Rəşidə Ziya Bünyadov
adına 3 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur, ən
sevdiyi fənn tarixdir. Məktəb və dərnəklərdə keçirilən bütün tədbirlərdə fəal
iştirak edir. Uğurlarına görə Fəxri Fərman və Laminasiya ilə təltif edilib.
Xocalı faciəsinə həsr edilən tədbirdə yüksək səviyyəli iştirakına görə məktəb rəhbərliyi
tərəfindən Tərifnamə ilə təltif edilib.Uğurlarına görə valideynlərinə borclu
olduğunu söyləyir. Kimə bənzəmək istəyirsən sualına sinif rəhbəri Gülnarə
Hüseynovanı nişan verir.
Hədəfi jurnalist olmaqdır.Bu istək iki il əvvəl
yaranıb onda. Boş vaxtlarında musiqi dinləyən və şeir yazan istedadlı Rəşidə
qızımız daha çox kiçik həcmli hekayələr yazmağa üstünlük verir.
Orta məktəbi bitirəndən
sonra ali məktəbə qəbul olmağı və daha sonra təhsilini xaricdə davam etdirib,
savadlı kadr olmağı hədəfləyir. Arzusu haqda danışarkən öz hekayələrindən ibarət
kitabını çap etdirməyi dilə gətirdi. Rəşidə eyni zamanda musiqi məktəbinin
şagirdi və dərnək üzvüdür.
Biz də
redaksiyamız adından Rəşidəyə gözəl hekayələrlə başladığı yaradıcılığını
romanlarla davam etdirməyi arzu edirik. Şans daima üzünə gülsün,əziz qızımız Rəşidə!
Комментариев нет:
Отправить комментарий