elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 сентября 2015 г.

İbadullayev Asim Rasim oğlu

Vətənimizin istedadlı uşaqlarından biri də İbadullayev Asim Rasim oğludur. O, 1 dekabr 1999-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Şəmkir rayonun Şiştəpə kəndində anadan olmuşdur. Asim uşaqlığından şirin, sevimli, hər kəsə özünü sevdirən, dəcəl olsa belə hər kəs tərəfindən sevilən bir uşaq olub. O, uşaq vaxtından Azərbaycanın bədii filmlərinə baxmağı və bədii əsərlər oxumağı çox sevir. Məktəbə getməmişdən əvvəl yazıb-oxumağı bacaran Asimə bunu bacısı Günay öyrətmişdir. Təkliyi sevən Asim bu anlarda şeir yazmağı bacarırdı. Torpaqlarımızın düşmən tapdağı altında olduğunu bildiyinə görə əsasən şeirləri vətənə, müharibəyə aid yazırdı.
O, ilk qədəmlərini paytaxt Bakı şəhərinin Nəriman Nərimanov rayonunda 178 saylı orta məktəbdə atmışdır. O, 1-ci sinifdən 4-cü sinifə qədər Muradova Radə müəllimənin sinfində oxuyub və bu müddət ərzində sinif nümayəndəsi olmuşdur. Radə müəllimənin sayəsində 291 saylı Ekologiya liseyinə yüksək balla qəbul olmuşdur. O, 9 -10 yaşlarından şeir yazmağa başlayıb, buna görə də dərslərində bir az zəifləmə hiss etmişdir. Lakin sonradan əzmlə çalışaraq bütün qiymətlərini düzəltmişdir. Bunu valideynlərinə hiss etdirmədən bacarıb. Hal-hazırda 5-ci sinifdən 9-a qədər ona Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyən Tamara Məmmədovanın dərslərini həddən artıq çox sevir. Asim dərslərini yaxşı oxumaqla barəbər məktəbdən kənar tədbirlərdə aktiv iştirak edir. Onun rolu bu tədbirlərdə oyunçu kimi yox, həmin tədbirlərin qurucusu kimi olub. Yəni tədbirlərin keçiriləcəyi zalların təşkili, oyunçuları seçmək, rolları paylamaq və s. kimi olmuşdur. Asudə vaxtlarında dincəlməyə üstünlük verən Asim bəzən şeir yazır, bəzən isə Mark Tven, Cek London, Mixail Lermontov kimi yazıçıların əsərlərini oxuyur. O, Azərbaycanın ən güclü məktəblərindən birində oxumağına dəstək verən valideynlərinə və əldə etdiyi uğurlara görə bacısına özünü borclu hiss edir.
Yüksək zirvələrə çıxmaq istəyən Asim gələcəkdə hərbi general olmaq istəyir. Uşaqlıqdan yaranmış bu həvəs indi onun məqsədinə çevrilib. O deyir: “Mən də Stalin kimi, Qarbaçov kimi şəxslərin qarşısına çıxan generallardan biri olacam və məktəbi əla qiymətlərlə bitirərək Türkiyənin hərbi bölmələrindən birində təhsil alaraq, vəzifə sahibi olaraq, Azərbaycana qayıdaraq öz işimi burada quracam. Ailəmlə birlikdə Xəzər adalarında yaşamağı planlaşdırıram. Bacardığım qədər yoxsul insanlara və ana yurdum Şiştəpə kəndinin bəzi əhalisinə köməklik göstərəcəm. Mən düşünürəm ki, tarixin yaddaşına müxtəlif üsullarla düşmək olar. Ele bir şans əlimə keçsə Azərbaycanın tarixi torpaqlarını (İrəvan, Dərbənd, Təbriz) geri almaqla, ya da böyük bir planı işə salmaqla tarixin yaddaşına qızıl hərflərlə öz adımı yazacam. Bu həyatda əsas planım isə evin görünən hissəsi yox, daxilindəki dayaq hissəsi olmaq istəyirəm”.

Ona bu yolda müvəffəqiyyətlər arzu edirik.

10 сентября 2015 г.

Xəlilov Samir Maşallah oğlu

Xəlilov Samir Maşallah oğlu 1997-ci il 12 dekabr tarixində dünyaya göz açmışdır.Samirin valideyinlərinin sözlərinə görə o körpəlikdə hər şeyə maraq göstərmişdir.Onun 3-4 yaşı olanda nənəsi ona şeirlər öyrətmişdir.Məktəbə qədəm qoyan zaman oxuyub-yazmaqı çox sevirdi.Samir 191 saylı tam orta məktəbdə təhsil alıb.Hələ o ikinci sinifdə oxuyanda nənəsi ona vurma cədvəlini öyrətmişdir.Yaşıdları əlifbanı öyrənən zaman Samir hətta vurma cədvəlini əzbər bilirdi.Samir dərslərini həmişə maraqla,sevgilə oxuyub.Məktəbdə oxuduqu müddətdə hər zaman yüksək qiymətlər alıb.O,bütün fənnləri sevib ancaq ən çox sevdiyi fənn ingilis dili olub.Samir bir çox    şənliklərdə,tədbirlərdə,konfranslarda iştirak edib.Məktəbin daim fəal şagirdlərindən biri olub.Məktəbdə bütün müəllimlər onu çox sevib.Məktəbdə elmi-praktik konfranslarda həm aparıcı, həm də şair kimi iştirak edib.Samir çox istedadlı insandır.Onun istedadı özünü şeir yazmaq qabiliyyətində də biruzə verir.Samir məktəbdə şeir yazmaqla da özünü təsdiqləyib.O, 3 ildir ki bu fəaliyyətin bir qədər ləngidib.O, bu tədbirlərdə öz şeirlərini nümayiş etdirirdi.Şeirlərində daha çox dostluqa,insanlıqa üstünlük verir.Samir ilk şeirini 7-ci sinifdə oxuyarkən yazmışdır.Onun ilk şeiri “Azərbaycan” adlanır.Onun “Azərbaycan”şeirindən başqa “Dostluq”,”Ana”,”Xocalı”kimi şeirləri də vardır.
Samir iştirak etdiyi tədbirlərdən diplom,sertfikat da əldə etmişdir.2011-ci il May ayının 5-də keçirilən Kiçik Elmlər Akademiyasının Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə və ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfransda hazırladıqı təqdimatın, 1-ci yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur.Ona 2012-ci il fevral ayının 2-də keçirilən Azərbaycan dili və Ədəbiyyat aylığı tədbirində fəal iştirakına görə diplom verilmişdir.O, Kiçik Elmi Akademiyasının III Elmi Praktik Konfransında da iştirakına görə diplomla mükafatlandırmışdırlar.Samir 191 saylı məktəbin fəxri olaraq olimpiadalarda da məktəbini təmsil etmişdir.31 May 2014-cü il tarixində 191 saylı tam orta məktəb tərəfindən Xəlilov Samirə ingilis dili fənnindən olimpiada da fərqləndiyinə görə diplom verilmişdir.Samir ali məktəbə qəbul olmaq üçün topladığı balı sınaq imtahanlarında da təsdiqləyirdi.Bunun üçün də TQDK-nın keçirdiyi sınaq imtahanlarında 500-dən artıq topladığı bala,  ictimai işlərdə fəal iştirakına və qızıl medala namizəd olduğu üçün diplomla təltif olunmuşdur.
Samir asudə vaxtların musiqiyə qulaq asmaqla keçirir.Uşaqlıqdan bu hobbisi davam edir.Samirin sözlərinə görə”mahnı olmasa mən heçnəyəm”.Samir artıq 2015-ci ildə 191 saylı tam orta məktəbin məzunu olub.Onun həyatında ən böyük arzusu 600-dən yuxarı bal toplamaq olub.Onun bu arzusu yerinə yetib.Samir 612 balla Xəzər Universitetinin “kompüter elmləri” ixtisasına qəbul olub.Həyatında ən uğurlu gün isə imtahan nəticələrini bildiyi gün olub.Əldə etdiyi bütün bu uğurlarına görə özünü valideyinlərinə və nənəsinə borclu bilir.Lakin Samir bu uğurlarına görə düşmənlərinə də təşəkkür edir.Çünki onlar olmasaydı o bu zirvəyə gəlib çıxmazdı.
Hər kəs özünü kiməsə oxşatmaq istəyir.Lakin Samir hər kəsin ona oxşamasını arzu edir.O,əvvəllər həkim olmaq istəyirmiş amma təhsil müddəti çox olduquna görə bu fikirdən daşınıb.Onun həkim olmaq istəməməsinin bir səbəbi də qandan qorxmasıdır.Samir “kompüter elmləri” ixtisasına yiyələnməyi 3 il bundan əvvəl qərar verib.İndi isə onun gələcək hədəfi savadlı kompüter mühəndisi        olmaqdır.Samirin fikirlərinə görə “gələcəkdə mükəmməl ali təhsilə malik olub,hər kəsin mənə həsrətlə baxacağı kompüter mühəndisi olmaq istəyirəm.Tarixin yaddaşında isə qalacağıma əminəm!”.

9 сентября 2015 г.

ƏHMƏDZADƏ FƏRİD MALİK OĞLU

Əhmədzadə Fərid Malik oğlu 25 noyabr 2004-cü ildə Bakı şəhəri Nəsimi rayonunda anadan olub.  Fərid uşaqlıqda dəcəl olub. Topla oynamağı, rəsm çəkməyi çox sevirdi, elə balacalığından  rəsm çəkməyə can atırdı.  İndi isə cüdo, boks və futbolla maraqlanır. Uşaq bağçasında olduğu müddətdə hazırlıq müəlliməsinin sayəsində, hələ məktəb həyatına başlamamış artıq yazmağı və oxumağı öyrənib. Fəridin atası idmançı olub. İndi Fərid özü də cüdo ilə maraqlanır, bu işdə Fəridə atasının dostu da yaxından köməklik göstərir.
Fərid ilk təhsilini Sabunçu rayonu, Akif Qambayzadə adına 148 saylı orta məktəbdə alıb. Hal-hazırda da elə həmin məktəbin şagirdidir. Dərslərində əlaçıdır. Riyaziyyat və ingilis dili fənlərini isə digərlərinə nisbətən daha çox sevir.  Dərslərində əlaçı olmaqla bərabər məktəbdə təşkil edilən tədbirlərlə də yaxından maraqlanan şagirdlərdəndir, ibtidai sinif olaraq təşkil etdikləri tədbirlərdə Fərid də iştirak edir.
Dərsləri ilə bağlı olan bütün sevincli günləri həyatının ən uğurlu günləri hesab edir. Sinif rəhbəri olan Aytən xanıma minnətdarlıq edir  və bildirir ki, qazandığı bütün uğurlardan dolayı  ona  borcludur.
Gələcəkdə də uğurlarını  çoxaltmaq arzusundadır  və “iş adamı” olmaq istəyir. Əsas istəyi vəkil olmaqdır. Gələcək planları ilə bağlı danışmağın hələ tez olduğunu deyən Fərid təkcə vəkil olmaq istəyini vurğulayır.
Bütün fikrini dərslərinə yönləndirsə də, asudə vaxtlarında daha çox kompüterdə oyunlar oynamaqla məşğul olur.

Fəridin fikrincə bir insan tarixin yaddaşında yaşamaq istəyirsə, ilk növbədə vətəninə sadiq olmalıdır, sonra da fəaliyyəti boyunca xeyli uğurlar əldə etməlidir.  İnşallah Fəridin də uğurları getdikcə çoxalar, tarixin yaddaşında yaşamaq ona da nəsib olar!

8 сентября 2015 г.

Daşdəmirova Şəms Cəfər qızı


Daşdəmirova Şəms Cəfər qızı 2005-ci il sentyabr ayının 11-də Mingəçevir şəhərində dünyaya göz açmışdır.Şəms hal-hazırda Yevlax şəhərində yaşayır.Uşaqlıqda Şəms sakit bir qız olub.Daim valideyinlərinin sözünə baxıb.Amma hər bir şeylə maraqlanıb,çoxlu suallar verirmiş.Onun maraq dairəsi çox genişdir.O,məktəbə qədəm qoymamışdan əvvəl rəsm çəkməyə maraqı yüksək olmuşdur.Onun anası Şəmsə daim şəkilli kitablar alar,o isə şəkilləri müxtəlif rənglərlə rəngləyərmiş.Onun uşaq yaşlarından şəkil çəkməyə maraqı olduğunu valideyinləri hiss etmişdir.Şəms məktəbə qədər yazıb-oxumaqı öyrənər,hərfləri bir-bir yazarmış.
Şəms hal-hazırda Yevlax şəhəri S.Vurqun adina 5 saylı tam orta məktəbdə təhsil alır.O,dərslərini çox yaxşı oxuyur.Rus bölməsində təhsil alır.Ən çox sevdiyi fənn isə Matematika,Çitenya və İnformatika fənnləridir.Şəms məktəbin bir çox tədbirlərində,şənliklərində iştirak edib.O,məktəbdə keçirilən “Yeni il” tədbirində müxtəlif rollarda çıxış edib.Şəms bir çox diplomlarla,tərifnamələrlə təltif olunub.Onun hətta,ikinci sinifdə oxuyanda şəkli məktəbin şərəf lövhəsindən asılıb.Şəmsin həyatında unutmadıqı günlərdən biri isə 10 May Ümumilli Liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş “Vətənin pərvəri ol” müsabiqəsində fəal iştirakına görə aldıqı təşəkkürnamədir.Dərslərini yaxşı oxuduquna görə isə dördüncü sinifi fərqlənmə diplomu ilə bitirmişdir.Şəms bu yaşadək qazandıqı uğurlarına görə özünü anasına borclu bilir.Çünki anası ona həyatda insanları sevməyi və onlara hörmət etməyi öyrədib.O,anasından sonra ona ikinci ana olan müəlliməsi Bəsti İsmayılovaya borclu bilir.Bəsti müəllimə isə Şəmsə vətənini,xalqını sevməyi elinin,yurdunun sirrlərini yaxşı oxumaqı öyrədib.Şəms anasına və mənəvi ana olan Bəsti müəlliməyə minətdar olduqunu bildirib.Şəmsin sözlərinə görə”mənim ən böyük arzum ürək cərrahı olmaqdır.Mən altı yaşımda olanda,türk kanalından “Doktorlar”serialı nümayiş edilirdi.Mən bu seriala böyük həvəslə baxırdım və mənə həkimlik sənətini sevdirdi.Bundan sonra qarşıma bir məqsəd qoydum.Mən böyüyəndə Fikrət doktor kimi ürək cərrahı olacam.Mən bəzən kompüterdə oyun oynayarkən əməliyyat oyunlarına girib,cərrahi əməliyyatlar aparıram.Özümü bir anlıq cərrah kimi hiss edirəm.Allahıma dua edirəm ki,məni bu arzuma çatdırsın.Bunuda bilirəm ki,çox oxumalıyam”.Onun hədəflədiyi zirvə,ən böyük məqsədi dərslərini yaxşı oxuyub vətəninə,xalqına layiqli övlad olmaq istəməsidir.O,istəyir ki,valideyinləri daim onunla fəxr etsinlər.
Şəms musiqini çox sevir.Ona görə də 1 saylı musiqi məktəbində fortopiano təhsili alır.Bunun üçün də demek olar ki,vaxtı olmur.Bəzən asudə vaxtlarında piano çalır,atası və qardaşı ilə vaxtını keçirir.Onlarla parka gəzməyə gedir və orada rolik sürür.Şəms rolik sürməyidə çox gözəl bacarır.Şəms dərsdən kənar boş vaxtlarında rəsm çəkib və musiqiyə qulaq asır.
Şəms daim uca zirvələrdə olmaq istəyir.Tarixin yaddaşında isə mükəmməl oxuyub,həyatda özünə layiqli yer tapmaqla qalmaq istəyir.O,dahi şəxsləri çox sevir.Şəms belə düşünür:<<Dahi Heydər Əliyev.Mən bu şəxsiyyətin vurğunuyam.Heydər Əliyevin xatirəsi önündə baş əyirəm.Mən yaxşı oxuyuram ki,vətənimə layiqli övlad olum və bir şəxsiyyət kimi formalaşım

3 сентября 2015 г.

Cavadova Alsu Süleyman qızı

Cavadova Alsu Süleyman qızı 6 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda çox aktiv olub. Bağçaya gedənə qədər çoxlu şeirlər öyrənib. Bağçaya gedəndən sonra yazmağı, oxumağı, ingilis və rus dillərini öyrənib. Bir neçə il bədii gimnastika ilə məşğul olub. Ünsiyyətcildir, insanlarla tez bir zamanda müəyyən mövzu ətrafında söhbət etməyi bacarır. Valideynləri ona dünyagörüşünü artırmaqda kömək edirlər.
15 sentyabr 2008-ci ildə 160 saylı Klassik gimnaziyaya imtahan verərək qəbul olub. 2014-cü ilin aprelindən isə 147 saylı Texniki-humanitar liseydə təhsil alır. Məktəbdə rus dilində təhsil alır, alman və ingilis dilini də öyrənir.
Məktəbdə və bağçada bütün tədbirlərdə fəal iştirak edib. Məktəbdə Puşkinin yaradıcılığına aid tamaşada fəal iştirakı ilə seçilib. Rəsmlə məşğul olur, bir neçə müsabiqələrdə iştirak edib, mükafatlar qazanıb. Rəsmdə daha çox portret və peyzaj çəkməyi xoşlayır. 7 may 2013-cü ildə “İctimai” televiziyda səhər verilişində rəsmlə bağlı iştirak edib. Musiqi ilə də məşğul olur. L və M. Rastropoviçlər adına Uşaq Musiqi Məktəbində təhsil alır. Dərslərini yaxşı oxuyur, sevdiyi fənlər fizika, tarix və biologiyadır.
Gələcəkdə həkim olub insanlara kömək etmək istəyir. Bunu uşaqlıqdan arzulayır. Əldə etdiyi nailiyyətlərə görə özünü müəllimlərinə və valideynlərinə borclu hesab edir .
Asudə vaxtlarında kitab oxumağı xoşlayır. Alsu D. Karneqi “Kitab oxumaq ağıllı insanlarla söhbət etmək deməkdir” fikrini özünə deviz seçib.
Tarixin yaddaşında istedadlı həkim kimi qalmaq istəyən gəncimiz yeni dərmanlar kəşf edib insanları müxtəlif xəstəliklərdən xilas etmək istəyir.

Uğurların bol olsun, Alsu.