Solmaz nənəsinin adının daşıyır. Körpəlikdə çox mülayım, sakit uşaq olub. Uşaqları
çox sevirdi. Ətrafdakı bütün uşaqlarla dil tapmağı bacarırdı. Bu xüsusiyyətini
indiyə kimiyə saxlayıb.
Solmaz təhsilə olan marağından dolayı hələ məktəbə gedənə qədər qardaşı
Anarın köməyilə yazıb-oxumağı, çoxlu şeirlər öyrənmişd. Bilmək istədiyi hər
hansı şey haqqında təfsilatlı öyrənənə qədər çoxlu suallar verirdi.
Solmaz Elçin qızı İsmayılova 4 fevral 1997-ci ildə Bakı şəhərində anadan
olub. Valideynləri Cəbrayıl rayonunda məcburi köçkündür. II sinifdən sinif nümayəndəsidir.
Musiqi ilə məşğuldur. Pianino ifa etməyi bacarır.
Müəllimi Sevil Ağayeva: “ - Solmaz Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin
VI sinfində fortepiano şöbəsində təhsil alır. Savadı, çalışqanlığı, məsuliyyəti
ilə bütün şagirdlərdən seçilir. Məktəbdə keçirilən hesabat konsertlərində məhşur
bəstəkarlar V. Motsartın “Türk marşı”, T. Quliyevin “Sənə də qalmaz”, Ü. Hacıbəyovun
“Cəngi” əsərlərini məharətlə ifa edərək məktəbimizin müəllim və şagirdlərinin dərin
rəğbətini qazanmışdır”.
Sinif rəhbəri Qaraqız Hüseynova: “ - Solmaz oxuduğu müddət ərzində özünü
bacarıqlı, tərbiyəli bir şagird kimi tanıtmışdır. Dərs əlaçısıdır. Geri qalan
yoldaşlarına həmişə kömək edir. Məktəbdə keçirilən bütün tədbirlərdə həvəslə
iştirak edir. Nəzakətli və xoşrəftar olduğu üçün həm müəllim kollektivinin, həm
də sinif yoldaşlarının dərin hörmətini qazanmışdır. Ölkəmizdə, dünyada baş verən
hadisələri diqqətlə izləyir və yoldaşlarını məlumatlandırır. Ən böyük arzusu
Qarabağ torpaqlarının işğaldan azad olması və valideynlərinin doğulduğu torpağı
görməkdir”.
Solmazın özünü dinləyək: “ - Bütün dərslərimdən əla qiymətlər alıram. Cəbr,
ingilis dili, Azərbaycan dili və ədəbiyyatı isə xüsusi sevdiyim fənlərdir. Məktəbimizdə
keçirilən bütün tədbirlərdə iştirak etməyə çalışıram. Adətən aparıçı kimi, bəzən
də şeir söyləyir, piaonada ifa edirəm.
İlk uğurum III sinifdə “Oxu” musabiqəsində I yer tutaraq fəxri fərman
qazanmağımdır. Musiqi məktəbində keçirilən konsertdə iştirakıma görə diplomla təltif
olumuşam. Uğur qazandığıma görə valideynlərim və hörmətli müəllimim Sevil
Ağayevaya özümü borclu bilirəm. Eyni zamanda uşaq bağçasındakı müəllimlərim
Xuraman və Xalidə xanımın da rolu böyük olub.
Motsart, Ü. Hacıbəyov, E. İbrahimova, Şəfiqə Axundova kimi sənətinin
ustadlarını özümə ideal seçmişəm.
Uşaqlıqdan nənəm və anam kimi həkim olmaq istəyirəm. Nənəm və anam uğurlu,
bacarıqlı həkim olduqları üçün bu peşəni sevirəm.
Kitab oxumaq və piano çalmaq asudə vaxtlarımın məşğuliyyətidir. Xoşbəxtliyi
mehriban ailədə, səmimi insanların əhatəsində olmaqda görürəm. Yaxşı həkim və
yaxşı insan olmaq, ali məktəbə daxil olmaq ən ümdə istəyimdir”.
Комментариев нет:
Отправить комментарий