Rzayev Mirəsgər
Elşən oğlu 24 mart 2007-ci il ci ildə Bakı şəhərində anadan olub. Mirəsgər körpəlikdə dəcəl və hər şey ilə
maraqlanan uşaq olub. Onun heç 1 yaşı
tamam olmamış anası ona “Mənim ilk şəkilli, sözlü kitabım” adlı kitab alıb. Həmin
kitab heyvanlar aləmi və ətraf mühitdən bəhs edib. O, hələ
tam dil açmamışdan qabaq, şəkilli kitabların köməkliyi ilə soruşulan suallara
cavab verib. Heyvanlardan dinazaurlar Mirəsgərin diqqətini daha çox cəlb edir və
onlar haqqında məlumat toplamağı xoşlayıb. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri yazmağı, oxumağı və hesablamağı bacarıb. O,
ailənin ilk nəvəsi, ilk övladı olduğu üçün hamı onunla maraqlanıb, nələrisə öyrətməyə çalışıblar. Eyni zamanda məktəbəqədər
hazırlıq kursuna gedib. Mirəsgər körpəlikdən
özünə məxsus xüsusiyyətləri ilə yaşıdlarından fərqlənir. Belə ki, o, yaşıdlarıyla oyun oynamaqdansa, böyüklərlə
vaxt keçirməyə daha çox üstünlük verib. Mirəsgər ailəsinin ən sevimli üzvüdür.
Rzayev Mirəsgər ilk təhsilini Evrika liseyində Abdinova Nigar müəllimdən alıb.
Mirəsgər sinifdə yaşıdlarından hər zaman məntiqi təfəkkürünə görə seçildiyi
üçün Nigar xanım onu gələcəyin Darvini adlandırırdı. Hal-hazırda 20 nömrəli məktəbin
5-ci sinif şagirdidir. Onun sinif rəhbəri, eyni zamanda Azərbaycan dili və Ədəbiyyat
müəllimi Qocayeva Sevinc xanım Mirəsgər haqqında təəssüratlarında bunları qeyd
edir; O, çox diqqətcil şagirddir və eyni zamanda yaxşı müşahidəçidir. Heç bir zaman haqsızlığa yol verməyən və
haqqın tərəfini tutandır. Sinif rəhbəri bildirir ki, Mirəsgər ona verilən
suallara digər uşaqlaradan fərqli olaraq özünə məxsus tərzdə cavablar verir.
Mirəsgər məktəblərində tədris olunan fənləri yaxşı qiymətlərlə oxuyur. Dərslərinə
daim hazırlıqlı olur. Onun ən sevdiyi fənn tarixdir. Mirəsgər sinif və məktəbdaxili
bayram və tədbirlərin fəal iştirakçısıdır. Orada şeir söyləyib, müxtəlif
rollarda çıxışlar edib. O, sonunca dəfə “Baba” obrazını nümayiş etdirib. Mirəsgər
bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə nənəsinə, anasına və müəllimlərinə
borcludur. Böyüyəndə xalası kimi
hüquqşünas olmaq istəyir. Xalasının hüquqşünas olmağı Mirəsgərdə də bu sahəyə
böyük həvəs yaradıb. Gələcəkdə fəaliyyyəti
hüquqşünas olarsa, hakim olaraq çalışmaq
arzusundadır. O, dövlətimizə gözəl
sabahlar bəxş etmək niyyətindədir. Mirəsgər qanunları bilib, həm özünün, həm də
xalqımızın hüquqlarını qorumaq istəyir. O, boş vaxtlarında televizora baxmağı,
gəzməyə getməyi və əlavə kitablar oxumağı sevir. Mirəsgərin bütün yaradıcılığı hal-hazırda
oxumaqdır. O, bu gün dərslərini əla oxuyur ki, sabah arzuları xəyal olmasın.
Onu göy cisimləri, heyvanlar aləmi, bəşəriyyət və onun yaradılması daima
maraqlandırır. Hər bir insanın gələcəklə
bağlı planları olur. Mirəsgərin gələcəklədə mükəmməl insan olmağı hədəfləyib.
Dövlətini firavan görmək, Vətəninə faydalı şəxsiyyət kimi yetişmək istəyir. O,
tarixin yaddaşına öz adını yazmaq istəyir.
Vətəninə, xalqına, dövlətinə həm də ailəsinə layiqli övlad olmaq niyyətindədir.
Mirəsgərin fikrincə həyatın təməli elə məktəbdir!
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий