elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 ноября 2016 г.

Umudova Fatimə Qorxmaz qızı

Umudova Fatimə Qorxmaz qızı 29 mart 2006-cı ildə Azərbaycanın səfalı, gözəl təbiətli bölgələrindən biri olan İsmayıllı rayonunda anadan olub. Valideynləri bildirir ki, körpəliyindən yaxınlarının diqqət mərkəzində olmağı bacarıb. Belə ki, uşaqlıqdan pozitiv, aktiv və həyatsevər qızdır. Həmişə öz axtarışları, yeni fikirləri ilə bir çox yaşıdlarından fərqlənə bilib. Əlindən qələm və vərəqini yerə qoymur, tez-tez vərəqlərdə cızma-qara edirdi. Gəlinciyi ilə oynamağı da onun ən sevimli məşğuliyyətlərindən biri olub. Böyüməsinə baxmayaraq, indi də həmin gəlinciklə oynamağa davam edir. Gəlinciyinin paltarlarını dəyişir, onunla oynayır, onu yatırır və s.
Fatimə özünə qarşı çox tələbkar uşaqdır. Məktəbə gedənə qədər o artıq oxumağı və yazmağı bacarır, çoxlu nağıllar və şeirlər bilirdi. Bunları anası və babasının sayəsində öyrənmişdi. Bu həvəs onda iki yaşından yaranmışdı. Kitab görəndə həvəslənir, onları oxuya bilməyi arzulayırdı. Yazıb-oxumağı bacaranda buna görə çox sevinmişdi. Məktəb həyatına başlayandan sonra onda bu maraq bir az daha artdı. Anası ona daha çox nağıllar oxumağa və öyrətməyə başladı. Əlindən tutub rəsmlər çəkməyə kömək etdi və beləcə, Fatimə bir az da ruhlanaraq, səylə çalışmağa başladı.
Fatimə doğulduğu torpaqda – İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbin IV sinif şagirdidir. Təranə Əliyevanın rəhbəri olduğu və məktəbin sevimli siniflərindən biri olan  bu sinfin əlaçısı və sinif nümayəndəsi olan Fatimə dörd il boyunca dərslərini həmişə əla qiymətlərlə oxuyub və bu cür davam edərək məktəbi əla qiymətlərlə başa vurmaq arzusundadır. Bütün fənlərin lazımlı və maraqlı olduğunu bilsə də iki fənn var ki, həmin fənləri digərlərinə nisbətən daha çox sevir. Bunlar Azərbaycan dili və riyaziyyat fənləridir.
Məktəbdə keçirilən tədbirlərdə də aktiv şəkildə iştirak edən Fatimə bunları dedi: “Mən indiyədək bütün tədbirlərdə iştirak etmişəm. Məsələn, birinci sinifdə oxuyarkən Əlifba bayramında şeirlə çıxış etmişəm, çıxışım bitəndən sonra sözü məktəbimizin direktoruna verərək, növbəti səhnəciyə hazırlaşmışam, gözəl bir səhnəcikdə də rol almışam. Sonradan Yeni il münasibəti ilə İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Evində təşkil edilən tədbirdə şeirlə çıxış etmişəm və həmin tədbirdəki iştirakıma görə mənə hədiyyələr də verilib. İştirak etdiyim növbəti tədbirlər arasında Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə təşkil edilən və aparıcısı olduğum tədbiri, “ 1 iyun - Uşaqların Müdafiəsi günü ” ilə əlaqədar çıxış etdiyim və çıxışımla əlaqədar tərifnamə aldığım tədbiri qeyd edə bilərəm. Ümumilikdə bir neçə dəfə tərifnamələrlə təltif olunmuşam:
-           10 may 2015-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə rayonun təhsil müəssisələri arasında keçirilən, “Gül bayramı”na həsr edilən əl işlərindən ibarət müsabiqədə fəal iştirakıma görə
-           2015-ci ilin may ayında 2014/2015-ci tədris ilini müvəffəqiyyətlə bitirdiyimə görə
-           29 dekabr 2015-ci ildə “I-IV siniflər arasında “Yeni il – 2016” mövzusunda keçirilən rəsm və əl işi müsabiqəsi”ndə yüksək səviyyəli iştirakıma görə
-           2016-cı ilin may ayında 2015/2016-cı tədris ilini müvəffəqiyyətlə bitirdiyimə görə
-           30 may 2016-cı ildə “Ümumdünya uşaqların müdafiəsi günü”nə həsr edilən xeyriyyə tədbirində fərqləndiyimə görə
Həyatımda maraqlı günlərim çox olub. Onlardan biri 9 may – Qələbə günündə sinif rəhbərimiz Təranə xanımla birlikdə müharibə veteranı olan Həsənalı baba ilə görüşdüyümüz gündür. Həmin gün bizim üçün çox maraqlı keçmişdi. 92 yaşlı baba bizə o illərdən danışmışdı. Mən ona çoxlu suallar vermişdim, o isə səbrlə hamımızın suallarını cavablandırırdı. Sonra mən onun üçün şeir söyləyib ona gül buketi təqdim etdim. Sonda veteranla vidalaşaraq oradan ayrıldıq. Ən yaddaqalan günüm isə məktəbə ilk addım atdığım gündür. Mən qardaşımla birlikdə məktəb həyatına başlamışam. Həmin günü gözəl edən əsas əlamət də elə budur. Anam hər iki övladını birgə məktəbli geyimində görməyin sevincini və fərəhini duyurdu. Hər iki övladı ilk dəfə birinci sinfə qədəm qoymuş, eyni sinifdə, eyni partada əyləşib məktəbi salamlamışdı. Daha bir yaddaqalan günüm də ilk dəfə tərifnamə ilə təltif olunduğum gündür.”
Qazandığı nailiyyətlərinə görə Allaha şükr edir, müəllimlərinə və valideynlərinə minnətdarlıq edərək onlara borclu olduğunu bildirir. Xüsusilə də sinif rəhbəri Təranə Əliyevaya təşəkkür edir. Şagirdlərinə qayğı ilə yanaşaraq, onlarla yaxından maraqlanan, çətinliklərini aradan qaldırmağa kömək edən müəlliminin əməyini yüksək qiymətləndirən, gələcəkdə müəlliməsi kimi olmaq istəyən Fatimə həm də etiraf edir ki, ömür boyu anasına da minnətdarlıq etməlidir. Qardaşı ilə birlikdə onun daha yüksək pillələrə ucalmasında anasının zəhmətinin əvəzsiz olduğunu qeyd edir.
Gələcəklə bağlı arzuları sonsuz olan Fatimə orta məktəbi qızıl medalla başa vurub, Azərbaycanın ən yaxşı universitetlərindən birində təhsilini davam etdirərək, elmi biliklərini daim artırmaq istəyir. Yaxşı gəlirli bir iş qurduqdan sonra evsiz insanlara ev hədiyyə etmək, pulsuz xəstəxana inşa edərək imkansız xəstələrin bu fürsətdən yararlanmasına şərait yaratmaq, bununla da Allah yolunda müəyyən iş görməyi arzulayan Fatimə balamız daha çox həkim olmaq, yaxud müəllim olmaq haqqında düşünür, yəni iki seçim arasındadır. Həkim olmaq istəyi qohumlar arasında həkimlərin çox olması və bəyaz rəngli xalata qarşı sevginin oyanması ilə, müəllim olmaq istəyi isə sinif rəhbərinin şagirdlərinə olan sevgi və qayğısını görməsindən yaranıb.
Asudə vaxtlarında kitabxanaya gedərək müxtəlif məzmunlu kitab oxuyur, əl işləri düzəldir, rəsmlər çəkir.
Valideynləri onunla qürur duyur: həm təhsili, həm də tərbiyəsi ilə məktəbdə özünə sevgi və hörmət qazanan Fatimə ilə bağlı daim müsbət fikirlər eşidirlər. Arzu edirik ki, Umudovlar ailəsi həmişə övladlarının xoş sorağını eşitsinlər!

Комментариев нет:

Отправить комментарий