elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 июня 2018 г.

Quliyeva Ruqəyya Füzuli qızı

  
 
 
Quliyeva Ruqəyya Füzuli qızı 29 May 2009-cu ildə Bakı şəhərində anadan olub. Ruqəyya hər zaman çox aktiv, özünü sevdirməyi bacaran, gülərüz, şən və mehriban uşaq olub. Komplekssiz olması onu yaşıdlarından başlıca olaraq fərqləndirən xüsusiyyətdir. Anası Ruqəyyanın bu xüsusiyyətini daha çox sevir. Boş vaxtlarında heç bir zaman sıxılmır. Çünki istənilən vəziyyətdə öz maraq dairəsinə uyğun məşğuliyyət tapır: gah cizgi filmlərinə baxaraq rollara girir, gah rəsm çəkir, çəkdiyi personajları kəsərək onlarla oynayır, cizgi film mahnılarını ifa edir. Ruqəyya hələ 5 yaşında ikən yazı yazmağı öyrənib. Bütün hərfləri dəqiqliklə yaza bilməsə də həvəsi böyük idi. Baxça müəllimlərinin bu baxımdan zəhməti böyük olmuşdur. Oxumağı bacardığını anası təsadüfən öyrənmişdir. Bir dəfə yolda gedərkən divarda reklam şitləri üzərində yazılan məlumatları oxuduğunu, doğru tələffüs edə bilmək üçün səy göstərdiyini anası görüb. Həmçinin Rus dilini də özü cizgi filmlərinə baxaraq öyrənmişdir. Anasının düşüncəsinə görə Ruqəyyada olan bu istedad həm irsidir. Cizgi filmlərində izlədiyi rəngli kadrlar, səslənən musiqilər onun həvəsini artırmış, istedadının üzə çıxmasına yardımçı olmuşdur. Həmçinin müəllimlərinin də bu yolda zəhməti az olmamış, onun bacarıqlarını artırmışdır. 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasına daxil olub və hal-hazırda orada təhsil alır. Dərslərini həvəslə oxuyur, qiymətləri yaxşıdır. Onun ən sevimli fənləri “Riyaziyyat”, “İnformatika” və “Xarici dil (Rus dili və İngilis dili)”-dir. Ancaq vokal dərslərini də çox sevir. O, 2017-ci ildə məktəblərində keçirilmiş 11-ci siniflərin “Son zəng” tədbirində, öz “Əlifba” bayramlarında, kiçik yaşlarında təhsil aldığı bağçada keçirilən fəsil bayramlarında rəqs edərək, şeir və mahnı ifa edərək fəal iştirak etmişdir. O,bütün uşaqlar kimi ən maraqlı günləri hədiyyə aldığı günlərdir. Bununla yanaşı dərslərinə yaxşı hazırlaşdığı, tədbirlərdə yaxşı ifa etdiyi istənilən gün uğurlu günlərindən hesab edir. Ruqəyya 1-ci sinifi fərqlənərək bitirmiş – Diplomla təltif olunmuşdur. Həyatda əldə etdiyi istənilən nailiyyətinə görə ilk öncə hər zaman uğur qazanacağına inanmış və sevgisi ilə dayaq olan anasına borclu olduğunu bildirir. Daha sona isə ona elm öyrətmiş, incəsənətin sirlərini onun üçün aşkara çıxarmış müəllimlərinə minnətdardır. Xüsusən də vokal dərsləri aldığı – Cahangir müəllimi çox sevirəm. “Moana” cizgi filmindəki Moanaya oxşamaq, onun kimi ifa etmək istəyir. Cizgi filmində mahnıları səsləndirən Zina Kupriyanoviç adlı qız imiş, bunu da sonradan öyrənib. Savadlı müsiqiçi olmaq arzusundadır. Gələcəkdə musiqi sahəsi ilə yanaşı həkim cərrah olmaq istəyir. O, gəlinciklərini həmişə “əməliyyat” etmək oyununu çox sevir. Asudə vaxtlarında rəsm çəkir, gəlincikləri ilə oynayır, velosipediylə gəzməyə üstünlük verir. Mahnı oxumaqla yanaşı rəsm sənətinə də həvəsi olduqca böyükdür. Onun hal-hazırda tək hədəfi dərslərini yaxşı oxumaqdır. Rüqəyya dünya şöhrətli musiqiçilər kimi incəsənət sahəsində uğur qazanmaq istəyir. Həmçinin cərrah ola bilmək üçün dərslərimi yaxşı oxuyub savadlı həkim kimi insanları xilas etmək arzusundadır.

5 июня 2018 г.

Medina Sultanova


 
Here is what Medina Sultanova’s mother Leyla Efendieva tells about her: “Medina was very calm girl with a taste for knowledge since very young age. As soon as she learned to use a pencil, she always wanted to draw and color. She started to draw since the age of two and we still keep her first drawings which are very funny. She was already able to express her emotions and her own perception of life in them. Medina loves singing very much. Her father is a musician and her love to music was revealed very soon. She takes part in the project of her father, Rain Sultanov, who is an Honored Artist of Azerbaijan. The composition with her voice was recorded in CD which was issued in Germany.
Medina learned to read and write very early. She was three years old when she went to preschool lessons of Montesory where she was one of the brightest and talented pupils. When   she was admitted as a first year pupil of primary school, we as parents were offered to place her to the group of the second year ones, because she already knew the whole program of study for the first year pupils of primary school very well.
Medina has an elder brother. His name is Murad. He draws pictures very well and this year he became a student of Academy of Arts. It is possible that Medina`s interest to drawing was developed under the influence of her brother. Both of them studied at Art group of Tatyana Kesar and went to High School of Arts.
Medina says:
“I do well at school. Almost all marks are “excellent”, and there are few “good” marks. I major in drawing which is my favorite subject. I took part in many art exhibitions and was filmed in a short documentary “Mother”. My photos were taken for magazine “Passage”. My father and I take part in musical project “Cycle”. I am first soprano singer of chorus.
I am grateful to my mother and, of course, to my father for all my achievements, because he fostered in me a taste to music. I am also grateful to my teachers who taught me a lot of things. I would like to take after my talented brother. I would like to become a very good architect whose name will be known all over the world.
I am fan of builder Rauf Aliyev and architect Zaha Hadid who was the author of many wonderful projects. One of them is Center of Heydar Aliyev in my hometown, Baku. My dream is to become a famous architect and design unusual and beautiful buildings. I like the programs about modern buildings very much and during last years I am thinking about the possibility to unite my love to drawing and beautiful buildings. In my free time I like to play computer games and use programs to design, build and model.  I like to draw and model in clay animals and such mystical images from fairy tales like water-nymph. I can create graphic images of nature very quickly. I am planning to continue to learn, to take part in art groups and more than that I would like to learn German. I should be educated and try to become as good as the best world experts to represent my country. Besides, it is possible to create something new, different and very interesting”

4 июня 2018 г.

Həmidli Nihad Vüqar oğlu


Həmidli Nihad Vüqar oğlu 1 sentyabr 2004-cu ildə anadan olub. Qəribə səslənsə də elə bil bir dəfə böyüyüb, sonra yenə uşaq olub. Baxışları, gülüşü, davranışı sanki böyüklərdəki kimi idi. Ən xoşladığı məşğuliyyəti nənəsinin dolablarında axtarış aparmaq olub.
Müəyyən qədər hərflərlə valideynlərinin adını və kiçik hesablamaları bilirdi. Təxminən 8 yaşından dayısının  həvəsləndirici məsləhərləri ilə idmana maraq yaranıb.
Nihad ilk təhsilini Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksində alıb, hazırda eyni məktəbdə təhsilini davam etdirir.
I sinifdən bu günə kimi dərs əlaçısıdır. V sinifdən etibarən sinfin prezidenti seçilib. Bütün fənləri sevsə də, Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya və ingilis dili fənlərinə daha çox üstünlük verir.
Məktəbdə 31 Mart Azərbaycanlıların soyqırım günü, 20 yanvar şəhidlərinin və Qarabağ müharibəsində şəhid olmuş və döyüşlərdə fərqlənən milli qəhramanların xatirəsinə həsr edilmiş, 28 may Respublika günü və 18 oktyabr Müstəqillik günü ilə bağlı təşkil edilən tədbirlərdə fəal iştirak edir. Eyni zamanda müxtəlif fənlər üzrə təşkil edilən Breyn-rinqlərdə aidiyyati mövzularla bağlı müzakirələrdə iştirak edir, fənn olimpiadalarına qatılır. 
Dərslərində əldə etdiyi uğurlara görə muəllimlərinə minnətdardır. Bir sıra uğurlarına görə məktəb və idman dərnəyi tərəfindən diplom və medallarla təltif olunduğu gunlər onun üçün unudulmazdır. Bunlar aşağıdakılardır:
1.2013-cü il Yasamal İdman Klubunun diplomu – cüdo üzrə açıq birincilik – 3-cü yer;
2.2014-cü il 30 mart – Yasamal İdman Klubunun diplomu – cüdo üzrə açıq birincilik – 3-cü yer;
3.2014-cü il 28 sentyabr – Kəmərlə Güləş İdman Klubunun diplomu – cüdo üzrə açıq birincilik – 3-cü yer;
4.2014-cü il 18 oktyabr – Salyan rayon Gənclər və İdman idarəsinin diplomu – cüdo üzrə açıq rayon birinciliyi – 2-ci yer;
5.2015-ci il 24 may – Şuşa şəhər Uşaq Gənclər İdman Məktəbinin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi turnirin diplomu – cüdo üzrə açıq birincilik – 3-cü yer;
6.2015-ci il 6 dekabr – Olimp Cüdo Klubunun diplomu – cüdo üzrə açıq birincilik – 3-cü yer;
7.2015-ci il – 132-134 nömrəli Təhsil Kompleksinin Diplomu;
8.2016-cı il – 132-134 nömrəli Təhsil Kompleksinin Tərifnaməsi – təhsildə əldə etdiyi uğurlara görə.
İlk növbədə valideynlərinə, baba və nənəsinə, müəllimlərinə minnətdardı.
Nihad bacardığı qədər, ən yüksək zirvəyə, qarşıya qoyduğu məqsədə çatanadək irəli getmək arzusundadı.
Nihadın proqramlı cədvələ malik olduğu üçün boş vaxtı məhduddur. Bir neçə il idmanın cüdo növü ilə məşğul olub və bu sahədə bir sıra nailiyyətlər əldə edib. Hazırda isə Azərbaycan Kung-Fu Federasiyasında federasiyanın prezidenti, respublikanın əməkdar məşqçisi Asif Sayadovun rəhbərliyi və digər təcrübəli müəllimlər tərəfindən keçirilən məşqlərdə Vin Çun döyüş növü ilə məşğul olur. Bu döyüş sənəti ölkəmizdə 10 ildir ki mövcuddur. Onun fəlsəfəsi əsasən, rəqibin gücünü onun özünə qarşı tətbiq etməklə ona qalib gəlməkdir.
Nihad asudə vaxt tapan kimi dostlarıyla vaxt keçirməyi üstün tutur. Bəzən futbol oynayır, bəzən intellektual oyunlarla məşğul olurlar. Hərdən isə atası ilə şahmat oynayır.
Fantastik ədəbiyyat, əsasən də uçan naməlum obyektlər barədə bədii və sənədli ədəbiyyat oxuyur.
Nihadın gələcək planı ali məktəbə daxil olmaq, təhsilini başa vuraraq, yaxşı mütəxəssis olmaq, valideynlərinin onunla fəxr etməsiylə fərəhlənmək, dövlətinin inkişafına zərrə qədər də olsa fayda verməkdir.
O duşunur ki, ölkəmizin bu durumunda Qarabağ qaziləri kimi qəhrəmanlıq göstərmək yerinə düşər.
Uğurların bol olsun Nihad!

Quluzadə Rufiz Hafiz oğlu

Quluzadə Rufiz Hafiz oğlu 15 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. Onun əsli Cəbrayıllıdır. Rufiz körpəlikdən sakit, sözə baxan,ağıllı və təmkinli uşaq olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bağça müəllimi tərəfindən öyrənib. Quluzadə Rufiz ilk təhsilini Sabunçu rayonu 310 saylı tam orta məktəbdə alıb. Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyub. O, daim bilik və bacarığı ilə yaşıdlarından seçilib və sinif əlaçısı olub. Onun ən sevimli fənləri ədəbiyyat, coğrafiya və tarixdir. Rufiz bağçada, məktəbdə təşkil olunan bütün bayram şənliklərinin və tədbirlərin fəal iştirakçısı olub. Göstərdiyi aktivliyə görə hər zaman diplom və fəxri fərmanla təltif olunub. Yüksək zəka, savad, tərbiyə və bacarıqlarına görə məktəbə ilk addım atdığı gündən bu günə kimi müəllimlərinin sevimlisinə çevrilməyi bacarıb. Rufizin incəsənətə aləminə olan böyük marağı və sevgisi onu İncəsənət Gimnaziyasına daxil olmağa sövq edib. Onun ən böyük arzusu bu sahə üzrə özünü daha da təkminləşdirmək, daim uğurlar əldə etmək və incəsənət aləmində Rufiz Quluzadə adını tarixin yaddaşına yazmaqdır. O, hal-hazırda İncəsənət Gimnaziyasında yaradılmış “Balaca yazarlar birliyi”nin üzvüdür. Teatrda göstərdiyi fəallığa görə diplomlarla təltif olunub. Məktəblərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azerbaijan Golden Kids Awards 2018” uşaqların mükafatlandırılması mərasimində qalib olub. Yaşının az olmasına baxmayaraq teat aləminə ürəkdən bağlanan Rufiz, bu yolda inamla addımlayır. Bu günə qədər əldə etdiyi uğurlara görə Aysel müəlliminə və valideynlərinə borclu olduğunu bildirib. O, Azərbaycan Nəşriyyatında çap olunmuş “Yazdım ki, izim qalsın” adlı kitabda çıxış edib, onun haqqında da bu kitabda məlumat yer alıb. Rufiz gələcəkdə Vətəninin adını daim ucaldacaq, xeyirli işlər görəcək bir şəxsiyyət kimi formalaşmağı özünə başlıca yol seçib.

Şərifzadə Nurlan Elşən oğlu


Şərifzadə Nurlan Elşən oğlu 23.02.2007-ci ildə Bakı şəhərində anadan olub. Nurlan körpəlikdən ağıllı, sakit və təmkinli uşaq olub. Kiçik yazlarından futbol oynamağa böyük həvəsi olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarıb. Valideynləri Nurlanın 1-ci sinifdə oxuyan zamandan tar musiqi alətinə olan marağını görüb və onu  bu sahə üzrə yönləndirib.  Şərifzadə Nurlan İncəsənət Gimnaziyasında təhsil almaqla yanaşı tar dərsləridə alır. Onun ən sevdiyi fənlər həyat bilgisi, tarix və ədəbiyyatdır. Məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısıdır. O, burada tar çalaraq öz məharətini tədbir iştirakçılarına nümayiş etdirib. Nurlan fəaliyyətindən dolayı tanınmış tarzən Möhlət Müslümova oxşamaq istəyir. Onun kimi tanınmış, ustad tarzən olmaq arzusundadır. Onun gələcək planları tarın sirlərinə daha da dərindən bələd olub, şagirdlər yetişdirməkdir. Asudə vaxtlarında kitab oxumağı və tar çaılmağı xoşlayır. O, musiqilərdən bizim soy- kökümüzdən gələn muğamlarımızı dinləməyə daha çox üstünülük verir. Nurlan orta məktəbi uğurla bitirib, Musiqi Akademiyasına qəbul olmaq istəyir. O, 13.03.2018-ci il tarixində Lider TV-də yayımlanan xəbərlər proqramında Tahir Salahovun ev muzeyindəki konsertdə çıxış etməsi nümayiş olunub. Bu günə qədər əldə etdiyi uğurlara, nailiyyətlərə görə valideynlərinə və xüsusi olaraq da tar ustadı Xaliq müəlliminə borclu olduğunu bildirib. O, öz sahəsi üzrə incəsənət aləminə yeni töhfələr vermək niyyətindədir. Nurlan xarici müsabiqələrdə iştirak edib, Vətəninin bayrağını qaldırmağı qarşısına məqsəd qoyub.