elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 ноября 2016 г.

Məmmədzadə Ramal Zakir oğlu

Bütün Azərbaycan vətəndaşlarına məlumdur ki, vətənimizdə istedadlı yeniyetmələr və gənclər kifayət qədərdir. Bunlardan biri də Ramal Məmmədzadədir. O savadına güvənərək öz sözünü deməyə qadir gənclərdəndir.
Məmmədzadə Ramal Zakir oğlu 2009-ci il iyul ayının 31-də  Bakı şəhərində anadan olmuşdur.
Valideynləri vurğulayır ki, Ramal körpəlikdə ağıllı, sakit, dərin düşüncəyə malik olan  uşaq olub . 
Məktəbə gedənə qədər oxumağı -yazmağı bilirdi.
Ramal ilk təhsilini Xırdalan şəhəri 2 saylı tam orta məktəbdə alıb. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini əla qiymətlərə oxuyur və ən çox sevdiyi fənləri riyaziyyat, ingilis dilidir.
Məktəbdə keçirilən bir çox tədbirlərdə iştirak edib. Yeni il şənliyində "canavar" rolunu canlandırıb və şeirlə çıxış edib.
Həyatında olan ən maraqlı gün 1-ci sinifə getdiyi gündür.
Həmin gün onun üçün çox sevincli gün idi. 
Gələcəklə bağlı planı  polis  olmaqdır. Əldə etdiyi uğur və naliyyətlərinə görə özünü valideynlərinə və müəlliməsi Təranə müəlliməyə özünü borclu bilir. Bildirir ki,  bu pilləyə gəlib çatmağında müəlliminin əməyi çox olub..
O da valideynləri və müəlliməsi kimi savadlı, işgüzar olmaq istəyir.
Asudə vaxtlarında test işləməyi, rəqs etməyi, rəsmlə məşqul olmağı xoşlayır.
Şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq üçün yaxşı oxumağı, biliklərə yiyələnməyi, ali məktəbə qəbul olub seçdiyi sənətə sahib olmağı arzulayır. 
Biz də redaksiyamız adından Ramal balamıza xəyallarının ardınca addımlamağı arzulayırıq.
Uğurların bol, yolun açıq olsun Ramal!

24 ноября 2016 г.

Hüseynova Nigar Kamran qızı

Nigar körpəlikdən sağlam hər şeyi başa düşən uşaq olub.Məşğuliyyəti daima türk kanallarına baxıb türk dilində danışmaq idi.Məktəbə getməmişdən əvvəl şer deməyi çox sevirdi, bir yaşı tamam olmamış ser bilirdi nənəsi öyrətmişdi .Ancaq yazıb –oxumaqla anası məşğul olub.Gözəl nitqi və gözəl xətti olub həmişə fərqlənib yaşıdlarından.Hüseynova Nigar Kamran qızı 06.02.2007-ci ildə Bakı şəhərində anadan olub.Nigar 62 sayli liseyin 4-cü sinifində təhsil alır.Ən sevimli fənnləri Azərbaycan dili və ingilis dilidir.Birinci sinifdə oxuyanda uşaqlar günü adlı tədbirdə turp nağılında nəvə rolunu oynayıb,və uğurlarına görə fəxri fərmanla təltif edilib.Gələckdə müəllim olmaq və uşaqlara daha çox kömək etmək istəyir.İfadəli oxumağı xoşladığı üçün kitab çox oxuyur.Boş vaxtlarını kitab oxumaqla keçirir.3-cü sinifdə oxuyarkən ifadəli oxuya görə məktəb rəhbərliyi  tərfindən bəyənilib.Nigar uğurlarına görə müəllimlərinə və valideyinlərinə  borclu olduğunu deyir.Onun haqqında ilk məlumat verən istedadlar redaksiyası olub .


23 ноября 2016 г.

Umudova Fatimə Qorxmaz qızı

Umudova Fatimə Qorxmaz qızı 29 mart 2006-cı ildə Azərbaycanın səfalı, gözəl təbiətli bölgələrindən biri olan İsmayıllı rayonunda anadan olub. Valideynləri bildirir ki, körpəliyindən yaxınlarının diqqət mərkəzində olmağı bacarıb. Belə ki, uşaqlıqdan pozitiv, aktiv və həyatsevər qızdır. Həmişə öz axtarışları, yeni fikirləri ilə bir çox yaşıdlarından fərqlənə bilib. Əlindən qələm və vərəqini yerə qoymur, tez-tez vərəqlərdə cızma-qara edirdi. Gəlinciyi ilə oynamağı da onun ən sevimli məşğuliyyətlərindən biri olub. Böyüməsinə baxmayaraq, indi də həmin gəlinciklə oynamağa davam edir. Gəlinciyinin paltarlarını dəyişir, onunla oynayır, onu yatırır və s.
Fatimə özünə qarşı çox tələbkar uşaqdır. Məktəbə gedənə qədər o artıq oxumağı və yazmağı bacarır, çoxlu nağıllar və şeirlər bilirdi. Bunları anası və babasının sayəsində öyrənmişdi. Bu həvəs onda iki yaşından yaranmışdı. Kitab görəndə həvəslənir, onları oxuya bilməyi arzulayırdı. Yazıb-oxumağı bacaranda buna görə çox sevinmişdi. Məktəb həyatına başlayandan sonra onda bu maraq bir az daha artdı. Anası ona daha çox nağıllar oxumağa və öyrətməyə başladı. Əlindən tutub rəsmlər çəkməyə kömək etdi və beləcə, Fatimə bir az da ruhlanaraq, səylə çalışmağa başladı.
Fatimə doğulduğu torpaqda – İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbin IV sinif şagirdidir. Təranə Əliyevanın rəhbəri olduğu və məktəbin sevimli siniflərindən biri olan  bu sinfin əlaçısı və sinif nümayəndəsi olan Fatimə dörd il boyunca dərslərini həmişə əla qiymətlərlə oxuyub və bu cür davam edərək məktəbi əla qiymətlərlə başa vurmaq arzusundadır. Bütün fənlərin lazımlı və maraqlı olduğunu bilsə də iki fənn var ki, həmin fənləri digərlərinə nisbətən daha çox sevir. Bunlar Azərbaycan dili və riyaziyyat fənləridir.
Məktəbdə keçirilən tədbirlərdə də aktiv şəkildə iştirak edən Fatimə bunları dedi: “Mən indiyədək bütün tədbirlərdə iştirak etmişəm. Məsələn, birinci sinifdə oxuyarkən Əlifba bayramında şeirlə çıxış etmişəm, çıxışım bitəndən sonra sözü məktəbimizin direktoruna verərək, növbəti səhnəciyə hazırlaşmışam, gözəl bir səhnəcikdə də rol almışam. Sonradan Yeni il münasibəti ilə İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Evində təşkil edilən tədbirdə şeirlə çıxış etmişəm və həmin tədbirdəki iştirakıma görə mənə hədiyyələr də verilib. İştirak etdiyim növbəti tədbirlər arasında Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə təşkil edilən və aparıcısı olduğum tədbiri, “ 1 iyun - Uşaqların Müdafiəsi günü ” ilə əlaqədar çıxış etdiyim və çıxışımla əlaqədar tərifnamə aldığım tədbiri qeyd edə bilərəm. Ümumilikdə bir neçə dəfə tərifnamələrlə təltif olunmuşam:
-           10 may 2015-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə rayonun təhsil müəssisələri arasında keçirilən, “Gül bayramı”na həsr edilən əl işlərindən ibarət müsabiqədə fəal iştirakıma görə
-           2015-ci ilin may ayında 2014/2015-ci tədris ilini müvəffəqiyyətlə bitirdiyimə görə
-           29 dekabr 2015-ci ildə “I-IV siniflər arasında “Yeni il – 2016” mövzusunda keçirilən rəsm və əl işi müsabiqəsi”ndə yüksək səviyyəli iştirakıma görə
-           2016-cı ilin may ayında 2015/2016-cı tədris ilini müvəffəqiyyətlə bitirdiyimə görə
-           30 may 2016-cı ildə “Ümumdünya uşaqların müdafiəsi günü”nə həsr edilən xeyriyyə tədbirində fərqləndiyimə görə
Həyatımda maraqlı günlərim çox olub. Onlardan biri 9 may – Qələbə günündə sinif rəhbərimiz Təranə xanımla birlikdə müharibə veteranı olan Həsənalı baba ilə görüşdüyümüz gündür. Həmin gün bizim üçün çox maraqlı keçmişdi. 92 yaşlı baba bizə o illərdən danışmışdı. Mən ona çoxlu suallar vermişdim, o isə səbrlə hamımızın suallarını cavablandırırdı. Sonra mən onun üçün şeir söyləyib ona gül buketi təqdim etdim. Sonda veteranla vidalaşaraq oradan ayrıldıq. Ən yaddaqalan günüm isə məktəbə ilk addım atdığım gündür. Mən qardaşımla birlikdə məktəb həyatına başlamışam. Həmin günü gözəl edən əsas əlamət də elə budur. Anam hər iki övladını birgə məktəbli geyimində görməyin sevincini və fərəhini duyurdu. Hər iki övladı ilk dəfə birinci sinfə qədəm qoymuş, eyni sinifdə, eyni partada əyləşib məktəbi salamlamışdı. Daha bir yaddaqalan günüm də ilk dəfə tərifnamə ilə təltif olunduğum gündür.”
Qazandığı nailiyyətlərinə görə Allaha şükr edir, müəllimlərinə və valideynlərinə minnətdarlıq edərək onlara borclu olduğunu bildirir. Xüsusilə də sinif rəhbəri Təranə Əliyevaya təşəkkür edir. Şagirdlərinə qayğı ilə yanaşaraq, onlarla yaxından maraqlanan, çətinliklərini aradan qaldırmağa kömək edən müəlliminin əməyini yüksək qiymətləndirən, gələcəkdə müəlliməsi kimi olmaq istəyən Fatimə həm də etiraf edir ki, ömür boyu anasına da minnətdarlıq etməlidir. Qardaşı ilə birlikdə onun daha yüksək pillələrə ucalmasında anasının zəhmətinin əvəzsiz olduğunu qeyd edir.
Gələcəklə bağlı arzuları sonsuz olan Fatimə orta məktəbi qızıl medalla başa vurub, Azərbaycanın ən yaxşı universitetlərindən birində təhsilini davam etdirərək, elmi biliklərini daim artırmaq istəyir. Yaxşı gəlirli bir iş qurduqdan sonra evsiz insanlara ev hədiyyə etmək, pulsuz xəstəxana inşa edərək imkansız xəstələrin bu fürsətdən yararlanmasına şərait yaratmaq, bununla da Allah yolunda müəyyən iş görməyi arzulayan Fatimə balamız daha çox həkim olmaq, yaxud müəllim olmaq haqqında düşünür, yəni iki seçim arasındadır. Həkim olmaq istəyi qohumlar arasında həkimlərin çox olması və bəyaz rəngli xalata qarşı sevginin oyanması ilə, müəllim olmaq istəyi isə sinif rəhbərinin şagirdlərinə olan sevgi və qayğısını görməsindən yaranıb.
Asudə vaxtlarında kitabxanaya gedərək müxtəlif məzmunlu kitab oxuyur, əl işləri düzəldir, rəsmlər çəkir.
Valideynləri onunla qürur duyur: həm təhsili, həm də tərbiyəsi ilə məktəbdə özünə sevgi və hörmət qazanan Fatimə ilə bağlı daim müsbət fikirlər eşidirlər. Arzu edirik ki, Umudovlar ailəsi həmişə övladlarının xoş sorağını eşitsinlər!

22 ноября 2016 г.

Əlili Ruslan Azər oğlu


Ruslan valideyinlərinin sözlerinə görə sakit uşaq olub, ən çox heyvan oyuncaqları ilə oynayardı, onları çox sevərdi. Bu da onun humanist bir usaq olmasindan xəbər verirdi. Bəzən 50-60 heyvan oyuncağının içərisindən birini gotürdükdə o hansı heyvanın yox olduğun deyərdi.
Məktəbə gedəndə hərfləri bilirdi, anası tərəfindən  öyrədilmişdi. İlk əvvəl idmanın karate növü ilə məşğul olan Ruslan I-II yerləri tutdu. Sonra bəzi səbəbdən idmanı atmaq məcburiyyətində qaldi. Hazırda  isə musiqi ilə məşğuldur.
Əlili Ruslan Azər oğlu 11 iyun 2005-ci ildə anadan olub. Nizami rayonundakı X.Quliyev adına 62 sayli məktəb-liseydə təhsil alır.  Dərslərini orta oxuyur. Sevdiyi fənlər: tarix,coğrafiya.
Gələcəkdə gözəl bir qarmon ifaçısı olmaq istəyir.
Asudə vaxtinda futbol oynayır. O futbolu da çox sevir. İxtisası  qarmon ifa etmək  olduğu üçün muğamlarımıza, milli musiqilərimizə dinləyir. Gələcəkdə Musiqi Akademiyasına daxil olmaq ən böyük arzusudur.
Ruslan qazandığı uğurlara görə ailesinə və müəllimlərinə təşəkkür edir. Əldə etdiyi uğurlara görə fəxri fərmanlarla təltif edilib.
Biz də Ruslana gələcək həyatında uğurlar diləyirik.


İsmayılov Murad Rövşən oğlu


İsmayılov Murad Rövşən oğlu 05.09.2000-ci ildə Bakı şəhərində anadan olub. 190 nömrəli məktəbdə təhsil alır dərs əlaçısıdır, sevimli fənnləri fizika və Azərbaycan dilidir.Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir.Futbola olan marağı onun bu sahədə uğurlar qazanmasına səbəb olub , ancaq futbol Muradın hobbisidir o gələcəkdə atası kimi hərbiçi olacaq.Əldə etdiyi uğurlarına görə ailəsinə borcluudr ancaq özünündə istedadlı olduğunu vurğulayır.Tarixin yaddaşına vətənpərvər hərbiçi kimi yazılmaq istəyir.Və düşünür ki, torpaqları işğal edilmiş bir ölkənin vətəndaşı olaraq torpaqlarımızın azad edilməsində iştirak edən bir hərbiçi olarsa tarixin yaddaşında əbədi yazılacaq.Valideyinləri də Muradın uşaq vaxtdan ağıllı və qayğıkeş uşaq olduğunu və futbola marağı olduğunu qeyd edirlər.Məktəbə getmədən yazıb – oxumaği bilirdi. Ona anası öyrədib yazmağı və oxumağı.Murad haqqında savalan jurnalında ilk dəfə məlumat verilib onun istedadı haqqında. Bizdə istedadlar redaksiyası olaraq ailəsinin muradına məqsədlərini həyata keçirməyi və uğurlarının davamlı olmasını arzu edirik.

Mirzə Aysel Ramin qızı


 
Ağıllı, sakit uşaq olan Ayselin uşaq vaxtdan maraqları şəkil çəkmək rolik sürmək olub.Məktəbə getmədən yazıb-oxumağı bilirdi öz həvəsi və Manya nənəsinin ibtidai sinif müəllimi olması onun təhsildəki uğurlarının başlanğıcı oldu. Rəsmə olan böyük marağı V sinifdən onun gözəl rəsmlər çəkmsinə səbəb oldu və uğurları həmişə davam edir. 
Mirzə Aysel Ramin qızı 3 avqust 2002-ci ildə Bakı şəhərində anadan olub.İlk təhsilini 190 nömrəli məktəbdə alıb 7 il bu məktəbdə oxuyub. Hazırda isə 150 saylı məktəbin IX sinif şagirdidir. 
Dərslərini yaxşı oxuyan Ayselin ən sevimli fənnləri kimya və təsviri incəsəntdir. Bu iki fərqli sahənin astanasında dayanan Aysel gələcəkdə yaxşı rəssam və dizayner olmaq istəyir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən Aysel müəllim və şagird heyyətinin rəğbətini qazanıb. Novruz bayramına aid tədbirdə özünün rejissorluq edərək hazırladığı videorolikdə birinci yeri əldə etmisdir. Eyni zamanda bu il (09.11.2016) Bayraq gününə həsr etdiyi rəsm müsabiqəsində də birincilik əldə edib, uğurlarına görə məktəb tərəfindən fəxri fərmanla təltif edilib. Heç kimə oxsamaq istəməsə də Lonis Gutton kimi yaxşı dizayner olmağı düşünür.
Aysel üçün həyat limitsiz bir zirvədir və insan nə qədər ucala bilirsə ucalmalıdır.Dizaynerlərin öz düşüncəsi olduğunu deyən Aysel insanların fərqli libaslarda görünməsini və eyni zamanda fikirlərinin tablolarda canlanmasını istəyir.
Boş vaxtlarında kitab mütaliə edir, musiqi dinləyir və rəsm çəkir. İlk növbədə məktəbi əla qiymətlərlə başa vurmaq və ali təhsil almaq istəyir. Aysel vətənpərvər biri olduğunu çəkdiyi tablolarında və iştirak etdiyi tədbirlərdə sübut edir və düşünür ki, heç bir vətənpəvər insan unudulmaz və tarixi onları özü yazar.
Aysel haqqında ilk olaraq Ayselin istedadını kəşf edən İstedadlar.biz redaksiyası olub. Biz də Ayselə redaksiyamız adından uğurlar arzu edirik.

17 ноября 2016 г.

Mirheydərzadə Fidan Hüseyn qızı

Fidan Hüseyn qızı Mirheydərzadə 14 mart 1999-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən yaşlarından elmə,musiqiyə maraq göstərməyə başlayıb. Artıq üç yaşında olarkən atası ona  dövlət himnimizi öyrədib.Yazmağı  və oxumağı isə  nənəsindən öyrənib.Atasının musiqiçi olması getgedə qızının həyatında öz sözünü deməyə başlayıb. Belə ki o, musiqiyə və incəsənətə meylini salır. Pianinoda bir neçə mahnı ifa etməyi öyrənir, rəsm əsərləri çəkməyə başlayır.Beləliklə məktəb yaşı çatan bu istedadlı qızcığaz Respublika İncəsənət gimnaziyasına qəbul olunur. Hər zaman nümunəvi davranışı ilə fərqlənir ,dərs əlaçısı olur.Tarixi çox sevdiyi  üçün Azərbaycan tarixi fənninə daha çox maraq göstərir.
 Aktivliyi ilə seçilən Fidan hər zaman diqqət mərkəzində olmuşdur. Məktəbin demək olarki, bütün tədbirlərinin yaraşığına çevrilmişdir. Konfranslarda, Heydər Əliyevin doğum günü tədbirində fəal iştirak etmişdir. 
Məktəbi əla qiymətlərlə bitirən Fidan Bakı Musiqi  akademiyasına qəbul  olunub. Azərbaycan Milli konservatoriyasında solo  konsertlə çıxış edən qəhrəmanımız ,Müasir təhsil kompleksində ulu öndərin yubileyilə bağlı tədbirdə də çıxış etmişdir.O, bir çox fəxri mükafatlar almışdır.2009-cu ildə Tərifnamə, 2010-cu ildə  Diplom , 2013 və 2016 - cı illərdə Fəxri fərmanla təltif edilmişdir.İştirak etdiyi tədbirlərin bir çoxunda  televiziya çəkilişləri aparılmış, solo konsertlərinin biri haqqında Lider kanalının Xəbərlər proqramında süjet göstərilmişdir.
Fidan musiqi əsərlərini dinləməyi və ifa etməyi sevir.İncəsənətin rəssamlıq növünü sevən Fidan natürmort janrını  daha çox bəyənir. Ən böyük arzusu isə tanınmış bir pianoçu olaraq dünyanı gəzməkdir.Əldə etdiyi uğurlarına görə müəllimlərinə və valideynlərinə minnətdardır. Biz də ona bu yolda uğurlar arzulayırıq.

13 ноября 2016 г.

Novruzova Ayşən Fəxrəddin qızı

https://www.youtube.com/watch?v=8xkNbgcd77g&feature=youtu.be
https://www.youtube.com/watch?v=rBq-q7FreRE&feature=youtu.be

O, rəsmlərinin ideya və mövzusunu təbiətdən, müşahidə etdiyi həyat hadisələrindən götürür. Bu duyğu və hislər sonradan rənglərin köməyi ilə vərəqlərə köçürülür. Lakin gözəlliyi dərindən duyub yaşamaq və gördüklərini tablolarda ifadə etmək üçün əsl rəssam olmaq lazımdır. Bu isə istedad və qabiliyyət tələb edir. Belə istedada malik uşaqlardan biri də Ayşəndir.
Novruzova Ayşən Fəxrəddin qızı 9 oktyabr 2002-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Ayşən körpəlikdən ağıllı, sakit, dərin düşüncəyə malik bir uşaq olub. 5 yaşında artıq toxumağa, rəsmə marağı artıb. Yazıb-oxumağı bacaran, çox istedadlı uşaq olması ilə yaşıdlarından fərqlənib. İlk təhsilini 5 №-li tam orta məktəbdə alıb. Bir çox tədbirlərdə iştirak edib. Mingəçevirdə keçirilən rəsm satış sərgisində iştirak edib. Siyəzən şəhər mərkəzi kitabxanasında keçirilən yarışda I yer tutub. Günəş telekanalında yayımlanan proqramda iştirak edib.
Əldə etdiyi uğurlara görə özünü valideynlərinə borclu bilir. Həmçinin Heydər Əliyev fonduna, Mehriban Əliyevaya, Qənirə Paşayevaya, Qubad Qasımova təşəkkür edir, Sosial İctimai Birliyinin sədri Niftalıyeva Qərənfil xanıma, Gülnarə xanıma minəttarlıq edir.
Gələcəkdə rəssam olmaq istəyən Ayşənə daha böyük uğurlar diləyir, adının məşhur rəssamlarla bir cərgədə çəkilməsini, rəsm əsərlərinin isə dünya miqyasında nümayiş olunmasını arzulayırıq.
Arzularına və məqsədlərinə çatasan, Ayşən, yolun açıq olsun.