Behbudov
Nihad Elşən oğlu 18 dekabr 2003-cü ildə Ağdam rayonunun Abdal kəndində dünyaya
göz açıb.
Nihad
körpəlikdən sakit, gülərüz uşaq olub. Əksər uşaqlar kimi televiziyada nümayiş
olunan cizgi filmlərinə baxmağı xoşlayırdı. Nihad beş yaşında ikən uşaq
bağçasında hərfləri yazıb-oxumağı öyrənmişdi. Birinci sinfə gedəndən sonra rəsm
çəkməyə böyük marağı olub. Bu marağı onda atası və dayısı oyadıb.
Məktəbə
ilk qədəmlərini Bakının Səbail rayonundakı 239 saylı orta məktəbdə atan Nihad dərslərini
əla oxuyur. Rəsm və riyaziyyat dərslərini çox xoşlayır. Məktəbdə keçirilən tədbirlərdə
də fəal iştirak edir. Novruz bayramı və Yeni il şənliklərində əsasən müxtəlif rəqs
nömrələri ifa etmək və şeirlər söyləməklə məharətini göstərib.
Nihad:
“ - Birinci sinfə getdiyim gün, 2010-cu ilin sentyabrı həyatımda ən maraqlı və
uğurlu gün kimi yaddaşıma həkk olunub. Çünki təhsilə olan hədsiz marağımı həyata
keçirmək üçün meydan qazanmışdım. Bu məni çox sevindirirdi.
Riyaziyyat
və rəsm fənlərində qazandığım uğurlara görə anama və müəllimlərimə borcluyam.
Atam və dayım kimi istedadlı və bacarıqlı olmaq istərdim.
Mən
gələcəkdə memar olmaq, şəhərimizə yaraşıq verən hündür binalar layihələndirmək istəyirəm.
Boş
vaxtlarımda kitab oxuyuram və rəsm çəkirəm. Rəsm çəkərkən təbiətin gözəlliklərini
və heyvanların şəklini çəkməyə üstünlük verirəm.
Gələcək
planlarım daha çox çalışıb məktəbi əlaçı bitirmək və ali məktəbə qəbul
olmaqdır.”
Комментариев нет:
Отправить комментарий