elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 августа 2016 г.

Rüstəmov Əli Kənan oğlu

 
Rüstəmov Əli Kənan oğlu 14 may 2004-cü ildə Bakı şəhərində anadan olub. Əli körpəlikdə çox sakit, sözəbaxan, mehriban uşaq olub. Körpə vaxtından şəkil çəkməyi, rəngli kağızlardan, yapışqandan istifadə edib nəsə hazırlamağı xoşlayırdı. Maraqlı fiqurlar, avtomatlar, xəncərlər düzəldib, dostlarına hədiyyə edirdi. Üç il Binəqədi rayonunda yerləşən 266 № - li uşaq bağçasına gedib. 3-4 yaşlarından rəsm çəkməyə başlayan Əli bağçada sərgilər keçiriləndə, öz şəkillərini həmin sərgilərdə nümayiş edirdi. Yaşıdları onun şəkillərini öz valideynlərinə maraqla göstərərək, “Biz də Əli kimi qəşəng şəkillər çəkmək istəyirik” deyirdilər. Əlinin atası Kənan bəy və nənəsi Sədaqət xanım da gözəl şəkil çəkməyi bacarırlar, buna görə də yaxınları belə fikirləşir ki, Əli bu qabiliyyətinə görə onlara oxşayıb.
Əlinin 5 yaşı olanda artıq yazıb-oxumağa marağı yaranıb, müəlliməsi Sənubər xanımın sayəsində yazmağı və oxumağı öyrənib. 6 yaşı olanda artıq sərbəst yazıb-oxuyur, misal və məsələ həll edə bilirdi. Sənubər xanımla yanaşı, Əlinin nənəsi - Gülxanım nənə də onunla evdə məşğul olur, birlikdə məntiqi məsələlər həll edirdilər.
İlk təhsil aldığı və hal-hazırda şagirdi olduğu məktəb  Samir    Hacıbəyov    adına  5   № - li orta məktəbdir. Dərslərini həmişə yaxşı oxumağa çalışır. Ən sevimli fənlərinin arasında Azərbaycan dili, ədəbiyyat, riyaziyyat da var. Lakin rəsm dərsini hamısından çox sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə, bayram şənliklərində də iştirak etməyə çalışır. Məsələn, yeni ildə ingilis dilində təşkil edilən xellovin bayramında Zorzo rolunu ifa edib. Məktəbdə “Dövlətlərarası festival” təşkil ediləndə, həmin festivalda rumın rəqsi ilə çıxış edib. 20 Yanvar, Xocalının işğalına həsr edilən tədbirlərdə, həmçinin 8 mart bayramında təşkil edilən sərgilərdə də öz rəsmlərini nümayiş etdirib, sinif adından divar qəzetləri hazırlayıb. “Bayrağımız bizim iftixar və qürur mənbəyimizdir”, “20 Yanvar faciəsi rənglərin dili ilə” adlanan rəsm müsabiqələrində I, II yerləri qazanmışdır.
Əldə etdiyi uğur və nailiyyətlərdən dolayı ilk növbədə valideynlərinə, daha sonra da müəllimlərinə, ən əsası ona rəsm çəkməyi öyrədən, rəsmlə bağlı ən incə detallara qədər hər şeyi izah edən Məlahət müəlliməyə minnətdarlığını bildirir.
Gələcəkdə öz sahəsində ən yüksək pillələrə qədər yüksəlmək arzusundadır. Rəssam-dizayner olmaq istəyir. Hal-hazırda 12 yaşı olan Əlinin gələcəyini bu istiqamət üzrə qurmaq barədə ciddi düşüncələri var.
Asudə vaxtlarında təbii ki, rəsm çəkməklə məşğul olur. Həmçinin internetdə öz sahəsinə aid olan videolara baxaraq, yeni məlumatlar əldə etməyə çalışır.
Bədii yaradıcılıqda, çəkdiyi rəsmlərdə bütün mövzularla maraqlanır. Gələcəkdə tanınmış rəssam-dizaynerlərdən olmaq, yeni tikilən binaların dizaynını tərtib etmək arzusundadır. Zövqünün və fantaziyalarının buna imkan verdiyinə əmindir.
Tarixin yaddaşında qalmaq üçün düzgün, istedadlı, bacarıqlı, öz işini yaxşı bacaran və işini sevən bir insan olmağın əsas şərt olduğunu vurğulayır və özü də nə vaxtsa adının tarixə düşməsini istəyir.
Hələlik Əli haqqında heç bir KİV-də məlumat verilməsə də, gələcəkdə “rəssam-dizayner Əli Rüstəmov” kimi çoxları tərəfindən tanınacağına ümid edir.

Seçdiyi yolda biz də Əliyə uğurlar arzu edirik, gələcəyinin parlaq olmasını diləyirik!

Комментариев нет:

Отправить комментарий