Abıyev Mikayıl Heydər oğlu 15 noyabr 2004-cü ildə
Bakı şəhərində dünyaya göz açıb. İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar
liseyində orta təhsilə başlayan Mikayıl hazırda The British School in Baku məktəbində
təhslini davam etdirir.
Mikayıl kiçik yaşlarında məntiqi oyunları, üzməyi,
cizgi filmlərinə baxmağı, nağıllar dinləməyi sevib. 2 yaşından müxtəlif yeni
texnologiyalarla, konstruktorlarla işləmək işləmək, legolar onun üçün maraqlı
olub.
Məktəbə gedənə qədər bir çox bacarıqlara yiyələnmişdi.
Bunda tərbiyə aldığı uşaq bağçasının böyük rolu vardı.
2 yaşından nənəsi ilə dünyanın bir çox ölkələrini,
xüsusilə uşaq şəhərciklərini gəzib. Gəzdiyi ölkələr barədə yaşına uyğun rəngarəng
faktlar toplamaq xobbisi idi. Cizgi qəhrəmanları ilə tanış olub, özünü həmişə qəhrəman
görmək istəyib. Bu xüsusiyyəti onu həmyaşıdlarından fərqləndirib. Yetkinliyi,
maraqlı fikirləri, sürprizləri ilə digər yaşıdlarından fərqlənib
Mikayıl: Dərslərimi əla oxuyuram və ən sevimli fənlər
riyaziyyat, coğrafiya, tarix və dillərdir.
Məktəbin bütün tədbirlərində aparıcı rolunda
iştirak etmişəm. Həyatımda ən maraqlı gün - ibtidai sinfin buraxılış günüdür. Mən
həmin gün anladım ki, artıq böyümüşəm və təhsilin növbəti pilləsinə uğurla
addımlamışam. Qəlbim fəxr hissi ilə döyündü.
Əldə etdiyim uğur və nailiyyətlərə görə özümü
valideynlərimə, xüsusilə nənəmə və müəllimlərimə borclu bilirəm. Gələcəkdə
dayıma oxşamaq istərdim.
Gələcəkdə dövlətimə yararlı bir vətəndaş olmaq
arzusundayam. Məqsədimə çatmaq üçün səylə çalışacağam.
İqtisadçı olmaq istəyirəm, çünki günü-gündən çiçəklənən
dövlətimin inkişafında fəal iştirak etmək istərdim. Respublikamızda gənclərin
mütərəqqi inkişafı üçün gözəl şərait yaradılıb. Bu şəraitdən maksimum istifadə
edərək ölkəmin iqtisadi inkişafında fəal iştirak etmək fikrindəyəm.
Asudə vaxtlarımda mütaliyə etməyi, idmanla məşğul
olmağı, gəzməyi xoşlayıram.
Rəsm çəkərkən daha çox ölkəmin təbiətinin gözəlliyini
göstərməyə üstünlük verirəm, axı mən təbiətimizin vurğunuyam.
Комментариев нет:
Отправить комментарий