elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 августа 2016 г.

Elşad Yadigar oğlu Əhmədov

Valideynləri Elşad haqqında onun çox nağıl sevdiyini və riyaziyyata marağının olduğunu deyirlər. Tez böyüməyə can atan Elşad hər bir məlumatı tez bilmək istəyirmiş. Məktəbə getməzdən öncə yazıb-oxumağı anası tərəfindən öyrədilərək bilirmiş. Anası etiraf edir ki, Elşad qardaşından daha istedadlıdır. Uşaq vaxtdan riyazi əməlləri əla bilirmiş hətta ingilis dilində müəyyən qədər danışa bilirdi.
Balaca xeyriyyəçi Elşad Yadigar oğlu Əhmədov 25 iyun 2006-cı ildə Bakı şəhərində anadan olub. Elşad Binəqədi rayon Seymur Məmmədov adına 301 saylı məktəbdə orta təhsilə başlayıb. Hazırda isə imtahan verərək Texniki Humanitar Liseyə qəbul olub.
Dərslərini əla oxuyur, ən çox sevdiyi fənni riyaziyyatdır. Məktəbin nəzdində keçirilən tədbirlərdə fəal iştirak edib. Xocalı, 20 Yanvar, 8 Mart və s.. Bu tədbirlərdə şeirlər deyib, eyni zamanda başqa vətənpərvər rollar da ifa edib.
Elşadın ən uğurlu günü isə 17 aprel 2015-ci ildə “Heydərçi gənclər” fəxri diplomu ilə təltif olunduğu gündür. Qazandığı uğurlarına görə ilk öncə anasına sonra isə Rəna, Lalə, Aygün müəllimlərə və sinif rəhbəri İradə xanıma çox sağ olun deyir. Elşad hazırda Vüsalə xanımın rəhbərlik etdiyi sinifdə təhsil alır və onun diqqəti, qayğısı ilə uğurlu fəaliyyətini davam etdirir.
Hədəfləri böyük olan Elşad 700 bal toplayaraq ali məktəbə qəbul olmaq istəyir, ancaq arzuları bununla da bitmir. Xaricdə təhsil almaq istəyir. Vətənimiz Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırmaq arzusundadır.
Uşaq vaxtdan təhlukəsizlik orqanlarında çalışıb terrora son qoymaq istəyir. Uşaqlar valideynsiz, valideynlər övladsız qalmasın - deyən Elşad bu yolda çox qərarlıdır.
Boş vaxtlarında mütaliə edir, terrorun qaynaqları haqda məlumatlar toplayır. Eyni zamanda kompyüterdə intellektual oyunlar oynayır.
Tarixin yaddaşında savadlı insan, xeyriyyəçi biri olaraq qalmaq istəyir. Elşadın ən böyük arzusu maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməyən, maşın yumaqla pul qazanan, uşaqlıq illərini yaşaya bilmədən Bakı küçələrində böyüyən uşaqlara yardımçı olmaqdır.
Bizdə Elşada bütün arzularının xüsusən də terrorla və təhsillə bağlı arzularının real olmasını arzu edirik .

Uğurlar Elşad!

Abıyev Mikayıl Heydər oğlu

Abıyev Mikayıl Heydər oğlu 15 noyabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində orta təhsilə başlayan Mikayıl hazırda The British School in Baku məktəbində təhslini davam etdirir.
Mikayıl kiçik yaşlarında məntiqi oyunları, üzməyi, cizgi filmlərinə baxmağı, nağıllar dinləməyi sevib. 2 yaşından müxtəlif yeni texnologiyalarla, konstruktorlarla işləmək işləmək, legolar onun üçün maraqlı olub.
Məktəbə gedənə qədər bir çox bacarıqlara yiyələnmişdi. Bunda tərbiyə aldığı uşaq bağçasının böyük rolu vardı.
2 yaşından nənəsi ilə dünyanın bir çox ölkələrini, xüsusilə uşaq şəhərciklərini gəzib. Gəzdiyi ölkələr barədə yaşına uyğun rəngarəng faktlar toplamaq xobbisi idi. Cizgi qəhrəmanları ilə tanış olub, özünü həmişə qəhrəman görmək istəyib. Bu xüsusiyyəti onu həmyaşıdlarından fərqləndirib. Yetkinliyi, maraqlı fikirləri, sürprizləri ilə digər yaşıdlarından fərqlənib
Mikayıl: Dərslərimi əla oxuyuram və ən sevimli fənlər riyaziyyat, coğrafiya, tarix və dillərdir.
Məktəbin bütün tədbirlərində aparıcı rolunda iştirak etmişəm. Həyatımda ən maraqlı gün - ibtidai sinfin buraxılış günüdür. Mən həmin gün anladım ki, artıq böyümüşəm və təhsilin növbəti pilləsinə uğurla addımlamışam. Qəlbim fəxr hissi ilə döyündü.
Əldə etdiyim uğur və nailiyyətlərə görə özümü valideynlərimə, xüsusilə nənəmə və müəllimlərimə borclu bilirəm. Gələcəkdə dayıma oxşamaq istərdim.
Gələcəkdə dövlətimə yararlı bir vətəndaş olmaq arzusundayam. Məqsədimə çatmaq üçün səylə çalışacağam.
İqtisadçı olmaq istəyirəm, çünki günü-gündən çiçəklənən dövlətimin inkişafında fəal iştirak etmək istərdim. Respublikamızda gənclərin mütərəqqi inkişafı üçün gözəl şərait yaradılıb. Bu şəraitdən maksimum istifadə edərək ölkəmin iqtisadi inkişafında fəal iştirak etmək fikrindəyəm.
Asudə vaxtlarımda mütaliyə etməyi, idmanla məşğul olmağı, gəzməyi xoşlayıram.

Rəsm çəkərkən daha çox ölkəmin təbiətinin gözəlliyini göstərməyə üstünlük verirəm, axı mən təbiətimizin vurğunuyam.

18 августа 2016 г.

Yunis Vüqar oğlu Abışov

Gələcəyin naziri Yunis Vüqar oğlu Abışov 2005-ci il mayın 20-də Sumqayıt şəhərində anadan olmuşdur. Körpəlikdə çox sakit uşaq olub. Ağıllı olduğu üçün həmişə sevilib. Kiçik yaşlarından başlayaraq yazıb-oxumağa maraq gösdərib. Futbol oynamağı çox sevirdi. Yunis məktəbə gedənə qədər yazıb- oxumağı valdeynləri və bacısnın köməyilə öyrənmişdi.
Birinci sinifə Sumqayıt şəhər Texniki Təbiət Elmlər liseyində başlayıb. Hazırda da həmin liseydə təhsilin davam etdirir. Müəllimi bildirir ki Yunis həmişə dərsə hazırlıqlı gəlir və çox fəal uşaqdır.
Yunis balamızın idmana da çox həvəsi var. Bu marağı onda atası Vüqar bəy yaradıb.
Yunis: Məktəbdə keçirilən Novruz bayramında, Yeni il şənliyində fəal işdirak etmişəm. Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənn riyaziyyatdır.
Əldə etdiyim naliyyətlərimə görə atama borcluyam. Ən böyük arzum nazir olmaqdır. Bunu 6-yaşımdan fikirləşirəm.
Asudə vaxtlarımda futbol oynamağı çox sevirəm.
Yunisin fikrincə bir insan tarixin yaddaşında yaşamaq istəyirsə ilk növbədə vətəninə sadiq olmalıdır, sonrada faliyyəti boyunca uğurlar əldə etməlidir.
Yunisin də uğurları getikcə çoxalar,tarixin yaddaşında yaşamaq ona da nəsib olar.

Gəlcəyin nazirinə uğurlar arzu edirik! 

Rüstəmov Əli Kənan oğlu

 
Rüstəmov Əli Kənan oğlu 14 may 2004-cü ildə Bakı şəhərində anadan olub. Əli körpəlikdə çox sakit, sözəbaxan, mehriban uşaq olub. Körpə vaxtından şəkil çəkməyi, rəngli kağızlardan, yapışqandan istifadə edib nəsə hazırlamağı xoşlayırdı. Maraqlı fiqurlar, avtomatlar, xəncərlər düzəldib, dostlarına hədiyyə edirdi. Üç il Binəqədi rayonunda yerləşən 266 № - li uşaq bağçasına gedib. 3-4 yaşlarından rəsm çəkməyə başlayan Əli bağçada sərgilər keçiriləndə, öz şəkillərini həmin sərgilərdə nümayiş edirdi. Yaşıdları onun şəkillərini öz valideynlərinə maraqla göstərərək, “Biz də Əli kimi qəşəng şəkillər çəkmək istəyirik” deyirdilər. Əlinin atası Kənan bəy və nənəsi Sədaqət xanım da gözəl şəkil çəkməyi bacarırlar, buna görə də yaxınları belə fikirləşir ki, Əli bu qabiliyyətinə görə onlara oxşayıb.
Əlinin 5 yaşı olanda artıq yazıb-oxumağa marağı yaranıb, müəlliməsi Sənubər xanımın sayəsində yazmağı və oxumağı öyrənib. 6 yaşı olanda artıq sərbəst yazıb-oxuyur, misal və məsələ həll edə bilirdi. Sənubər xanımla yanaşı, Əlinin nənəsi - Gülxanım nənə də onunla evdə məşğul olur, birlikdə məntiqi məsələlər həll edirdilər.
İlk təhsil aldığı və hal-hazırda şagirdi olduğu məktəb  Samir    Hacıbəyov    adına  5   № - li orta məktəbdir. Dərslərini həmişə yaxşı oxumağa çalışır. Ən sevimli fənlərinin arasında Azərbaycan dili, ədəbiyyat, riyaziyyat da var. Lakin rəsm dərsini hamısından çox sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə, bayram şənliklərində də iştirak etməyə çalışır. Məsələn, yeni ildə ingilis dilində təşkil edilən xellovin bayramında Zorzo rolunu ifa edib. Məktəbdə “Dövlətlərarası festival” təşkil ediləndə, həmin festivalda rumın rəqsi ilə çıxış edib. 20 Yanvar, Xocalının işğalına həsr edilən tədbirlərdə, həmçinin 8 mart bayramında təşkil edilən sərgilərdə də öz rəsmlərini nümayiş etdirib, sinif adından divar qəzetləri hazırlayıb. “Bayrağımız bizim iftixar və qürur mənbəyimizdir”, “20 Yanvar faciəsi rənglərin dili ilə” adlanan rəsm müsabiqələrində I, II yerləri qazanmışdır.
Əldə etdiyi uğur və nailiyyətlərdən dolayı ilk növbədə valideynlərinə, daha sonra da müəllimlərinə, ən əsası ona rəsm çəkməyi öyrədən, rəsmlə bağlı ən incə detallara qədər hər şeyi izah edən Məlahət müəlliməyə minnətdarlığını bildirir.
Gələcəkdə öz sahəsində ən yüksək pillələrə qədər yüksəlmək arzusundadır. Rəssam-dizayner olmaq istəyir. Hal-hazırda 12 yaşı olan Əlinin gələcəyini bu istiqamət üzrə qurmaq barədə ciddi düşüncələri var.
Asudə vaxtlarında təbii ki, rəsm çəkməklə məşğul olur. Həmçinin internetdə öz sahəsinə aid olan videolara baxaraq, yeni məlumatlar əldə etməyə çalışır.
Bədii yaradıcılıqda, çəkdiyi rəsmlərdə bütün mövzularla maraqlanır. Gələcəkdə tanınmış rəssam-dizaynerlərdən olmaq, yeni tikilən binaların dizaynını tərtib etmək arzusundadır. Zövqünün və fantaziyalarının buna imkan verdiyinə əmindir.
Tarixin yaddaşında qalmaq üçün düzgün, istedadlı, bacarıqlı, öz işini yaxşı bacaran və işini sevən bir insan olmağın əsas şərt olduğunu vurğulayır və özü də nə vaxtsa adının tarixə düşməsini istəyir.
Hələlik Əli haqqında heç bir KİV-də məlumat verilməsə də, gələcəkdə “rəssam-dizayner Əli Rüstəmov” kimi çoxları tərəfindən tanınacağına ümid edir.

Seçdiyi yolda biz də Əliyə uğurlar arzu edirik, gələcəyinin parlaq olmasını diləyirik!