Aminə
Göyçay şəhəri 3 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur, sevimli fənləri
kimya, azərbaycan dili, ədəbiyyat, ingilis dili,rus dili və biologiyadır. Məktəbdə
keçirilən tədbirlərdə fəal iştirak edir.Yeni il, 8 Mart Beynəlxalq qadınlar
günü, şəhərdə keçirilmiş “Gül bayramı”nda çıxış edib,eyni zamanda “Ürəkdən
beyinə” adlı Bakı layihəsinin qalibi olub. Şəhər mərkəzi kitabxanasının keçirdiyi Nizami Gəncəvinin 875 illiyinə həsr
olunmuş tədbirdə və Rəsul Rzanın ev muzeyində şairin şərəfinə keçirilən gecədə
fəal iştirak edib. Aminə mütəmadi olaraq Göyçay şəhərində keçirilən “Nar
festivalı”nda iştirak edir. İtkin düşmüş əsgərlərin valideynlərilə görüş və
Xocalı faciəsi ilə bağlı tədbirdə də fəal iştirak edib. Məktəblərarası
volleybol yarışının iştirakçısıdır.
Aminə
ifadəli şeir söyləyir və qəşəng rəqs edir.Ən uğurlu günü anadan olduğu gün
hesab edir. Çünki Azərbaycanın şanlı müstəqillik günündə dünyaya gözlərini açıb
bu istedadlı balamız. Uğurlarına görə bir çox diplomlarla təltif edilib. Bu
nailiyyətlərində valideyinlərinə və müəllimlərinə sonsuz təşəkkür edir.Gələcəyin
zəhmetkeşidir Aminə qızımız fikrini ürəklə, fəxrlə deyə bilərik. Müxtəlif sahələrdə
özünü sınayan və hər birində də uğur qazanmağı bacaran qəhrəmanımıza ancaq bu təyin
yaraşır. Onun vətənimizə sevgisi o qədər
çoxdur ki, hərbiçi olmaq, darda qalan yurdumuza arxa olmaq istəyir. Asudə
zamanlarında hərbi mahnılar dinləməkdən zövq duyur. Bədii qiraətdə üstünlüyü vətən
mövzulu şeirlərə verir.
Aminənin
fikrincə hər insan vətən sevgisi ilə yaşamalıdır. Qızların hərbi xidmətdə olması isə çox vacibdir. O, Hərbi
Akademiyaya qəbul olmaq, bu sahədə işləmək və general rütbəsinədək yüksəlmək
arzusundadır. Uçrəngli bayrağımızın hər zaman qürurla dalğalanması üçün əlindən
gələni etməyə hazırdır.Biz də redaksıyamız olaraq gələcəyin hərbiçisinə ən xoş
arzularımızı diləyir, vətənpərvər
övladımıza uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий