elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 сентября 2015 г.

İbadullayev Asim Rasim oğlu

Vətənimizin istedadlı uşaqlarından biri də İbadullayev Asim Rasim oğludur. O, 1 dekabr 1999-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Şəmkir rayonun Şiştəpə kəndində anadan olmuşdur. Asim uşaqlığından şirin, sevimli, hər kəsə özünü sevdirən, dəcəl olsa belə hər kəs tərəfindən sevilən bir uşaq olub. O, uşaq vaxtından Azərbaycanın bədii filmlərinə baxmağı və bədii əsərlər oxumağı çox sevir. Məktəbə getməmişdən əvvəl yazıb-oxumağı bacaran Asimə bunu bacısı Günay öyrətmişdir. Təkliyi sevən Asim bu anlarda şeir yazmağı bacarırdı. Torpaqlarımızın düşmən tapdağı altında olduğunu bildiyinə görə əsasən şeirləri vətənə, müharibəyə aid yazırdı.
O, ilk qədəmlərini paytaxt Bakı şəhərinin Nəriman Nərimanov rayonunda 178 saylı orta məktəbdə atmışdır. O, 1-ci sinifdən 4-cü sinifə qədər Muradova Radə müəllimənin sinfində oxuyub və bu müddət ərzində sinif nümayəndəsi olmuşdur. Radə müəllimənin sayəsində 291 saylı Ekologiya liseyinə yüksək balla qəbul olmuşdur. O, 9 -10 yaşlarından şeir yazmağa başlayıb, buna görə də dərslərində bir az zəifləmə hiss etmişdir. Lakin sonradan əzmlə çalışaraq bütün qiymətlərini düzəltmişdir. Bunu valideynlərinə hiss etdirmədən bacarıb. Hal-hazırda 5-ci sinifdən 9-a qədər ona Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyən Tamara Məmmədovanın dərslərini həddən artıq çox sevir. Asim dərslərini yaxşı oxumaqla barəbər məktəbdən kənar tədbirlərdə aktiv iştirak edir. Onun rolu bu tədbirlərdə oyunçu kimi yox, həmin tədbirlərin qurucusu kimi olub. Yəni tədbirlərin keçiriləcəyi zalların təşkili, oyunçuları seçmək, rolları paylamaq və s. kimi olmuşdur. Asudə vaxtlarında dincəlməyə üstünlük verən Asim bəzən şeir yazır, bəzən isə Mark Tven, Cek London, Mixail Lermontov kimi yazıçıların əsərlərini oxuyur. O, Azərbaycanın ən güclü məktəblərindən birində oxumağına dəstək verən valideynlərinə və əldə etdiyi uğurlara görə bacısına özünü borclu hiss edir.
Yüksək zirvələrə çıxmaq istəyən Asim gələcəkdə hərbi general olmaq istəyir. Uşaqlıqdan yaranmış bu həvəs indi onun məqsədinə çevrilib. O deyir: “Mən də Stalin kimi, Qarbaçov kimi şəxslərin qarşısına çıxan generallardan biri olacam və məktəbi əla qiymətlərlə bitirərək Türkiyənin hərbi bölmələrindən birində təhsil alaraq, vəzifə sahibi olaraq, Azərbaycana qayıdaraq öz işimi burada quracam. Ailəmlə birlikdə Xəzər adalarında yaşamağı planlaşdırıram. Bacardığım qədər yoxsul insanlara və ana yurdum Şiştəpə kəndinin bəzi əhalisinə köməklik göstərəcəm. Mən düşünürəm ki, tarixin yaddaşına müxtəlif üsullarla düşmək olar. Ele bir şans əlimə keçsə Azərbaycanın tarixi torpaqlarını (İrəvan, Dərbənd, Təbriz) geri almaqla, ya da böyük bir planı işə salmaqla tarixin yaddaşına qızıl hərflərlə öz adımı yazacam. Bu həyatda əsas planım isə evin görünən hissəsi yox, daxilindəki dayaq hissəsi olmaq istəyirəm”.

Ona bu yolda müvəffəqiyyətlər arzu edirik.

Комментариев нет:

Отправить комментарий