Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
7 июля 2012 г.
4 июля 2012 г.
1 июля 2012 г.
Dəmirova Türkan Minbər qızı
Qəhrəmanımızın
adının qoyulmasında atasının rolu böyükdür. Minbər bəy oxuduğu ədəbiyyatlardan
birində Türkan Şoray haqda məqaləyə rast gəlir. Və bu adı yeni dünyaya gələn
qızına qoymağı qərara alır.
Türkan balacalıqda
çox sakit uşaq olub. Demək olar ki, hər şeylə maraqlanır, çoxlu suallar verər, cavabları
isə diqqətlə dinləyərdi. Yaşıdları ilə müqayisədə daha çox məlumatlı idi. 3-4
yaşlarında babası muğam dinləyəndə onunla birgə radio qarşısında əyləşər və
saatlarla bütün diqqətini musiqiyə verərdi. Maraq göstərdiyi işdən diqqətini yayındırmaq
qətiyyən mümkün deyildi. Çox inadkar və iradəli idi. Yuxudan qalxandan axşama qədər
daim nə iləsə məşğul olardı: musiqi, rəsm, oyun, kitablar və s. Məktəbə gedənə
qədər demək olar ki, tam sərbəst yazıb-oxumağı bilirdi. Ailənin dördüncü uşağı
olduğundan böyüklər ev tapşırığını yerinə yetirəndə Türkan da həvəslə onlara
qoşulurdu. Hətta kənd kitabxanasındakı uşaq ədəbiyyatının çoxu kiril qrafikası
ilə olmasına baxmayaraq onları da oxumağa çalışırdı. Əlifbaları səhv salmasın
deyə qoyulan qadağaları nəzərə almayaraq, inadkarlıq göstərib kiril qrafibası
ilə yazılmış kitabları da artıq 5 yaşında oxumağı öyrənmişdi. Həm ailədə, həm də
qonşular arasında hamının sevimlisi idi. Böyüklər ona sual verməyi çox xoşlayırdılar.
Çünki verilən suallara böyüklərə məxsus ciddiyətlə və məntiqlə cavab verirdi.
İbtidai sinifdə oxuyarkən tənəffüslərdə evə verilən bütün tapşırıqları cəld
yerinə yetirər və evdə həll ediləsi məsələ, tapşırıq saxlamazdı.
1995-ci ildə
Quba rayonunun Aşağı Xuc kənd orta məktəbinin I sinfinə qəbul olunmuşdu. Məktəbə
gedəndə xarici görünüşcə səliqəli, çox sakit, cılız bir qız idi. Az vaxtda fəallığı
ilə diqqət cəlb etmişdi. Oxumağa böyük həvəs göstərirdi. Həmişə qabaqcıl olmağa
səy göstərirdi. Dostları ilə səmimi, mehriban idi. Türkan günü-gündən fəallaşırdı.
Verilən tapşırıqları yerinə yetirməklə bərabər müəllimdən əlavə tapşırıqlar
verilməsini xahiş edərdi. Hər gün bütün dərslərə hazırlıqlı idi. Frontal
sorğularda həmişə fəal idi. Bilik yarışmasında həmişə qalib çıxırdı. Dəfələrlə
təhsildə qazandığı müvəffəqiyyətə görə fəxri fərmanlarla təltif olunmuşdu.
Riyaziyyata xüsusi meyl göstərirdi. Proqram materialları ilə kifayətlənməzdi.
Əlavə testlərlə çox məşğul olurdu. Türkan müəllim ailəsində anadan olmuşdu. O,
valideynlərindən çox şey görüb götürmüşdü. Yüksək mədəniyyətə, gözəl nitq
qabiliyyətinə malik idi. Türkan həm də təbiət vurğunu idi. O, gördüklərini çəkdiyi
rəsmlərdə təsvir etməyə çalışırdı.
Türkan Minbər
qızı Dəmirova 1989-cu ildə Quba rayonunun Aşağı Xuc kəndində anadan olub. 2006-cı
ildə Nəsib Dadaşov adına Aşağı Xuc kənd orta məktəbini bitirib ADNA-nın kimya texnologiyası
fakultəsinə daxil olub. Hazırda ADNA-nın II kurs magistr pilləsində təhsil alır.
Gəlin
Türkanın dediklərinə də diqqət ayıraq: “ - Texniki fənlər üzrə təhsil almağı
uşaqlıqdan arzulamışdım. Böyüdükdə mühəndis olacağımı düşünürdüm. Amma məhz
neft emalı üzrə mühəndis olmağı X sinifdə qərara aldım. Qara qızılın Azərbaycan
xalqının tarixində necə əhəmiyyətli rola malik olduğu hamıya məlumdur. Neft
emalı üzrə peşəkar mühəndis olub, bu sənaye sahəsində xalq üçün işlər görmək mənim
ən böyük arzumdur. Seçəcəyim ixtisas qrupunu çoxdan qərara alsam da, orta məktəbdə
fənlər arasında seçim etməyi xoşlamırdım. Bütün fənlərə marağım vardı və hamısına
hazırlıqlı olmağı vacib bilirdim. Nadir hallarda mənim 4 qiymət aldığım olardı.
11 illik təhsilimi bütün fənlərdən əla qiymətlərlə başa vurmuşam. Sinif nümayəndəsi
kimi sinfimin daim məktəbin bütün tədbirlərində, yarışlarında, ictimai işlərində
iştirak etməsinə çalışırdım. Yarışlarda daim yüksək nəticə əldə etməyə səy göstərirdim.
V-XI siniflər arasında ilin şagirdi seçilmişdim. VIII sinifdə rayon olimpiadasında
yüksək nəticə əldə etdiyim üçün fəxri fərmanla təltif olunmuşdum.
Ali məktəbdə
sevib seçdiyim ixtisasa qəbul olunduğum üçün çox xoşbəxt idim. Ali məktəbdə də
bütün fənlər üzrə yüksək qiymət almağa, ixtisasım üzrə mümkün qədər çox bilik
almağa çalışırdım. Bir çox elmi konfranslarda, tədbirlərdə iştirak etmiş və
yaxşı nəticə əldə etməyə çalışmışam. 2009-cu ildə ADNA-da keçirilən elmi
konfransda II yerə layiq görülmüşəm. 4 dəfə ARDNŞ təqaüdçüsü seçilmə şərəfinə
nail olmuşam. Hazırda da ARDNŞ-nın həyata keçirdiyi təqaüdçü tələbələrin əsl
mütəxəssis kimi yetişməsinə yardımçı olan yay təcrübəsi proqramının iştirakçısı
kimi şirkətin nəzdində olan “Azərneftyağ” Neft Emalı Zavodunda təcrübə keçirəm.
İxtisasımı
seçimim sərbəst olub. Bəlkə də mühəndis ola biləcəyim yaxınlarımdan kimsənin
ağlına gəlməzdi. Lakin onlar məni hər zaman, hər addımda dəstəkləmişlər.
Hazırda mənim ən böyük arzum təhsilimi başa
vurduqdan sonra neft iqtisadiyyatının idarə edilməsində, neft sənayesinin gücləndirilməsində
və xalqımızın gələcək həyatının gözəlləşdirilməsində qəti mövqeyi olan ARDNŞ-da
işləməkdir. 2010-cu ildə ARDNŞ-nın həyata keçirdiyi yay təcrübəsinin
iştirakçısı olduğum zaman fəaliyyətimlə bağlı “İki sahil” qəzetində məqalə dərc
olunmuşdur”.
28 июня 2012 г.
Babayev Orxan Namiq oğlu
Bu
ailədə 80-ci illərin məşhur türk müğənnisi Orxan Gəncəbay çox sevilirdi. Bu səbəbdən
də ailədə dünyaya gələn yeni üzvü məhz müğənninin şərəfinə Orxan adlandırdılar.
Orxan
qeyri-adi uşaq olub. Yaşına görə çox ağıllı hərəkətləri, düşündürücü sualları,
məntiqə söykənən cavabları ətrafdakı insanları həmişə heyrətləndirirdi. Elə bir
sahə yox idi ki, onun marağını cəlb etməsin. 4 yaşından musiqi ilə
maraqlanardı, 5 yaşında fortepianoda bir neçə mahnı çalırdı. Qəribəsi bu idi
ki, bu mahnıları ona heç kim öyrətməmişdi. 6 yaşında Azərbaycanın coğrafi xəritəsini,
“Əlifba”nı, 100-ə qədər riyazi hesablamaları, Azərbaycanın dahi şair və
yazıçılarını, şifahi xalq ədəbiyyatından nümunələri əzbər bilirdi. Ən çox
xoşladığı məşğuliyyəti futbol oynamaq olub.
Sonralar
müxtəlif illərin poçt markalarını, xırda pulları, daha sonra isə breloklar
toplayıb. İdmanın basketbol, şahmat və üzgüçülük növü ilə məşğul olub. 2004-cü
ildə keçirilən şahmat üzrə respublika təsnifat turnirində Nəsimi rayonu üzrə I
yeri tutub. Məktəbə gedənə qədər yazmağı da, oxumağı da bilirdi. Məktəbə 6
yaşında gedib. 1994-cü ildə 6 yaşında yaşında uşaqları məktəbə götürmürdülər.
Ona göə də sentyabr ayında Orxan məktəbə getməmişdi. Lakin 211 saylı orta məktəbin
direktoru Ofelya Abdullayeva ibtidai sinif müəllimləri ilə bərabər, Orxanın
bilik səviyyəsini yoxladıqdan sonra 1994-cü ilin noyabr ayında onu I sinfə qəbul
etdilər. Orxan Namiq oğlu Babayev 1988-ci iyulun 3-də Şamaxı şəhərində anadan
olub. I sinfi Nəsimi rayonu 211 saylı, II-III sinifləri Xətai rayonu 56 saylı, IV-XI
sinifləri isə Binəqədi rayonu 157 saylı orta məktəblərdə oxuyub. I sinifdən XI
sinfi qurtarana kimi əla qiymətlərlə oxuyub. Orta məktəbi bitirəndə qırmızı
attestata layiqli namizəd olsa da, məlum olmayan səbəblərdən haqqını ala bilməmişdir.
Sevimli fənləri riyaziyyat və coğrafiya olub. Məktəbin ictimai işlərində fəal
iştirak etdiyinə görə valideynləri dəfələrlə təşəkkür məktubları almışlar. XI
sinifdə oxuduğu zaman Binəqədi rayon Gənclər, İdman və Turizm İdarəsi tərəfindən
fəxri fərmanla təltif edilmişdir. Elə həmin ildə Xəzər Universtetinin XI sinif
şagirdləri arasında keçirdiyi olimpiadada riyaziyyat fənni üzrə III dərəcəli
diploma layiq götürülmüşdür.
2005-ci
ildə orta məktəbi əla qiymətlərlə bitirib 644 balla Azərbaycan Dövlət İqtisad
Universitetinin ümumi iqtisadiyyat ixtisasına qəbul olub. Bakalavr pilləsini
2009-cu ildə bitirib və ADİU-nun MBA proqramı maliyyə ixtisası üzrə
magistraturaya qəbul olub. Həmin ildə əsgəri xidmətə getmişdir. 2010-cu ilin
iyul ayında əsgəri xidmətini müvəffəqiyyətlə başa vurub. Hazırda təhsilini
magistraturada davam etdirir. Təhsildən əlavə həm işləyir, həm ingilis dilindən
kursa gedir, həm də idmanla məşğul olur.
İxtisası
ilə bağlı maraq onda IX sinifdən yaranıb. Bu ixtisası seçməyin səbəb geniş,
maraqlı sahə olması, dövlətimizə məhz bu sahədə xeyir verəcəyini deyərdi. Bu
sahəyə marağı onda valideynləri oyadıb. Ali məktəbin bakalavr pilləsini qırmızı
diplomla bitirmişdir. 2006-cı ildə “Pofessional birja fəaliyyətinə hazırlıq” təhsil
proqramı çərçivəsində “Universal” treyninq kursunu, 2007-ci ildə “Praktik mühasibət”
kursunu, 2008-ci ildə Azərbaycanın Prezidenti yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin keçirdiyi “Qiymətli kağızlar bazarı” mövzusunda kursu,
Distant Təhsil Mərkəzi və Təcrübə və İşədüzəltmə
Şöbəsi tərəfindən təşkil edilən “Elektron mühasibət proqramı”na dair təlim
kurslarını müvəffəqiyyətlə başa vurmuşdur. 2008-ci ildə “Vətəndaş Cəmiyyətində
Debat” ictiami birliyinin təşkil etdiyi tələbə debat turnirinin iştirakçısı olmuşdur.
ADİU-nun 2007-ci ildə keçirdiyi tələbələrin elmi tədqiqatları müsabiqəsində III
yeri tutmuşdur. 2008-ci ildə 4 ay “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin xəzinədarlıq
departamentində təcrübə keçmişdir.
Ali məktəbi
bitirdikdən sonra hansısa bir bankda işləməyi arzu edirdi. Hazırda “Bank
standart”da “İpoteka” filialının kredit şöbəsinin mütəxəssisi kimi işləyir.
Xaricdə təhsil aldıqdan sonra ixtisası üzrə ölkəmizdə tanınmış mütəxəssis olsa,
özünü xoşbəxt edəcəyini düşünür.
Asudə
vaxtlarında futbol oynayır və detektiv ədəbiyyatı oxuyur.
e-mail: babayev_orxan@yahoo.com
İsmayılova Solmaz Elçin qızı
Solmaz nənəsinin adının daşıyır. Körpəlikdə çox mülayım, sakit uşaq olub. Uşaqları
çox sevirdi. Ətrafdakı bütün uşaqlarla dil tapmağı bacarırdı. Bu xüsusiyyətini
indiyə kimiyə saxlayıb.
Solmaz təhsilə olan marağından dolayı hələ məktəbə gedənə qədər qardaşı
Anarın köməyilə yazıb-oxumağı, çoxlu şeirlər öyrənmişd. Bilmək istədiyi hər
hansı şey haqqında təfsilatlı öyrənənə qədər çoxlu suallar verirdi.
Solmaz Elçin qızı İsmayılova 4 fevral 1997-ci ildə Bakı şəhərində anadan
olub. Valideynləri Cəbrayıl rayonunda məcburi köçkündür. II sinifdən sinif nümayəndəsidir.
Musiqi ilə məşğuldur. Pianino ifa etməyi bacarır.
Müəllimi Sevil Ağayeva: “ - Solmaz Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin
VI sinfində fortepiano şöbəsində təhsil alır. Savadı, çalışqanlığı, məsuliyyəti
ilə bütün şagirdlərdən seçilir. Məktəbdə keçirilən hesabat konsertlərində məhşur
bəstəkarlar V. Motsartın “Türk marşı”, T. Quliyevin “Sənə də qalmaz”, Ü. Hacıbəyovun
“Cəngi” əsərlərini məharətlə ifa edərək məktəbimizin müəllim və şagirdlərinin dərin
rəğbətini qazanmışdır”.
Sinif rəhbəri Qaraqız Hüseynova: “ - Solmaz oxuduğu müddət ərzində özünü
bacarıqlı, tərbiyəli bir şagird kimi tanıtmışdır. Dərs əlaçısıdır. Geri qalan
yoldaşlarına həmişə kömək edir. Məktəbdə keçirilən bütün tədbirlərdə həvəslə
iştirak edir. Nəzakətli və xoşrəftar olduğu üçün həm müəllim kollektivinin, həm
də sinif yoldaşlarının dərin hörmətini qazanmışdır. Ölkəmizdə, dünyada baş verən
hadisələri diqqətlə izləyir və yoldaşlarını məlumatlandırır. Ən böyük arzusu
Qarabağ torpaqlarının işğaldan azad olması və valideynlərinin doğulduğu torpağı
görməkdir”.
Solmazın özünü dinləyək: “ - Bütün dərslərimdən əla qiymətlər alıram. Cəbr,
ingilis dili, Azərbaycan dili və ədəbiyyatı isə xüsusi sevdiyim fənlərdir. Məktəbimizdə
keçirilən bütün tədbirlərdə iştirak etməyə çalışıram. Adətən aparıçı kimi, bəzən
də şeir söyləyir, piaonada ifa edirəm.
İlk uğurum III sinifdə “Oxu” musabiqəsində I yer tutaraq fəxri fərman
qazanmağımdır. Musiqi məktəbində keçirilən konsertdə iştirakıma görə diplomla təltif
olumuşam. Uğur qazandığıma görə valideynlərim və hörmətli müəllimim Sevil
Ağayevaya özümü borclu bilirəm. Eyni zamanda uşaq bağçasındakı müəllimlərim
Xuraman və Xalidə xanımın da rolu böyük olub.
Motsart, Ü. Hacıbəyov, E. İbrahimova, Şəfiqə Axundova kimi sənətinin
ustadlarını özümə ideal seçmişəm.
Uşaqlıqdan nənəm və anam kimi həkim olmaq istəyirəm. Nənəm və anam uğurlu,
bacarıqlı həkim olduqları üçün bu peşəni sevirəm.
Kitab oxumaq və piano çalmaq asudə vaxtlarımın məşğuliyyətidir. Xoşbəxtliyi
mehriban ailədə, səmimi insanların əhatəsində olmaqda görürəm. Yaxşı həkim və
yaxşı insan olmaq, ali məktəbə daxil olmaq ən ümdə istəyimdir”.
Подписаться на:
Сообщения (Atom)




.jpg)





















































