elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 апреля 2016 г.

Şükürlü Sübhan Rahib oğlu



 
Sübhan körpəlikdən həmişə maraqlı uşaq olub onun maraqları isə həmişə üstün olub. Həmişə fərqlənməyi, öndə olmağı, yaxşı geyinm, yaxşı yemək, çalışqanlığı ilə etrafı özünə çəkib. Sübhan məktəbə getməmişdən yazıb-oxumağı bilirdi. Çünki ,maraq həm özündə var idi, həm də bu həvəsi əmisi Rahil onda yaratmışdır.Ona görə də həmişə əmisinə oxşamağa çalışıb.Onun kimi gəzməyi, onun kimi geyinməyi, və onun kimi dövlət işində işləməyi qarşısına məqsəd qoyub.Sübhan bu vaxta kimi bütün yaş dövürlərində hazırcavablığı və fərqli düşünməyi  ilə digər yaşıdlarından fərqlənib. Dəqiq yaş dövrünü demək çətin olsada gözəl gələcəyi olacağını demək heç də çətin deyil.Çünki onun idialı əmisidir.
Şükürlü Sübhan Rahib oğlu 16.12.2004-cü il Azərbaycanın gözəl guşəsi olan Qəbələ rayonunun Bunud kəndin də anadan olmuşdur.Binəqədi rayonu E.Sultanov adına 217 saylı məktəbin şagirdidir.Etiraf edirəm ki, dərslərimi əla oxumuram.Yaxşı demək olar, amma istəyirəm ki, əla oxuyam.Bunun üçün öz üzərimdə çalışıram.Ən sevimli fənnim humanitar fınnlırdir ana dili, tarix və s.Məktəbimizdə keçirilən tədbirlərin demək olar hamısında istirak etmişəm .Tədbirlərdə hər hansı bir rol, şeir və bir sıra təşkilati işlərdə iştirak edirəm.Bunlardan əlavə respublika tədbirlərində də iştirak etmişəm . Əmim tərəfindən bizə xüsusi dəvvətnamələr gəlir.Qardaşım Səbuhi və valideyinlərimlə birgə bu tədbirlərdə iştirak edirik.Bu tədbirlər mənim üçün çox maraqlı və yadda qalan olur.Bunlara misal olaraq hər il “Əl oyunları “sarayında keçirilən “Yeni il” və “Novruz “şənliklərini göstərmək olar.Məktəb tərəfindən keçirilən tədbirlərdə də fəal iştirakıma görə də fəxri diplomla təltif olunmuşam.Əldə etdiyim bütün nəaliyyətlərimə və uğurlarıma görə Allahıma, valideyinlərimə, əmimə müəllimlərimə bir sözlə mənim ətrafımda mənə dəstək olan  hər kəsə şox sağolun deyirəm. Mənim böyuk hədəflərim var.Dövlətim üçün layiqli bir vətəndaş olmağa çalışacam.Gələcəkdə hansı peşəni seçəcəyimi hələ müəyyən etməmişəm. Qarşıma yaxşı oxumağı məqsəd qoymuşam.Peşə seçimimi isə sonra müəyyən edecəm.Asudə vaxtlarımda Milli kinolarımıza baxmağı xoşlayıram və  həyətdə dostlarıla oynayıram.Bədii qiraət,  şeir demək , çıxış etmək aparıcılıq etmək və s.Gələcəkdə ali məktəbə qəbul olmaq,mükəmməl təhsil almaq, xarici dil biliklərinə yiyələnmək və dövlət işində çalışmaq.Tarixin yaddaşına hər bir həs hər bir peşə sahibi düşə bilər.Əgər sən laiqli, vicdanlı və öz peşəni və vəzifə borcunu yetirərək dövlətinə xidmət edirsənsəbununlada sən adını tarixə yaza bilərsən. Səmimi etiraf edim ki, mən özümü Azərbaycan tarixinə düşmək və yazmaq üçün işğal altında olan torpaqlarımıza ilk üç rəngli Azərbaycan bayrağını dalğalandıran əsgər mən olmaq istəyirəm ....Bu mənim ən böyük arzumdur. İnşallah tezliklə də bu arzuma çataram. Bizdə tariximizi sevən gəncimizə arzusuna tezliklə çatmağı və Vətəninin əsil vətəndaşı olmasını arzu edirik Bu arzun ilə bütün Azərbaycanımızı  arzusuna çatdırmış olarsan sənə bütün məqsədlərində uğurlar ....

Комментариев нет:

Отправить комментарий