Hacıyeva Xuraman Aqil qızı Bakı şəhəri Ə. Vahid
adına 293 saylı tam orta məktəbin VI sinif şagirdidir. Xuraman uşaqlıqda dəcəl
olub. Dəcəlliyi ilə bərabər həm də iti zəkalı bir uşaq kimi tanınmışdır.
Qonşular tərəfindən hər zaman sevilən bir uşaq olmaqla, hər kəsin rəğbətini qazana
bilmişdir.
Xuraman məktəbə
qədər xeyli sayda uşaq seir və nağılları öyrənmişdi. Yaddaşı iti olduğundan
valideynlərinin onun üçün oxuduqları seirləri və nağılları yadda saxlamağı
yaxşı bacarırdı. Seirləri ona daha çox
anası öyrətmişdi.
Yaxşı seir demək
bacarığı Xuramanda I sinifdən hiss edilməyə başalamışdı. Qiraət bacarığını ona
atası aşılamışdı.
Xuraman: Dərslərimi
yaxşı qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər Azərbaycan dili, ədəbiyyat,
tarix və coğrafiya fənləridir. Məktəbimizdə təşkil edilən bütün tədbirlərdə hər
zaman fəal iştirak etmişəm, seirlər söyləmişəm. Bu xüsusiyyətimə görə ədəbiyyat
müəllimimin ən sevimli şagirdlərindənəm. Həyatımda ən uğurlu günlərim dərslərimdən
əla qiymət aldığım günlərdir. Ən xoş və
uğurlu günlərimdən biri isə Fidan bacımın dünyaya gəlməsi olmuşdur.
Əldə etdiyim
uğur və nailiyyətlərə görə atama, anama və müəllimlərimə borcluyam. Fəaliyyətimlə
hər zaman atama bənzəmək istəmişəm. Dərslərimi daha da yaxşı mənimsəyib gələcəkdə
vətənim və ölkəm üçün layiqli övlad, vətəndaş olmaq istəyirəm. Hədəfim bu
baxımdan ən yüksək uğurlara çatmaqdır. Oxuyub gələcəkdə dil-ədəbiyyat üzrə yüksək
biliklərə malik müəllim olmaqdır. Bu fikrə hələ ilk sinif illərindən düşmüşəm.
Bu fikrə düşməyim ilk növbədə ibtidai sinif müəllimim Kübra xanım, ədəbiyyat müəllimim
Şövkət müəllimə olan dərin sevgi və hörmətdən irəli gəlir. Gələcək planım dərslərimi
əla qiymətlərlə oxuyub orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji
Universitetinə daxil olmaqdır.
Asudə
vaxtlarımı sinifdən xaric oxu üçün olan hekayələri və şeir parçalarını
oxumaqla, həmçinin musiqiyə qulaq asmaqla keçirirəm.
Tarixin yaddaşında yaşamaq hər bir insanın amalı
və arzusu olmalıdır. Bunun üçün təbii ki, üzərimizə düşən bütün işləri layiqincə
yerinə yetirmək, dürüst, ədalətli və azad düşüncəli olmaq lazımdır.
Комментариев нет:
Отправить комментарий