elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 декабря 2013 г.

Behbudov Nihad Elşən oğlu

 
Behbudov Nihad Elşən oğlu 18 dekabr 2003-cü ildə Ağdam rayonunun Abdal kəndində dünyaya göz açıb.
Nihad körpəlikdən sakit, gülərüz uşaq olub. Əksər uşaqlar kimi televiziyada nümayiş olunan cizgi filmlərinə baxmağı xoşlayırdı. Nihad beş yaşında ikən uşaq bağçasında hərfləri yazıb-oxumağı öyrənmişdi. Birinci sinfə gedəndən sonra rəsm çəkməyə böyük marağı olub. Bu marağı onda atası və dayısı oyadıb.
Məktəbə ilk qədəmlərini Bakının Səbail rayonundakı 239 saylı orta məktəbdə atan Nihad dərslərini əla oxuyur. Rəsm və riyaziyyat dərslərini çox xoşlayır. Məktəbdə keçirilən tədbirlərdə də fəal iştirak edir. Novruz bayramı və Yeni il şənliklərində əsasən müxtəlif rəqs nömrələri ifa etmək və şeirlər söyləməklə məharətini göstərib.
Nihad: “ - Birinci sinfə getdiyim gün, 2010-cu ilin sentyabrı həyatımda ən maraqlı və uğurlu gün kimi yaddaşıma həkk olunub. Çünki təhsilə olan hədsiz marağımı həyata keçirmək üçün meydan qazanmışdım. Bu məni çox sevindirirdi.
Riyaziyyat və rəsm fənlərində qazandığım uğurlara görə anama və müəllimlərimə borcluyam. Atam və dayım kimi istedadlı və bacarıqlı olmaq istərdim.
Mən gələcəkdə memar olmaq, şəhərimizə yaraşıq verən hündür binalar layihələndirmək istəyirəm.
Boş vaxtlarımda kitab oxuyuram və rəsm çəkirəm. Rəsm çəkərkən təbiətin gözəlliklərini və heyvanların şəklini çəkməyə üstünlük verirəm.
Gələcək planlarım daha çox çalışıb məktəbi əlaçı bitirmək və ali məktəbə qəbul olmaqdır.”

Kənan Rauf оğlu Tarverdili







Kənan Rauf оğlu Tarverdili 29 avqust 2002-ci ildə Yardımlı rayоnunun Çanaхbulaq kəndində dünyaya göz açıb. Körpəlikdə çox inadcıl uşaq оlan Kənan televizоra, şəkilli kitablara çох maraq göstərib. Uşaqlar üçün nəzərdə tutulan intellectual verilişləri davamlı surətdə izləyərmiş. Elə bunun nəticəsidir ki, erkən çağlardan təhsilə maraq göstərməyə başlayıb. Kənan 4 yaşından babası ilə məktəbə gedərdi. Zaman keçdikcə təhsilə marağı daha da artan Kənan anasının köməyilə “Əlifba”nı tam öyrənir. Beləliklə hələ məktəbə qədəm qoymamış qəhrəmanımız demək olar ki, bütün hərfləri, sadə riyazi əməlləri yerinə yetirməyi öyrənmişdi.  
Kənan orta təhsilə Sumqayıt şəhərindəki Şah İsmayıl Хətai adına 30 saylı оrta məktəbdə başlayıb. İbtidai təhsilini burada başa vurduqdan sonra imtahan verərək göstəricilərinə görə şəhərin ən öndəgedən orta təhsil ocaqlarından biri olan Nizami Gəncəvi adına Təbiət Elmləri Təmayüllü Gimnaziyaya daxil olub.
Gimnaziyada da dərslərini yüksək səviyyədə oxuyan Kənan məktəbin seçilən şagirdlərindən biri olmağa nail olub. O dərslərini əla qiymətlərlə охuyur. Ən sevimli fənnləri riyaziyyat, tariх, ingilis dilidir.
Təhsildən əlavə Kənan məktəbin ictimai həyatında, tədbirlərdə, bayram şənliklərində fəal iştirak edir. 11 yaşlı Kənan hələ ki, həyatının ən böyük uğurunu gimnaziyaya daxil olmağını hesab edir. Kənan təhsil illərində dəfələrlə təltif olunub. 2009/2010, 2010/2011, 2011/2012-ci dərs illərində 3 dəfə dalbadal tədrisdə qazandığı uğurlara görə fəхri fərmanla təltif olunub.
Kənan əldə etdiyi nailiyyətlətlərdə müəllim və valideynlərinin böyük zəhməti olduğunu deyir. O əmisinə охşamaq istəyir. Çünki əmisi orta məktəbi və magistraturanı fərqlənmə ilə bitirib.
Qəhrəmanımız ilk uğurunu hələ II sinifdə охuyarkən əldə edib. O zaman “Sumqayıt təhsili” qəzetində ilin ən yaхşı şagirdləri sırasında Kənanın da şəkli yer almışdı.
Kənan hələ V sinifdən hüquqşünas olmaq arzusuna düşüb. Bu gün üşün Kənanın hədəfi XI sinifi qızıl medalla bitirmək və ən yüksək bal tоplayaraq хarici ölkələrin birində təhsil alaraq hüququ qazanmaqdır. Gözəl arzudur,  təki çin olsun!
Gimnaziyada tədris proqramının ağır olmasına baxmayaraq musiqiyə marağı güclü olduğundan Kənan musiqi təhsili də alır. Səid Rüstəmоv adına Sumqayıt şəhəri 3 saylı Uşaq Musiqi Məktəbinin tar sinifində охuyur.

Asudə vaхtlarını da səmərəli keçirməyə çalışır. Fiziki sağlamlığın da önəmli olduğunu bildiyi üçün belə vaxtlarını əsasən futbоl оynamaqla keçirir. Uğur olsun, Kənan!

7 ноября 2013 г.

GÜNƏŞƏ LAYİQ OLSUN

Şəms günəş deməkdir. Bu adı ona nənəsi qoymuşdur. İstə­miş­dir ki, Şəmsin həyatı günəş kimi daim işıqlı və nurlu olsun. Şəms na­ğıl­ları sevər və bu nağılları çox zaman dəyişərək, öz istədiyi tərzdə danış­mağı xoşla­yardı. Hələ ki­çik yaşla­rından təbiəti çox sevərdi. Çiçək top­lamaq, bitkilərə qulluq etmək onun sevim­li məş­ğuliyyəti idi. Təəs­sü­ratlarını rəngli qələmləri ilə rəsm albomunda qeyd edirdi. Şəm­sin musiqiyə də marağı var idi. Anası ona fortepianoda çalmağı öyrət­miş­di. Məktəbə ge­də­nə qədər anası ona hərf­ləri, oxuma­ğı, hesab­lamağı öyrətmiş­di. Şəms müxtəlif mahnı­lar, Azər­baycan, rus və ingilis dil­lərində kiçik həcmli şeir­lər söyləyirdi. 
Məktəbə getdikdən son­ra Şəms təhsilə xüsusi maraq göstərirdi. O, dərs əlaçısı, sinif nümayəndəsi idi. Məktəbdə keçirilən şeir müsabiqələrində işti­rak edirdi. Lakin riyaziyyat və təbiət fənləri onu daha da çox maraqlandırırdı. Nənə və babası riyaziyyatçı olduqları üçün onun bu həvəsini daha da çox hiss etmişdirlər. 
Şəms Ceyhun qızı Abdullayeva 1994-cü il iyulun 16-da Gəncə şəhərində anadan olmuşdur. 2001-ci il sentyabrın 15-də Bakı şəhər Sabunçu rayonundakı 192 saylı orta məktəbin I sinfinə getmişdir. Kimya-Biologiya Təmayüllü liseyin şagirdidir. 
Dərslərini yaxşı oxuyur. Ən sevimli fənni biologiya və riya­ziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Şeir müsabiqələrində şeir söyləmiş, 20 Yanvar, Xocalı faciələri ilə əlaqədər keçirilmiş mərasimlərdə kiçik səhnəcik­lərdə müəyyən rol ifa edib. Müəllim və sinif yoldaşları ilə şəhidlər xiyabanını ziyarət etmiş, muzeylərdə olub. Məktəbin təşkil etdiyi Nəbatat bağına gəzintidə iştirak edib. Ona elə gəlir ki, məktəbdə keçi­rilən hər bir gün maraqlıdır. Uğurlu gün isə, biliyin əla qiy­mət­ləndirildiyi gündür. 
O, biologiya fənnini çox sevir. Bu fənn üzrə keçirilən bütün təd­birlərdə, olimpiadalarda iştirak edərək bu il keçirilən olimpiadada qa­lib olub. Bütün müfəv­vəqiyyətləri üçün əsasən, müəllimlərinə borcludur. 192 saylı orta məktəbin biologiya müəllimi Afaq müəlliməyə, kimya-biologiya təmayüllü liseyin müəllimlərinə, onlara biologiya fənnini tədris edən Fəridə müəl­limə, praktiki biologiya fənnini tədris edən Gülşən müəl­limə çox sağ ol deyir. Onlar bu fənni ona daha da çox sevdirdilər. 
O, gələcəkdə həkim olmaq arzusundadır. İnsanın sağlığı ən vacib məsələdir. Sağlamlığın keşiyində durmaq məsuliyyəti həkimlərin üzərinə düşür. O, bu məsuliyyəti daşımaq istərdi. O, asudə vaxtlarında rəsm çəkməyi, fortepianoda çalmağı xoşlayır. Bundan əlavə qardaşı Cavidanla məntiq üzrə müxtəlif test tapşırıqları üzərində çalışırlar. O, təbiət qoynunda olmağı xoş­layır. Mümkün qədər valideynləri ilə dəniz kənarına gedirlər. 
İncəsənətin hər bir sahəsi maraqlıdır. O, rəsm sərgilərini ümu­miyyətlə, rəssamlıq sənətini daha çox sevir. Vaxtı olduqca rəsm çəkməyi xoşlayır. 
O, xoşbəxtliyi müm­kün olan arzulara çatmaqda görür. Tibb universitetinə daxil olub, təhsilini dünyanın məşhur univer­sitet­lərində davam etdirmək onun arzusudur. Bu arzuya çatmaq isə özündən aslıdır. Demək bir daha məsuliyyətlə, əzmlə oxumalı, biliklərini hər zaman möhkəmlətməlidir.
O, öz fəaliyyitəndən razıdır. Onun ilk uğuru imtahan verib kimya-biologiya təmayüllü liseyə qəbul olmağıdır. Bu onun həyatında imtahan idi və imtahandan müvəffəqiyyətlə çıxdı. Bunun üçün o, öz valideynlərinə və müəllimlərinə minnətdardır. O, özünü həmin vaxt çox xoşbəxt hiss edirdi. Sevinirdi, çünki yaxşı bal toplayaraq bu liseyin şagirdi adını qazanmışdı. 
Valideynləri onu həkim kimi görmək istərdi. Şəxsiyyət kimi tarixin yaddaşında qalmaq, onun fikrincə hər bir istedadlı gən­cin arzusudur. Bu arzuya çatmaq üçün isə elmi biliklərə yiyə­lənmək, daim çalışmaq lazımdır. 

27 июня 2013 г.

Hənifəyev Cəmşid Əlövsət oğlu

Cəmşidin adını babasi Cəmşid müəllim qoymuşdur. Baba Cəmşid 1926-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur. Baba nəvəsinə öz adını qoymuşdur ki, qoy bu uğurlarin davamını gətirsin. Qoy bu uğurlar onun nəvəsi balaca Cəmşidə qismət olsun.
Cəmşid körpəlikdə ağıllı, sakit və təmkinli idi. Ən çox sevdiyi televiziyada təbiət, vətənpərvərlik haqqında və həkim məsləhəti verilişlərini diqqətlə izləyərdi. Valideynləri müəllim olduğu üçün hələ 6 yaşı tamam olanda Cəmşid sərbəst kitab oxuyurdu. Üzgüçülüyə çox meylli idi.
Cəmşid Əlövsət oğlu Hənifəyev 1992-ci ildə sentyabrın 23-də Baki şəhərində anadan olmuşdur. 1999-cu ildə Baki şəhəri 115 sayli tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2007-ci ildə Baki şəhəri 30 sayli tam orta məktəbin VIII sinfinə getmiş və 2010-cu ildə həmin məktəbi bitirmişdir. Orta məktəbdə oxuduğu muddətdə daim qiymətləri əla olmuşdur. Məktəbin ictimai işlərində fəal iştirak etmişdir. Məhz bu xususiyyətlərinə görə Cəmşidin şəkli daim məktəbin şərəf lövhəsində birincilər siyahisinda olmuşdur. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkurə layiq görulmusdur.
Cəmşidgilin nəslində 7 ali təhsilli həkim var. Onlar həmişə bir yerə yığılıb tibbdən söhbət edəndə Cəmşid həkim olmaq qənaitinə gəlirmiş. Qarşısınaa məqsəd qoyur ki, həkim olacaq və xalqimizin saglamliginin keşiyində duracaq.
Orta məktəbdə oxuyarkən kimya, biologiya, fizika, riyaziyyat fənlərini daha çox sevib. Çünki gələcəyin həkimi üçün  bu fənlər daha vacibdir. Buna görə bütün müəllimlərimə minnətdarliğımı bildirirəm. Ən çox əmim Hənifəyev Əhlimana minnətdarliğımı bildirirəm. Çünki kimya fənnindən mənim üçün daha çox əziyyət çəkdi.
2010-cu ildə qəbul imtahanlarından yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin mualicə işi fakültəsinə daxil olmuşam. Təhsilini uğurla davam etdirir.
Tələbə Elmi Cəmiyyatinin konfransinda fəal iştirakima görə diploma və sertifikata layiq gorülüb.
Ali məktəbdə də yaxşı və əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər anatomiya, farmokologiya, patoloji anatomiya, patoloji fiziologiya və həkim üçün lazim olan digər fənlərdir.
Cəmşid: “ - Əldə etdiyim uğurlara görə valideynlerimə, təhsil aldığım universitetin rəhbərliyinə dərin minnətdarliğimi bildirirəm. Ali məktəbə qəbul olacağıma mən tam əmin idim, çünki TQDK-nin kecirdiyi sinaq imtahanlarinda həmişə 600-dən yuxarı bal yığırdım.
Gələcəkdə tibb sahəsində böyük uğurlara nail olmağı planlayıram. Ən böyük arzum işğal altında olan torpaqlarımızın azad olması və doğma Göyçəmizə gedib babamin yaşadığı, işlədiyi yerləri görməkdir.”