elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 июня 2012 г.

Babayev Orxan Namiq oğlu

Bu ailədə 80-ci illərin məşhur türk müğənnisi Orxan Gəncəbay çox sevilirdi. Bu səbəbdən də ailədə dünyaya gələn yeni üzvü məhz müğənninin şərəfinə Orxan adlandırdılar.
Orxan qeyri-adi uşaq olub. Yaşına görə çox ağıllı hərəkətləri, düşündürücü sualları, məntiqə söykənən cavabları ətrafdakı insanları həmişə heyrətləndirirdi. Elə bir sahə yox idi ki, onun marağını cəlb etməsin. 4 yaşından musiqi ilə maraqlanardı, 5 yaşında fortepianoda bir neçə mahnı çalırdı. Qəribəsi bu idi ki, bu mahnıları ona heç kim öyrətməmişdi. 6 yaşında Azərbaycanın coğrafi xəritəsini, “Əlifba”nı, 100-ə qədər riyazi hesablamaları, Azərbaycanın dahi şair və yazıçılarını, şifahi xalq ədəbiyyatından nümunələri əzbər bilirdi. Ən çox xoşladığı məşğuliyyəti futbol oynamaq olub.
Sonralar müxtəlif illərin poçt markalarını, xırda pulları, daha sonra isə breloklar toplayıb. İdmanın basketbol, şahmat və üzgüçülük növü ilə məşğul olub. 2004-cü ildə keçirilən şahmat üzrə respublika təsnifat turnirində Nəsimi rayonu üzrə I yeri tutub. Məktəbə gedənə qədər yazmağı da, oxumağı da bilirdi. Məktəbə 6 yaşında gedib. 1994-cü ildə 6 yaşında yaşında uşaqları məktəbə götürmürdülər. Ona göə də sentyabr ayında Orxan məktəbə getməmişdi. Lakin 211 saylı orta məktəbin direktoru Ofelya Abdullayeva ibtidai sinif müəllimləri ilə bərabər, Orxanın bilik səviyyəsini yoxladıqdan sonra 1994-cü ilin noyabr ayında onu I sinfə qəbul etdilər. Orxan Namiq oğlu Babayev 1988-ci iyulun 3-də Şamaxı şəhərində anadan olub. I sinfi Nəsimi rayonu 211 saylı, II-III sinifləri Xətai rayonu 56 saylı, IV-XI sinifləri isə Binəqədi rayonu 157 saylı orta məktəblərdə oxuyub. I sinifdən XI sinfi qurtarana kimi əla qiymətlərlə oxuyub. Orta məktəbi bitirəndə qırmızı attestata layiqli namizəd olsa da, məlum olmayan səbəblərdən haqqını ala bilməmişdir. Sevimli fənləri riyaziyyat və coğrafiya olub. Məktəbin ictimai işlərində fəal iştirak etdiyinə görə valideynləri dəfələrlə təşəkkür məktubları almışlar. XI sinifdə oxuduğu zaman Binəqədi rayon Gənclər, İdman və Turizm İdarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir. Elə həmin ildə Xəzər Universtetinin XI sinif şagirdləri arasında keçirdiyi olimpiadada riyaziyyat fənni üzrə III dərəcəli diploma layiq götürülmüşdür.
2005-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib 644 balla Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat ixtisasına qəbul olub. Bakalavr pilləsini 2009-cu ildə bitirib və ADİU-nun MBA proqramı maliyyə ixtisası üzrə magistraturaya qəbul olub. Həmin ildə əsgəri xidmətə getmişdir. 2010-cu ilin iyul ayında əsgəri xidmətini müvəffəqiyyətlə başa vurub. Hazırda təhsilini magistraturada davam etdirir. Təhsildən əlavə həm işləyir, həm ingilis dilindən kursa gedir, həm də idmanla məşğul olur.
İxtisası ilə bağlı maraq onda IX sinifdən yaranıb. Bu ixtisası seçməyin səbəb geniş, maraqlı sahə olması, dövlətimizə məhz bu sahədə xeyir verəcəyini deyərdi. Bu sahəyə marağı onda valideynləri oyadıb. Ali məktəbin bakalavr pilləsini qırmızı diplomla bitirmişdir. 2006-cı ildə “Pofessional birja fəaliyyətinə hazırlıq” təhsil proqramı çərçivəsində “Universal” treyninq kursunu, 2007-ci ildə “Praktik mühasibət” kursunu, 2008-ci ildə Azərbaycanın Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçirdiyi “Qiymətli kağızlar bazarı” mövzusunda kursu, Distant  Təhsil Mərkəzi və Təcrübə və İşədüzəltmə Şöbəsi tərəfindən təşkil edilən “Elektron mühasibət proqramı”na dair təlim kurslarını müvəffəqiyyətlə başa vurmuşdur. 2008-ci ildə “Vətəndaş Cəmiyyətində Debat” ictiami birliyinin təşkil etdiyi tələbə debat turnirinin iştirakçısı olmuşdur. ADİU-nun 2007-ci ildə keçirdiyi tələbələrin elmi tədqiqatları müsabiqəsində III yeri tutmuşdur. 2008-ci ildə 4 ay “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin xəzinədarlıq departamentində təcrübə keçmişdir.
Ali məktəbi bitirdikdən sonra hansısa bir bankda işləməyi arzu edirdi. Hazırda “Bank standart”da “İpoteka” filialının kredit şöbəsinin mütəxəssisi kimi işləyir. Xaricdə təhsil aldıqdan sonra ixtisası üzrə ölkəmizdə tanınmış mütəxəssis olsa, özünü xoşbəxt edəcəyini düşünür.
Asudə vaxtlarında futbol oynayır və detektiv ədəbiyyatı oxuyur.

Комментариев нет:

Отправить комментарий