Əsədzadə
Özləm Qoşqar qızı 09.08.2009-cu ildə Naxçıvan şəhərində anadan olub. Özləm körpəlikdən
ağıllı, sakit və təmkinli uşaq olub. Rəsm çəkmək ən sevimli məşğuliyyətidir. Məktəbə
gedənə qədər yazmağı, oxumağı, riyazi hesablamalar aparmağı anası tərəfindən
öyrənib. Özləmin dörd yaşından rəsm çəkməyə böyük həvəsi yaranıb. Əsədzadə Özləm
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə təhsil alır. Tədris olunan dərsləri əla
qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər riyaziyyat və mətiqdir. Məktəblərində
keçirilən bayram şənlikləri və tədbirlərin fəal iştirakçısıdır. Özləmin həyatında
ən yadda qalan gün doğum günüdur. Birinci sinifə gedən zaman göstərdiyi fəallığa
görə sertifikat ilə təltif olunub. Özləm bu günə qədər əldə etdiyi uğur və
nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu söyləyir. Böyüyəndə
fəaliyyəti ilə bağlı atasına oxşamaq istəyir. Gələcəkdə peşəkar, savadlı həkim
olmaq arzusundadır. Asudə vaxtlarında rəsm çəkməyi, televizor izləməyi, gəzintiyə
getməyi çox sevir. O, təsvir etdiyi rəsm əsərlərində vətənpərvərlik mövzusuna
üstünlük verir. Özləm peşəkar həkim olub Vətəninə, millətinə xeyirli bir vətəndaş
olmaq niyyətindədir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий