Biləndər bəy xalq şairi Səməd Vurğunun
yaradacılığını çox sevir və “Aygün” poemasını dəfələrlə oxumuşdu. Ona görə də
qızı dünyaya gələndə tərəddüd etmədən ona Aygün adı vermək istədiyini açıqladı.
Təklif ailənin digər üzvləri tərəfindən də isti qarşılandı. Və beləcə dünyaya gələn
uşağın adı Aygün oldu.
Aygün də məktəbəqədər dövrdə bütün həmyaşıdları
kimi gəlincikləri oynayar, xüsusi bacarıq və qabiliyyəti ilə onlardan seçilməzdi.
Lakin illər-illərə calandıqca bu qızın təhsilə xüsusi marağı üzə çıxmağa
başladı. Əsas səbəblərdən biri də onun ziyalı, təhsilə xüsusi önəm verən bir
ailədə boya-başa çatması idi. Aygünün anası ixtisasca müəllimdir.
Aygün Biləndər qızı Mustafayeva 9 aprel 1989-cu ildə
Mingəçevir şəhərində anadan olub. 1995-ci ildə Səməd Vurğun adına 16 saylı orta
məktəbə I sinifə gedib və 2006-cı ildə həmin məktəbi bitirərərək yüksək balla Azərbaycan
Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. 2012-ci ildə
ATU-nu bitirərək terapiya ixtisası üzrə rezidenturaya qəbul olub. Hazırda Azərbaycan
Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezident-terapevt kimi
çalışır.
Aygün hələ uşaqlıqdan həkim olmaq həvəsində olub. Həmdə
valideynlərinin arzusu idi onun həkim olması.
Aygün orta məktəbdə həmişə dərslərini əla qiymətlərlə
oxuyub. Sevdiyim fənlər başda riyaziyyat olmaqla, ədəbiyyat və biologiya
olmuşdur.
Ali məktəbdə daim müvəffəqiyyətlə oxumağa çalışıb qəhrəmanımız.
İxtisas fənləri olan biokimya və daxili xəstəlikləri isə xüsusi maraq və həvəslə
mənimsəyib.
Aygün: “ - Həyatimda ən uğurlu günlərim universitetə
və rezidenturaya daxil olduğum günlər olub.
Seçdiyim ixtisasa yiyələnməkdə universitet müəllimlərimə,
qəbul imtahanında göstərdiyim nəticəyə görə biologiya müəllimim və anam Tamella
xanıma, fizika müəllimim Gülşən xanıma, kimya müəllimim Səkinə xanıma dərin təşəkkürümü
edirəm.
Tibb sahəsində ixtisas üzrə kuratorum dosent Əli
İbrahimova oxşamaq istərdim.
Rezidenturanı bitirdikdən sonra doğma şəhərim Mingəçevirdə
işləmək istəyirəm.
İnsanların sağlamlığının keşiyində dayanmaq, onlara
yaşamaq ümidi bəxş etmək mənimçün ən böyük xoşbəxtlikdir. İxtisasım üzrə hədəfim
elmlər namizədi, daha sonra isə Allah qismət edərsə elmlər doktoru olmaqdır.
Asudə vaxtlarımda tibbi kitablarla yanaşı bədii ədəbiyyat
da oxuyuram. Dedektiv kitablar daha cox diqqətimi cəlb edir. Müasir dövrün
yazıçılarından Elxan Elatlının oxuyucularındanam.”
Комментариев нет:
Отправить комментарий