəsi, Babəkimin
qeyrəti,
Nənələrin nəğməsi, babaların gur səsi.
Bunlar hamısı Vətəndir!
Nədən başlayır Vətən? Yenə düşünürəm mən.
İndi deyərəm ki, mən
Vətənimin bəxtinə düşən qanlı günlərdə
Vətən uğrunda ölən
İgidlərin qanına boyanmış çiçəklərdən.
İndi çiçəklər açmır, açanlar ətir saçmır.
Tökərək göz yaşını
Bənövşələr səhər-axşam küləklərə söyləyir:
“Hanı bizim igidlər?
Düşmənin pəncəsində qalıb qızlar, gəlinlər!”
Nədən başlayır Vətən? Bunu gərək biləsən!
Düşünərək dərindən, söyləyirəm ürəkdən:
“Vətən səndən başlayır! Vətən bizdən başlayır!
Vətən bizim sevgimizdən başlayır!
Toplanaraq bir yerə, verib bizlər əl-ələ,
Yaradaraq bir qüvvə, qalib gəlib düşmənə
Səs salarıq hər yerə!”
TÜRK QADINI
Anamın simasında bütün Türk dünyasının qadınlarına həsr edirəm!
Türk qadını – xəyalmısan? Ilgımmısan?
Pərimisən? Mələkmisən?
Bəlkə, sən bir möcüzəsən möcüzələr dünyasında?
Yoxsa, gördüyümüz bir röyasan reallıqlar dünyasında?
Düşündükcə, anlayıram: Türk qadını –
Sən Kəpəzsən, Sən Qoşqarsan,
Zərifliklər içində bir sərt qalasan!
Sən Həcərsən, Natəvansan,
Çənlibeldə at oynadan qəhrəmansan!
Sən həyatsan qısa ömür dünyasında,
Gözəlliksən çirkinliklər dünyasında.
Sən dünyasan dünyaların arasında,
Sən mələksən axirətin əsasında.
Sən bəndəsən , Tanrı səni yaradıb,
Cənnət sənin ayaqların altında.
Sən boyunsan - baş boyunsuz tərpənməz,
Sən qüvvəsən - dünya onsuz hərlənməz.
Sən bülbülsən - bülbül qəfəsdə durmaz,
Sən anasan - yavrusundan ayrılmaz.
Haqqın səsi sənsən, sən!
Azadlığa layiqsən sən!
Sən qadınsan, özü də Türk.
Demək, zəfər sənin yanında,
Düşmən sənin ayaqların
altında.
SALAM.
Salam sözü – Allahdır.
Onu almamaq günahdır.
Baxmaz böyüyünə, kiçiyinə
Onu verər hər kəs biri-birinə.
Verən – xatırladar alana yaradanı,
Alan – yad eyləyər uca pərvərdigarı.
Beləcə hamı tutar
biri-birindən əhval,
Həm bəndə sevinər, həm də Rəhman.
MÜƏLLİF : FAZİLƏ RAMIS QIZI ƏLİYEVA
MÜƏLLİF : FAZİLƏ RAMIS QIZI ƏLİYEVA
Комментариев нет:
Отправить комментарий