Qoşqar
körpəlikdə çox dəcəl uşaq olub. Gördüyü hər şeyə diqqətli idi, hər şeylə
maraqlanır, çoxlu suallar verərdi. Nənəsi ədəbiyyat müəllimi olduğundan Qoşqara
nağıllar danışır, o da maraqla qulaq asır, sonra həmin nağılları təkrar
danışırdı. Güclü yaddaşa malik olması hələ uşaqlıqdan özünü göstərirdi. Əzbərdən
çoxlu şeir bilirdi. Musiqiyə həddən artıq marağı var idi. Güclü musiqi duyumu var
idi.
Məktəbə
gedənə qədər oxuya bilirdi. Həm latın, həm də kiril qrafikasında kitablar
oxuyurdu. Anasından, nənəsində hərfləri soruşub yadında saxlayardı.
Qoşqar
İlqar oğlu Qafarov 1988-ci il iyunun 24-də Şəki şəhərində anadan olub. 1995-ci
ildə Şəki şəhər 19 saylı orta məktəbin I sinfinə gedib və 2006- cı ildə həmin məktəbi
bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin
vergi işinin təşkili və idarə olunması ixtisasına 617 balla qəbul olub. Orta məktəbdə
oxuduğu vaxt Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində təhsil alıb. Oranı tar
ixtisası üzrə bitirsə də, bir neçə musiqi alətində ifa edə bilir. Musiqi sahəsində
kifayət qədər uğurlara imza atıb. Qısa müddətdə virtual tar ifaçısına çevrilib.
Ali məktəbə hazırlıqla əlaqədar musiqi fəaliyyətinə ara verib.
İxtisasına
qarşı maraq onda XI sinifdən yaranmağa başlayıb. Həmin illərdə vergilər sahəsində
respublikamızda ciddi yenidənqurma işlərinin aparılması, kadr hazırlığı sahəsində
atılan addımların onda vergi sahəsinə marağı artırmışdı. O vaxtlar İqtisad Universitetində
vergi ixtisası yeni açılmışdı. Müəllimlərinin də bu ixtisası seçməyi məsləhət
görməsi onu daha da həvəsləndirirdi.
Orta
məktəbdə dərslərini yaxşı oxuyub və sevimli fənləri riyaziyyat, coğrafiya, ədəbiyyat
və fizika olub. Orta məktəbdə oxuduğu müddətdə riyaziyyat, ədəbiyyat, tarix,
ingilis dili fənləri üzrə keçirilən olimpiadalarda iştirak edib. İngilis dilində
inşa müsabiqəsində I teri tutub. Həmçinin hərbi yarışlarda uğula çıxış edib. Müxtəlif
musiqi müsabiqələrində, festivallarda iştirak edib və diplom, sertifikat, fəxri
fərmanlarla təltif olunub.
26
may 2001-ci ildə təhsil ili ərzində əla müvəffəqiyyət və nümunəvi əxlaq göstərdiyinə
görə fəxri fərmanla təltif olunub (söhbət musiqi məktəbində gedir).
27
mart 2003-cü il tarixdə III uşaq folklar musiqi festival-müsabiqəsində uğurla
iştirak etdiyinə görə Gənclər, İdman və Turizm Nazirliyi və UNİCEF tərəfindən şəhadətnamə
almışdır.
23
aprel 2003-cü ildə Şəki uşaq incəsənət və musiqi məktəbləri arasında musiqi
ifaçılığı üzrə müsabiqədə II yer tutduğuna görə Şəki şəhər Mədəniyyət Şöbəsi tərəfindən
diplomla, 2005-ci ildə məktəblilərin fənn olimpiadasında ingilis dili üzrə III
yer tutduğuna görə fəxri fərmanla, 2005-ci ilə “Essay conbest” inşa müsabiqəsində
(ingilis dilində inşa müsabiqəsi) I yer tutduğuna görə sertifikatla təltif
olunub.
Ali məktəbdə
də dərslərini yaxşı oxuyur. Sevimli fənləri iqtisadi nəzəriyyə, mühasibat
uçotu, maliyyə, vergi inzibatçılığıdır. Ali məktəbdə keçirilən elmi
konfranslarda məqalə və tezislərlə çıxış edib.
Həyatında ən uğurlu gün universitetə daxil olduğu gündür. Çünki
bu əvvəlki zəhmətinin bəhrəsi və gələcək uğurlarının başlanğıcıdır. Bu
isxtisasa yiyələnməyində və sevməyində həm orta məktəb müəllimlərinin, həm də
ali məktəb müəllimlərinin rolu böyükdür.
Asudə vaxtlarında kitab oxumağı, film seyr etməyi, idmanın dzyü-do növü ilə məşğul olmağı
xoşlayır.
Vətəninə, millətinə vicdanla xidmət edərək tarixə düşmək ən ümdə arzularındandır.
Комментариев нет:
Отправить комментарий