Rəfail körpəlikdən sakit və ağıllı uşaq olub və uşaqlıqdan şəkil çəkməyi xoşlayıb. İlk şəklini
2 yaşında çəkib. İkinci xoşladığı məşğuliyyəti isə konsturukturlar olub xırda
leqolardan maraqlı fiqurlar, robotlar, maşınlar düzəldirdi. Ümumiyyətlə atası
ona həmişə düşündürücü oyuncaqlar alırdı. Məsələn: xırda leqolar, maqnitlərlə
olan konstrukturlar. Ən sevdiyi oyunlardan biri isə şahmat, dama, damino, kart
oyunları idi. Nənə və babası boş olanda onlarla ya şahmat, ya da damino
oynayır. Ümumiyyətlə Rəfail çox maraqlı uşaq olub. Sanki böyük bir adam idi, əvvəl
fikirləşir sonra hərəkət edirdi.
İki yaşında hərfləri və rəqəmləri yazmağa başlayıb.
Birinci uşaq olduğu üçün anası istəyirdi ki, hər şeyi öyrənsin. Buna görə də,
ona yazmağı öyrətmişdi. İlk yazdığı söz isə öz adı və baba sözü olub, onu da
babasıgilin qonaq otağının divarına yazıb üç yaşında. Biz valideyinlərindən çox
babası Natiqi və nənəsi Sevili çox istəyib. Babası evdə olmasa yatmazdı. Rəfail
qeyri-adi suallar verib həmişə bizə. Bunlar hər biri öz daxilindən gələn
suallar olub. Hamıya çox təccüblü gəlirdi ki, bu yaşda uşaq şəkil çəkir, yazı
yazır, şahmat kimi oyunlar oynamağı bacarır. Hətta kiçik qardaşı da onun kimi
istedadlıdır. Said də Rəfailə baxıb hər şeyi tez öyrənib. Ancaq o deyir ki, mən
qardaşım kimi istedadlı ola bilmərəm.
Babayev Rəfail Rövşən oğlu 12 oktyabr 2006-cı ildə
Bakı şəhərində anadan olmuşdur. İlk təhsil aldığı və hazırda təhsil aldığı məktəb
Ə. Mahmudov adına 220 saylı məktəb-liseydir.
Rəfael: Dərslərimi əla oxuyuram. V sinifin əlaçısıyam.
Ən sevdiyim fənnlər riyaziyyat, rəsm, həyat bilgisi və ingilis dilidir. Yeni il
bayraında sinifimiizn tədbirində iştirak etmişəm və komandanın kopitanı
olmuşam. Ən uğurlu günüm 2015-ci ilin mart ayında cüdo üzrə I yerə çıxdığım gün
olub. Sevincimin həddi-hüdudu yox idi. Mən 2012-ci ildən cüdo ilə məşğul
oluram. 2013-cü ildə III yerə, 2015-ci ildə isə I yerə çıxmışam. Eyni zamanda
diplom və medallarla təltif olundum bu uğurlarıma görə.
Uğurlarıma görə atam Rövşənə, naliyyətimə görə isə
Tərlan Həsənova borcluyam. Atam Rövşən, əmim Asif və dayım Babək ən çox oxşamaq
istədiyim insanlardır. Dünya çempionu olmaq istəyirəm. Rəfailin ən böyük arzusu
beyin cərrahı olmaq bütün xəstələrə kömək etməkdir. Bu fikirə o II sinifdə
oxuyan zaman gəlib.
Asudə vaxtlarında şəkil çəkmək, kompüterdə oyunlar
oynamaq və kiçik hekayələri mütailə etməyi xoşlayır. Gələcək planları isə yaxşı
oxumaq universitetə qəbul olmaq, həm idmanda olan istedadını dünyaya tanıtmaq və
eyni zamanda yaxşı cərrah olmaqdır. Hətta əsas maraq dairəsi olan rəssalığıda
inkişaf etdirmək istəyir böyük sərgilərdə iştirak etmək tarixə ya rıssam kimi
yada idmançı kimi düşmək istəyir. Və hər şey zamanla olacaq deyir. Hər şey uca
Allahın əlindədir bildirir.
Комментариев нет:
Отправить комментарий