Soltanın adı ata babasının adı olaraq nənəsi tərəfindən seçilmişdir. Körpəlikdə istiqanlı, hazırcavab olması, şahmat oyunlarına marağı ilə seçilmişdir. Məktəbə gedənə qədər kiril və latın qrafikaları ilə yazıb-oxumağı valideynlərindən öyrənmişdi.
Soltan Sabit oğlu Əzimov 1 mart 1995-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Xətai adına 64 saylı məktəbin I sinfinə daxil olub, hazırda Xətai rayonu 138 nömrəli məktəbdə təhsilini davam etdirir, şahmat və üzgüçülüklə məşğul olur. Dərs əlaçısıdır. Tarix, Azərbaycan dili və riyaziyyat fənlərini çox sevir. Məktəbdaxili ictimai tədbirlərdə, dövlət müstəqilliyinə həsr olunmuş bayram tədbirlərində, H. Əliyevin yubileyinə həsr edilmiş beynəlxalq yarışlarda da iştirak edib. Həyatında ən uğurlu gün I sinfə həvəslə getməyi, müxtəlif olimpiada və yarışlarda I yeri tutmasıdır. Uğur qazanmağında valideynlərinin, məktəbdə isə müəllimlərinin rolu böyük olmuşdur.
Gələcəkdə diplomat olmağı qarşısına məqsəd qoyub. Azərbaycanın beynəlxalq hüquqlarının müdafiəsində yaxından iştirak etməyi özünə borc sayır.
Asudə vaxtlarında idmanın müxtəlif növləri ilə məşğul olmağı, bədii ədəbiyyat mütailə etməyi xoşlayır. ATV kanalında yayımlanan LG “Bilik akademiyası” müsabiqəsində 2009 və 2010-cu ildə 2 dəfə fəxri yer tutaraq mükafata layiq görülmüşdür. İctimai Televiziyada “Virtual rinq” yarışmasında iştirak etmişdir. 2011-ci ilin fevral ayında Azərbaycan radiosunda “Bu bizik” hərbi-vətənpərvərlik verilişində çıxış etmişdir. 2007-ci və 2008-ci ildə “Planet” və “Şəkər villası” qəzetlərində keçirilən yarışmaların qalibidir.
Şeir deməyi xoşlayır, ədəbi-bədii gecələrdə, müsabiqələrdə iştirak edir. Şahmat üzrə ilk dərəcə yarışında qalib gələrək yaşıdları arasında Azərbaycanda göstərdiyi rekord nəticə onu birinci etmişdir.
Yüksək təhsil alaraq ixtisaslı kadr kimi özünü göstərmək istəyir. Tarixdə xeyirxah və dövlət mənafeyini qoruyan insan kimi qalmaq istərdi.
Soltanın müxtəlif illərdə idmanda və təhsildə əldə etdiyi nailiyyətlərlə tanış olaq. 19 may 2003-cü ildə Nəsimi rayon Uşaq Gənclər Şahmat Məktəbinin keçirdiyi IV dərəcə uğrunda yarışda I, 10 iyul 2004-cü ildə I dərəcə uğrunda respublika təsnifat turnirində II, 4 yanvar 2006-cı ildə dərəcə yarışlarında I, 18 noyabr 2006-cı ildə Respublika Şahmat-Dama Klubunun açıq birinciliyində I, 2006-cı il dekabrın 5-də Xətai rayon məktəblilərinin XIX spartakiadasının proqramına daxil olan şahmat yarışlarında III, 20 dekabr 2007-ci ildə Xətai rayon məktəblilərin XX spartakiadasında I, spartakiadanın şəhər turunda isə III, 2008-ci ildə Həmkarlar İttifaqı Konfederasiyası Şahmat-Dama Klubunun açıq birinciliyində I, həmən il dekabrın 12-də 138 saylı məktəb komandasının tərkibində Xətai rayonu üzrə şahmat yarışında I, 2009-cu il oktyabrın 17-də Xətai rayonu üzrə dama yarışında I, həmən ildə ümumtəhsil məktəblərinin XXII spartakiadasının şahmat yarışlarında rayon və şəhər turlarında I, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar təşkil etdiyi turnirdə komanda birinciliyində I, 2010-cu ildə də spartakiadanın rayon turunda şahmat üzrə I yerlərə çıxıb.
29 may 2003-cü ildə 138 saylı məktəbdə əla müvəffəqiyyət və nümunəvi davranışa görə tarifnamə, Xətai rayon Gənclər və İdman İdarəsinin və məktəbin ictimai işlərində fəal iştirak etdiyinə görə diplomla təltif olunub. 25 yanvar 2011-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi olimpiadada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yer tutub. 2011-ci ilin aprelində Konrad Adenauer Fondunun təşkilatçılığı ilə keçirilən layihədə sertifikatla təltif olunub.
Комментариев нет:
Отправить комментарий