Ruslan valideyinlərinin sözlerinə görə sakit
uşaq olub, ən çox heyvan oyuncaqları ilə oynayardı, onları çox sevərdi. Bu da
onun humanist bir usaq olmasindan xəbər verirdi. Bəzən 50-60 heyvan oyuncağının
içərisindən birini gotürdükdə o hansı heyvanın yox olduğun deyərdi.
Məktəbə gedəndə hərfləri bilirdi, anası tərəfindən öyrədilmişdi. İlk əvvəl idmanın karate növü
ilə məşğul olan Ruslan I-II yerləri tutdu. Sonra bəzi səbəbdən idmanı atmaq məcburiyyətində
qaldi. Hazırda isə musiqi ilə məşğuldur.
Əlili Ruslan Azər oğlu 11 iyun 2005-ci ildə anadan
olub. Nizami rayonundakı X.Quliyev adına 62 sayli məktəb-liseydə təhsil alır. Dərslərini orta oxuyur. Sevdiyi fənlər:
tarix,coğrafiya.
Gələcəkdə gözəl bir qarmon ifaçısı olmaq istəyir.
Asudə vaxtinda futbol oynayır. O futbolu da
çox sevir. İxtisası qarmon ifa etmək olduğu üçün muğamlarımıza, milli musiqilərimizə
dinləyir. Gələcəkdə Musiqi Akademiyasına daxil olmaq ən böyük arzusudur.
Ruslan qazandığı uğurlara görə ailesinə və müəllimlərinə
təşəkkür edir. Əldə etdiyi uğurlara görə fəxri fərmanlarla təltif edilib.
Biz də Ruslana gələcək həyatında uğurlar diləyirik.
Комментариев нет:
Отправить комментарий