Əhmədzadə Fərid Malik oğlu 25 noyabr 2004-cü ildə
Bakı şəhəri Nəsimi rayonunda anadan olub.
Fərid uşaqlıqda dəcəl olub. Topla oynamağı, rəsm çəkməyi çox sevirdi, elə
balacalığından rəsm çəkməyə can
atırdı. İndi isə cüdo, boks və futbolla
maraqlanır. Uşaq bağçasında olduğu müddətdə hazırlıq müəlliməsinin sayəsində, hələ
məktəb həyatına başlamamış artıq yazmağı və oxumağı öyrənib. Fəridin atası
idmançı olub. İndi Fərid özü də cüdo ilə maraqlanır, bu işdə Fəridə atasının
dostu da yaxından köməklik göstərir.
Fərid ilk təhsilini Sabunçu rayonu, Akif Qambayzadə
adına 148 saylı orta məktəbdə alıb. Hal-hazırda da elə həmin məktəbin
şagirdidir. Dərslərində əlaçıdır. Riyaziyyat və ingilis dili fənlərini isə digərlərinə
nisbətən daha çox sevir. Dərslərində əlaçı
olmaqla bərabər məktəbdə təşkil edilən tədbirlərlə də yaxından maraqlanan
şagirdlərdəndir, ibtidai sinif olaraq təşkil etdikləri tədbirlərdə Fərid də
iştirak edir.
Dərsləri ilə bağlı olan bütün sevincli günləri həyatının
ən uğurlu günləri hesab edir. Sinif rəhbəri olan Aytən xanıma minnətdarlıq
edir və bildirir ki, qazandığı bütün
uğurlardan dolayı ona borcludur.
Gələcəkdə də uğurlarını çoxaltmaq arzusundadır və “iş adamı” olmaq istəyir. Əsas istəyi vəkil
olmaqdır. Gələcək planları ilə bağlı danışmağın hələ tez olduğunu deyən Fərid təkcə
vəkil olmaq istəyini vurğulayır.
Bütün fikrini dərslərinə yönləndirsə də, asudə
vaxtlarında daha çox kompüterdə oyunlar oynamaqla məşğul olur.
Fəridin fikrincə bir insan tarixin yaddaşında
yaşamaq istəyirsə, ilk növbədə vətəninə sadiq olmalıdır, sonra da fəaliyyəti
boyunca xeyli uğurlar əldə etməlidir.
İnşallah Fəridin də uğurları getdikcə çoxalar, tarixin yaddaşında
yaşamaq ona da nəsib olar!
Комментариев нет:
Отправить комментарий