elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 июля 2018 г.

Cəfərov Mirziya Zəka oğlu

Cəfərov Mirziya Zəka oğlu Astara rayonu Pensər kəndində həkim ailəsində anadan olub. Mirziya körpəlikdən ağıllı, təmkinli, diqqətli, atdığı hər addımı yüz ölcüb bir biçən və yüksək zəkaya malik bir uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm çəkmək, multiplikasiya filmlərini seyr etmək, nağıl dinləmək və valideynləri ilə birgə kiçik məntiqi oyunlar oynamaq olub.  Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı anasının köməkliyi ilə öyrənmişdir. Mirziyanın qeyri-adi uşaq olması, hələ körpəliyindən hiss olunub. İlk dəfə 3 yaşında bağçaya gedən zaman müəllimi onun gözəl şəkillər çəkdiyini və qavrama baxımından yaşıdlarından çox  fərqləndiyi müşahidə edib. Cəfərov Mirziya ilk təhsilini Z.Əhmədzadə adına 2 saylı Pensər kənd orta məktəbində alıb. Hal-hazırda Bakı şəhəri 258 saylı tam orta məktəbin ən fəal şagirdlərindən biridir. Mirziya bu il Fizika-Rizyaziyyat-İnformatika liseyinə qəbul olub və qalan təhsilini burada davam edəcək. Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri fizika, riyaziyyat, biologiya və coğrafiyadır. Mirziya Xəmsə intelektual bilik yarışmasında iştirak edib. Orada  məktəbini yüksək səviyyədə təmsil edib. Həyatında ən uğurlu gününü, bu intelektual bilik yarışmasında çıxış etdiyi gün olaraq  hesab edir. Bu günə qədər bir çox diplom və sertifikatlara layiq görülüb. Beləki : N. Nərimanov rayonu 47 saylı tam orta məktəbdə diplom, Lütfi Zadə adına Məktəblərarası II Məntiq Olimpiyadasında fəal iştirakına görə diplom, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində  sertifikat, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xəmsə” Milli İntelektual bilik oyununda iştirakına görə sertifikat və medal ilə təltif olunub.  O, əldə etdiyi uğur və nailiyyətlərə görə özünü anasına borclu bilir. Fəaliyyətindən dolayı anasının əmisi Milli Elmlər Akademiyasının əməkdaşı, Fizika elmlər doktoru Zirəddin Sadıqova oxşamaq istəyir. O, da elm sahəsində ən yüksək pilləyə qədər ucalmaq niyyətindədir. Gələcəyin güclü, savadlı fiziklərindən biri olmaq arzusundadır. O, bu fikrə anasının fizik əmisi ilə ilk dəfə qarşılaşdıqdan sonra qərar verib. Asudə vaxtlarında bədii kitab oxumağı, şəkil çəkməyi, yaşıdları ilə oyun oynamağı və mutfilimə baxmağı xoşlayır. O, dərslərini sonadək əla qiymətlərlə oxuyub, yüksək nəticələr ilə xarici ölkələrin ən məşhur ali təhsil ocaqlarının birində təhsil almaq niyyətindədir. Mirziya bilik və bacarıqlarını daha da mükəmməlləşdirib, dahilik pilləsinə qədər yüksəlib, yeni ixtiralar edərək tarixin yaddaşında yaşamaq istəyir

Комментариев нет:

Отправить комментарий