elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 сентября 2012 г.

Cəfərli Ülkər Mahir qızı



Ülkərin adını bibisi Sevda xanım qoyub. Sevda xanım mənası parlaq ulduz olduğundan, anası Ulduz xanımın adına oxşayır deyə bu adı seçib. Ülkər körpəlikdə dəcəl, hər şeylə maraqlanan uşaq olub. Rəsm çəkmək və əl işləri ən sevimli məşğuliyyəti idi. Məktəbə qədər yazıb-oxumağı da öyrənmişdi.
Ülkər Mahir qızı Cəfərli 1 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olub. Atasının işi ilə əlaqədar çox səyahət etdiklərindən, məktəb həyatı maraqlı, bir o qədər də çətin keçib. 1997-ci ildə Ankara şəhəri Özəl Neşe ibtidai məktəbinin I sinfinə gedib. II və III sinifləri Bakı şəhəri 83 saylı liseydə oxuyub. IV-VII siniflərə Ankara şəhər George Marshall adına NATO amerikan məktəbində, VIII sinfə Bakı Oxford məktəbində davam edib. IX sinfi Sankt-Peterburq şəhərində 207 saylı orta məktəbində başa vurub, X və XI sinifləri Bakı şəhəri 27 saylı orta məktəbdə bitirib. Hazırda Azərbaycan Dövlət Neft Akademiyasında IV kurs tələbəsidir. Təhsildən əlavə fransız dilini öyrənir.
Ülkər: “ - Fərqli məktəblərdə, fərqli dil və sistemlərdə oxuduğuma baxmayaraq, həmişə birincisi olmağa çalışmışam. Riyaziyyat, həndəsə və coğrafiya ən sevdiyim fənnlər olub. Məktəb illərində bir çox uğurlara imza atmış, diplom, tərifnamə və fəxri fərmanlara layiq görülmüşəm. Bunlardan ən əsası VI sinifdə təhsildə əldə etdiyim uğurlara görə orta məktəb birincisi kimi Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc W. Buş tərəfindən imzalanmış diplomla təltif edilməyimdir. Buna nail olan ilk azərbaycanlı məktəbli idim.
Azərbaycan Dövlət Neft Akademiyasında oxuduğum illər ərzində əlaçı olmuşam. İxtisasımla bağlı bütün fənnləri sevirəm. Olimpiadalarda (ingilis dili) və konfranslarda iştirak edib layiqli yerlər tutmuşam.
Məktəbli və tələbəlik illərimdə ailəmin və sevdiklərimin dəstəyini həmişə hiss etmişəm. Bundan ilhamlanıb ailəmin adını layiqi yerlərə daşımağa çalışmışam. İxtisas seçimimdə mənə yol göstərdikləri üçün yenə də ailəmə minnətdaram. Hər fikrimə və qərarıma hörmətlə yanaşıb, məni həmişə dəstəkləyib, heç bir köməyi əsirgəməyiblər.
Qəbul imtahanına, yüksək nəticə əldə edəcəyimə inanaraq daxil oldum və məhz elə də olu. Arzu etdiyim fakültəyə qəbul oldum. Cavabı internet vasitəsi ilə öyrəndim və həyatımın ən sevincli günlərimin birini yaşamış oldum.
Asudə vaxtlarımda kitab oxumağı sevirəm. Əsasən də xarici ədəbiyyata üstünlük verirəm. Rəfiqələrimlə “Book Club” yaratmışıq. Hər ay 2 kitab oxuyub onları birgə müzakirə edirik. Kitab oxumaqdan əlavə bacımla gəzməyə çıxmaq da ən xoş istirahət növündən biridir.
Hər bir gənc kimi, mən də millətimə xeyirli bir insan kimi yetişmək istəyirəm. Dövlətimizi beynəlxalq arenada daha layiqli yerə gətirməyə çalışmalıyıq. Bunun üçün dərin biliyə, güclü savada və geniş dünyagörüşünə malik olmaqla yanaşı, bu istiqamətdə səylərimizi əsirgəməməliyik”.

25 сентября 2012 г.

UĞURLARI ÇOX OLUR (Qafarov Qoşqar İlqar oğlu)

Qoşqar körpəlikdə çox dəcəl uşaq olub. Gördüyü hər şeyə diqqətli idi, hər şeylə maraqlanır, çoxlu suallar verərdi. Nənəsi ədəbiyyat müəllimi olduğundan Qoşqara nağıllar danışır, o da maraqla qulaq asır, sonra həmin nağılları təkrar danışırdı. Güclü yaddaşa malik olması hələ uşaqlıqdan özünü göstərirdi. Əzbərdən çoxlu şeir bilirdi. Musiqiyə həddən artıq marağı var idi. Güclü musiqi duyumu var idi.
Məktəbə gedənə qədər oxuya bilirdi. Həm latın, həm də kiril qrafikasında kitablar oxuyurdu. Anasından, nənəsində hərfləri soruşub yadında saxlayardı.
Qoşqar İlqar oğlu Qafarov 1988-ci il iyunun 24-də Şəki şəhərində anadan olub. 1995-ci ildə Şəki şəhər 19 saylı orta məktəbin I sinfinə gedib və 2006- cı ildə həmin məktəbi bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin vergi işinin təşkili və idarə olunması ixtisasına 617 balla qəbul olub. Orta məktəbdə oxuduğu vaxt Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində təhsil alıb. Oranı tar ixtisası üzrə bitirsə də, bir neçə musiqi alətində ifa edə bilir. Musiqi sahəsində kifayət qədər uğurlara imza atıb. Qısa müddətdə virtual tar ifaçısına çevrilib. Ali məktəbə hazırlıqla əlaqədar musiqi fəaliyyətinə ara verib.
İxtisasına qarşı maraq onda XI sinifdən yaranmağa başlayıb. Həmin illərdə vergilər sahəsində respublikamızda ciddi yenidənqurma işlərinin aparılması, kadr hazırlığı sahəsində atılan addımların onda vergi sahəsinə marağı artırmışdı. O vaxtlar İqtisad Universitetində vergi ixtisası yeni açılmışdı. Müəllimlərinin də bu ixtisası seçməyi məsləhət görməsi onu daha da həvəsləndirirdi.
Orta məktəbdə dərslərini yaxşı oxuyub və sevimli fənləri riyaziyyat, coğrafiya, ədəbiyyat və fizika olub. Orta məktəbdə oxuduğu müddətdə riyaziyyat, ədəbiyyat, tarix, ingilis dili fənləri üzrə keçirilən olimpiadalarda iştirak edib. İngilis dilində inşa müsabiqəsində I teri tutub. Həmçinin hərbi yarışlarda uğula çıxış edib. Müxtəlif musiqi müsabiqələrində, festivallarda iştirak edib və diplom, sertifikat, fəxri fərmanlarla təltif olunub.
26 may 2001-ci ildə təhsil ili ərzində əla müvəffəqiyyət və nümunəvi əxlaq göstərdiyinə görə fəxri fərmanla təltif olunub (söhbət musiqi məktəbində gedir).
27 mart 2003-cü il tarixdə III uşaq folklar musiqi festival-müsabiqəsində uğurla iştirak etdiyinə görə Gənclər, İdman və Turizm Nazirliyi və UNİCEF tərəfindən şəhadətnamə almışdır.
23 aprel 2003-cü ildə Şəki uşaq incəsənət və musiqi məktəbləri arasında musiqi ifaçılığı üzrə müsabiqədə II yer tutduğuna görə Şəki şəhər Mədəniyyət Şöbəsi tərəfindən diplomla, 2005-ci ildə məktəblilərin fənn olimpiadasında ingilis dili üzrə III yer tutduğuna görə fəxri fərmanla, 2005-ci ilə “Essay conbest” inşa müsabiqəsində (ingilis dilində inşa müsabiqəsi) I yer tutduğuna görə sertifikatla təltif olunub.
Ali məktəbdə də dərslərini yaxşı oxuyur. Sevimli fənləri iqtisadi nəzəriyyə, mühasibat uçotu, maliyyə, vergi inzibatçılığıdır. Ali məktəbdə keçirilən elmi konfranslarda məqalə və tezislərlə çıxış edib.
Həyatında ən uğurlu gün universitetə daxil olduğu gündür. Çünki bu əvvəlki zəhmətinin bəhrəsi və gələcək uğurlarının başlanğıcıdır. Bu isxtisasa yiyələnməyində və sevməyində həm orta məktəb müəllimlərinin, həm də ali məktəb müəllimlərinin rolu böyükdür.
Asudə vaxtlarında kitab oxumağı, film seyr etməyi, idmanın dzyü-do növü ilə məşğul olmağı xoşlayır.
Vətəninə, millətinə vicdanla xidmət edərək tarixə düşmək ən ümdə arzularındandır.

Süleymanov Emin Miradəm oğlu

 
Hər bir insanın qiyməti onun elminin dəyəri qədərdir. Hz. Əli (ə)
Qəhrəmanımızın atası Miradəm bəyin söylədikləri: “ - Evimizdə üstündə “Sabit” yazılmış bir kilim var idi. Uşaqlığım bu kilimin üstündə keçib. Kasıb olduğumuz üçün başqa kilimimiz yox idi. Süfrəmizi də bu kilimin üstündə sərərdik. Ailə qurandan bir müddət sonra anamgildən ayrıldım. Anam həmin kilimi mənə bağışladı. Neçə illər mənim üçün qaranlıq qalan bir həqiqətin açıqlanmasını anamdan xahiş etdim. Anam mənə söylədi ki, mən dünyaya gələndə anam adımı Sabit qoymaq istəyib, atam bununla razılaşmayaraq nəslimizin şəcərəsinə uyğun olaraq adımı Miradəm qoyub. Bundan sonra anam mənim adıma həmin kilimi toxuyub və mənim üçün qoymaq istədiyi adı həmin kilimə yazıb.
Zaman keçdi ailəmizdə ilk körpə dünyaya gəldi. O vaxtlar Emin Sabitoğlunun mahnıları çox sevilərdi. Məndə həmin mahnıların vurğunu idim. Bir gün körpə oğluma ad qoymaq barədə fikirləşirdim. Birdən ağlıma bir şey gəldi. Anamla görüşüb ona dedim ki, ay ana, istəyirəm nəvənin adını Emin qoyum, qoy oda bir Emin Sabitoğlu olsun. Axı sən mənim adımın Sabit olmağını istəyirdin. Anam razılıq verdi. Beləliklə körpəmizin adı Emin oldu. Emin uşaq vaxtı sakit təbiətli uşaq olub. Tapanca ilə oynamağı xoşlayardı, öz-özü ilə dava-dava oynayardı. Musiqini də çox sevərdi, həmişə maqnitafonun üstündə oturub ona qulaq asar, həm də oynayardı. Kimsə onu bu məşğuliyyətində ayırmaq istəyəndə qışqırıb ağlamaqla etirazını bildirərdi.
Körpəlikdə həmişə həqiqəti söyləyib. İcazəsiz heç nəyə toxunmayıb, hətta bir meyvəni də icazəsiz götürməzdi. Dözümlü uşaq olub. Bir dəfə I sinifdə oxuyarkən başı nəyəsə dəyib yarılıb, üstü başı al qan olub. Bu xəbəri eşidib məktəbə getdim. Müəllimi Qalina Fomiçova dedi ki, Eminin qorxmazlığına, dözümlülüyünə heyran qaldım. Müəllimlər həmişə razılıq ediblər. Hələ məktəbə getməmiş anası ona yazmağı öyrətmişdi. Onu da deyim ki, solaxay olub, müəllimin tələbi ilə sonradan sağəlli yazıb. Dərslərindən “əla” qiymətlər alıb. Hər dəfə valideyn iclasından qayıdanda evdə həyat yoldaşım Rasimə xanımı təbrik etmişəm, övladım barədə ürəkaçan xoş sözlər eşitməkdən qürur duymuşam.
Emin uşaqlıqdan dövlət işində işləmək arzusunda olub. Həmişə deyərdi ki, mən dövlətimə vətənimə layiqli övlad olmaq arzusundayam”.
Emin Miradəm oğlu Süleymanov 1988-ci ildə Bakı şəhərində anadan olub. İki yaşı olanda valideynləri doğma rayonları Saatliya qayıdıblar. 1994-cü ildə V. Əsgərov adına Saatlı şəhər 4 saylı orta məktəbin rus bölməsinin I sinfinə gedib. Orta məktəbdə oxuyarkən dərslərimi əla oxumaqla bərabər idmana da böyük maraq göstərib. Taekvando ilə məşğul olub. Müəyyən uğurları da olub. Futbol da sevimli məşğuliyyətlərimdən biri olub. Məktəbin yığma komandasının üzvü kimi yeniyetmələrin zona və respublika birinciliklərində iştirak edib. Musiqiyə marağı hədsiz idi. 2002-ci ildə Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbini, 2003-cü ildə “Tərəqqi” MMC-nin nəzdində fəaliyyət göstərən 6 aylıq bilgsayar kursunu bitirib. V-XI siniflərdə sinif nümayəndəsi olub. Nümunəvi intizam və təhsildə yüksək nəticələr əldə etdiyinə görə dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunub.
Dahi Azərbaycan şairi N. Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz” misralarını uşaqlıqdan özü üçün örnək seçdiyindən 2005-ci ildə orta məktəbi əla qiymətlərlə bitirməyə nail olub. Elə həmin il 543 balla Azərbaycan Dövlət İqtisad Unversitetinin kommersiya fakultəsinin rus bölməsinə daxil olub. 2009-cu ildə bakalavr pilləsini yüksək qiymətlərlə bitirərək iqtisadi resursların idarə olunması ixtisasına yiyələnib. Sonra maqistratura pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Unversitetinin heyətin idarə edilməsi fakultəsinin qiyabi şöbəsinə daxil olub.
İstər orta məktəbdə, istərsədə ali məktəbdə oxuyarkən dəqiq elmlərə daha çox marağım olub. Ali məktəbin politologiya fənninə xüsusi marağım olub. Universitetə qəbul olduğum gün ən uğurlu günüm olub. Çünki ali təhsil almaq mənim ən ali məqsədim olub. Tələbə biletimi alanda elə bildim ki, gələcək həyatımın yaşıl işiğı yandı.
Tələbə adını aldığıma görə müəllimlərimə, əsasən də Zoya Cavadovaya və valideynlərinə borcluyam. I sinifdən bəri dərslərimi hazırlayarkən anam köməkçim olub. 2009-2010-cu illərdə hərbi xidmətdə olmuşam. Cəbhə bölgəsində piyada qoşunlarının tərkibində əvvəlcə kəşfiyyatçı-snayper, sonra isə manqa komandiri olmuşam. Hərbi xidməti başa vurduqdan sonra işləmək üçün sənədlərimi Gənclər və İdman Nazirliyinin Saatlı rayon şöbəsinə verərək, 100 mümkün baldan 80 bal toplayır. 2011-ci ilin mayından iş yerini “Vijn Fond Azərkredit” MMC-də kredit icraçısı vəzifəsinə dəyişir.
Xoşbəxtliyimi valideynlərimə layiq övlad, müstəqil Azərbaycana layiqli vətəndaş, suveren dövlətimizə layiqli məmur olmaqda görürəm. Qarabağın azad olunmasında iştirak etmək, respublikamızın iqtisadi inkişafına töhvə vermək də xoşbəxtlikdir.
Boş vaxtı olanda bu boşluğu psioxologiyaya aid ədəbiyyatları mütailə etməklə, internet vasitəsilə elmi yeniliklər və xəbərlərlə tanış olmaqla doldurur. İdmanla məşğul olur, musiqiyə qulaq asır, Rusiya və Ukraniyadaki tələbə yoldaşları ilə əlaqə saxlayır.
Millət vəkili olmaq, dövlətimizin idarə olunmasında iştirak etmək, torpaqlarımızın azad olunması ən ümdə arzularındandır. Məhəmməd peyğəmbərin (s.ə.s) “Bir saat elmlə məşğul olmaq 60 il ibadətdən üstündür” kəlamı onun həyat şüarıdır.

e-mail: economist-87@mail.ru

Məmmədli Aygül Əlişiraz qızı

Ailədə üçüncü övlad dünyaya gələndə Əlişiraz bəy onun adını aya bənzədib qoymaq istəyirdi. Uşağın anası Rəqiyə xanım, bibisi Kövsər xanım yeni təklif irəli sürdülər. Qoy ay kimi işıqlı, gül kimi ətirli olsun və adını Aygül qoydular. Ailənin sonbeşiyi bacısından altı, qardaşından beş yaş kiçik olduğu üçün çox sevimli, dəcəl və maraqlı uşaq olub.
Qırmızı rəngli əşyaları və müxtəlif formalı gəlincikləri xoşlayırdı. Körpə vaxtı əgər üzərində qırmızı yorğan olmasaydı yatmazdı. Hətta Göyçaya babasıgilə gəzməyə gedəndə sevdiyi qırmızı yorğan evdə qaldığı üşün səhərə qədər yatmamışdı. Səhəri gün Bakıya qayıtmalı olmuşdular.
Aygülün intonasiya ilə şeir demək bacarığı var. O, məktəbdə kecirilən bütün tədbirlərdə şeir deyirdi. İbtidai sinifdə təhsil aldığı məktəbin müəllimləri Aygülü xalq artisti Əminə Yusif qızına bənzədirdilər. Şəkil çəkməyi də xoşlayırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bacısı Yaqut və qardaşı Siracdan öyrənmişdi.
Aygül Əlişiraz qızı Məmmədli 1994-cü ilin sentyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Xətai rayonundakı 27 saylı orta məktəbdə ibtidai təhsil almağa başlamışdır.
V sinifdən təhslini Heydər Əliyev adına liseydə davam etdirir. Hazırda Heydər Əliyev adına liseyin XI sinif şagirdidir. Təhsildən əlavə üç il məktəbin xor dərnəyinin üzvü olub.
Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənnlər biologiya və kimyadır. İbtidai sinifdə oxuyarkən məktəbdə keçirilən bütün bayram tədbirlərində şeir demək və tamaşalarda kiçik səhnəciklərdə rol almaqla iştirak edib. IV sinifdə ingilis dilində keçirilən tədbirdə “Qırmızıpapaq” və “Turpun nağılı” tamaşasında rol alıb. Hər iki tamaşada “Nənə” rolunda iştirak edib. İbtidai təhsili başa vurmaqla bağlı təşkil edilən tədbirdə Səməd Vurğunun “Vaqif” dramında səsləndirdiyi qəzəl alqışlar və təriflərlə qarşılanmışdır. V sinifdə məktəb xorunun üzvü kimi uşaq evlərinin birində keçirilən konsertdə çıxış edib.
Gələcəkdə həkim olmaq istəyir. Bu sənətə maraq VII sinifdən oyanıb. Valideynlərini də onu savadlı həkim görmək istəyir.
Asudə vaxtlarında televizora baxmağı, bilgisayarla məşğul olmağı xoşlayır. Bundan başqa uşaqlıqdan qeyri-adi rəsmlər çəkməyi xoşlayır. Rəsmlərindən biri 2004-cü ildə “Planet” adlı uşaq qəzetində dərc edilmişdir.
Gələcəkdə tanınmış həkim olsa özünü xoşbəxt hiss edərəm - deyir. Gələcək planları çoxdur. İlk növbədə orta məktəbi əla qiymətlərlə bitirmək, universitetə yüksək balla qəbul olmaqdır.
e-mail: aygul94@box.az

24 сентября 2012 г.

Məmmədova Aynur Rəhim qızı

Aynurun adını nənəsi Həmayə xanım qoyub. Körpəlikdə çox dəcəl uşaq olub. Adətən qız uşaqlarının marağı gəlincik olduğu halda Aynur maşınla, avtomatla oynamağı sevirdi.
Aynur məktəbə gedəndə o yazıb-oxumağı bilirdi. Uşaqlıqda yaddaşı çox güclü idi. Belə ki, o artıq 5 yaşında Həzrəti Fatimənin mövlud günündə filarmoniya səhnəsində Məhəmmədhüseyn Şəhriyarın “Heydər Babaya salam” şeirini söyləmişdi. Aynurun bu uğurlarında məhz anası Aygün xanımın əvəsziz rolu olub.
Anası: “ - Aynur istər məktəb, istərsə də unversitet illərində hər zaman tənəffüzlərdə və yaxud müəllim dərsə gecikəndə müəllimin stolunda otumağı sevirdi. Ondan uşaqlar soruşanda ki, niyə həmişə müəllimin stolunda oturursan?
Cavabı o olub ki, cünki burda oturanda özümdə müəyyən güvən hissləri yaranır, hər kəslə daha aydın ünsiyyət qurmaq olur. Mən isə belə düşünürəm ki, bu onun müəllimlik sənətinə olan böyük sevgisindən irəli gəlir. İstərdim ki, gələckdə Aynur vətənimizə layiq, savadlı, vətənpərvər şagirdlər yetişdirsin”.
Aynur Rəhim qızı Məmmədova 1988-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakıxanov qəsəbəsindəki 252 saylı orta məktəbdə I sinifə gedib. İbtidai sinifi bu məktəbdə bitirdikdən sonra təhsilini Fikrət Tağıyev adına 72 saylı fizika-riaziyyat liseydə davam etdirib. 2006-cı ildə məktəbi əla qiymətlərlə başa vurub Bakı Dövlət Unversitetinin tətbiqi riaziyyat və kibernetika fakultəsinin tətbiqi riaziyat ixtisasına 644 balla qəbul olub. I kursu Azərbaycan bölməsində bitirdikdən sonra imtahan verib, II kursdan ingilis bölməsində təhsil almağa başlayıb. 2010-cu ildə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə də magistr pilləsi üzrə MBA (Master Business of Adminstration) proqramını seçib və Azərbaycan Dövlər İqtisad Unversitetinin marketinq ixtisasına dövlət sifarişi əsasında qəbul olub.
 “Gənc İstedadlar” Tələbə Təşkilatında baş-koordinator vəzifəsində çalışır. Təşkilatda göstərdiyi yüksək xidmətlərə görə tərifnamə ilə təltif olunub.
Aynur: “ - İxtisasıma maraq liseydə təhsil aldığım dövrlərdə yaranmağa başlayıb. Məktəb illərində bütün fənnləri yaxşı oxusam da, ancaq ən çox sevdiyim fənn riyaziyyat olub.
Unversitetdə təhsil aldığım müddətdə tədris olunan bütün fənnləri yaxşı oxumuşam. Ancaq “Differentiol equations” və “Optimization methods” ən çox sevdiyi fənnlər olub. Bu fənləri mənə sevdirdiklərinə görə mən Bala İsgəndərova, Aygün Abbasovaya dərin minnətdarlığıımı bildirirəm.
Asudə vaxtlarımda Cingiz Abdullayevin dedektiv romanlarını oxumağı çox sevirəm. Hər zaman öndə getməyə çalışmışam. Düşünürəm ki, xoşbəxtliyi sağlam ailədə, uğurlu karyerada və sevdiyim insanların ətrafında cəmləşməsində görürəm. Ən böyük arzum vətənə layiq vətəndaş olmaq, özümdən sonra iz qoymaq, öz sahəmdə imzalar içində imzası olan bir şəxsiyyət kimi tanınmaqdır”.
“Optimalladırma və idarəetmənin əsasları” kafedrasında çalışan və “Optimization methods” fənni tədris edən Cabir Cümşüdoun Aynur barədə söylədikləri: “ - Aynur haqqında fikir söyləmək mənim üçün çox asandır. Çünki bu gənc qızın şəxsiyyətində o qədər müsbət nəziyyətlər cəmləşib ki, onların hər biri haqqında çoxlu danışmaq olar. Hər şeydən öncə Aynur istedadlı, əlaçı tələbə olmuşdur. Elmə həvəsi ilə yanaşı, o başqalarından işlərində dəqiqliyi, səlistliyi, dərin estetik tərbiyəsi ilə fərqlənir. Məsuliyyətlə deyə bilərəm ki, bu məziyyətlərlə Aynur gənclərimiz üçün bir nümunədir. Aynur hər tərəfli inkişaf etmiş bir şəxsiyyətdir. Səmimi, məsuliyyətli və təvazokarlıqdır. Buna görə Aynurun valideynləri də onunla fəxr edə bilərlər. Axı cəmiyyətə layiqli üzv bəxş etmək valideynlər üçün ən böyük missiyya və arzudur. Aynur hələ həyatda ilk addımlarını atır. Şübhə etmirəm ki, biz onun hələ çox qələbələrinin şahidi olacağıq. Ona uğurlar diləyirəm”.

23 сентября 2012 г.

Eyyublu Nicat Musasoltan oğlu

Nicatın adını anası Sevinc xanım qoyub. “Nicat” sözünün mənası nicat tapmaq, xilas olmaq, azad olmaq deməkdir. O, uşaqlıqdan çox sakit, xoşxasiyyətli, sözəbaxan, ağıllı, təmizliyi sevən olub.
Nicat Musasoltan oğlu Eyyublu 18 oktyabr 1984-cü ildə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olub. 1990-cı ildə A. O. Çernyayevski adına Mərəzə qəsəbə orta məktəbinin I sinfinə daxil olub. Daha sonra orta təhsilini Bakı şəhərindəki Fizika-Riyaziyyat-İnformatika təmayüllü Respublika liseyində davam etdirib. Liseydə təhsil aldığı müddətdə riyaziyyat üzrə respublika olimpiadalarında 1999-cu ildə III, 2000 və 2001-ci illərdə I yeri tutub.
2001-ci ildə liseyi bitirib 647 balla Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsinə, ümumi iqtisadiyyat ixtisasına qəbul olub. 2005-ci ildə maliyyə və kredit üzrə bakalavr təhsil pilləsini bitirib, beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə magistraturaya qəbul olub.
2007-ci ilin iyun ayında hərbi xidnətə çağırılıb və 2008-ci ilin iyul ayında ordu sıralaraından tərxis olunub.
XI sinifdə oxuyanda onda iqtisadiyyata maraq oyanıb. II qrupa daxil olan fənləri daha çox sevdiyinə, inkişafda olan Azərbaycan iqtisadiyyatına ixtisaslı kadr kimi xidmət göstərmək arzusunda olduğuna görə bu ixtisası seçib.
Orta məktəbdə əla qiymətlərlə oxuyub. Ən çox sevidiyi fənlər ana dili, riyaziyyat, coğrafiya və ingilis dili olub.
Ali məktəbi də uğurla bitirib. Əvvəlcə bakalavr pilləsini, sonra magistr pilləsini əla qiymətlərlə başa vurub. Ən çox sevidiyi fənlər bank işi, vergi və vergi qoyma, maliyyə, beynəlxalaq iqtisadi münasibətlər və s. Hazırda bank sistemində təcrübə keçir.
Sevdiyi ixtisasa yiyələndiyinə görə birinci növbədə müəllimlərinə borcludur.
Vətəninə layiqli və faydalı bir vətəndaş olmaq onun üçün ən böyük xoşbəxtlikdir.
Asudə vaxtlarında klassik musiqiyə qulaq asmağı və təbiətin qoynunda gəzməyi xoşlayır.