elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 января 2017 г.

Ayşә Mәlәk Özyurt Akif Sinan qızı

Ayşә Mәlәk Özyurt Akif Sinan qızı 17 avqust 2007-ci ildә Bakı şəhərindә dünyaya göz açıb. Yaş yarımında islamın bütün şәrtlәrini bilirdi. 2 yaşında “Quran” öyrәnmәyә başlayıb. 4 yaşında yazıb-oxumağı artıq bilirdi. Yazmağı bacısı I sinfә başlayanda ona baxaraq öyrәnib. Ətrafındakılardan fәrqlәnmәyi bacarıb. İlk təhsilə Türkiyənin İstanbul şəhərində Şehit Bilal Özcan ilk öğretim okulunda başlayıb. Hazırda Bakı şəhəri 91 №-li məktəbin IV sinfində təhsil alır. Dərslərini əla qiymәtlәrlә oxuyur, ana dili və şahmat dərsilərini sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib. Musiqi və rəqs məktəbində də fəallığı ilə seçilir.
Ayşә Mәlәk Bakıya qayıtdığı günü ən uğurlu günü hesab edir. Çünkü burada sevdiyi hər şeyə nail olur. Bütün arzularının həyata keçməsində ona dəstək olan valideynlərinə borclu olduğunu deyir.
Söhbət əsnasında hər hansı bir idealı olmadığını vurğuladı. Əsas hədəfi sevdiyi işdə birinci olmaqdır. Vәkil olmaq, yüksək pillələrə ləyaqətlə çıxmaq istəyir. Haqsız dünyada haqlıları müdafiə etmək üçün bu peşəni seçib.
Asudә vaxtalarında rəqs etməyi, piano çalmağı çox sevir.

Uğurların bol, yolun açıq olsun, Ayşә Mәlәk. 

Qənizadə Cavidan Elgün oğlu

 
Qənizadə Cavidan Elgün oğlu 21 sentyabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Cavidan körpəlikdən musiqi duyumu olan uşaq idi: mahnı səsi eşidəndə tez oxuyub, rəqs edərdi. Hətta 1-2 yaşından musiqi alətlərinə həvəs göstərirdi.
Cavidan ilk dəfə 2010-cu ildə 23 nömrəli orta məktəbin I sinfinə qəbul olunub. Eyni zamanda G.Şaroyev adına 35 nömrəli musiqi məktəbində skripka ixtisası üzrə dərs almağa başlayıb. İxtisas müəllimi Natəvan Salayevadır. Uşaqlıqda Oqtay Zülfüqarovun da şagirdi olub. Hazırda 164 nömrəli orta məktəbin VII sinif, musiqi məktəbinin VI sinif şagirdidir. Həm də taekvando ilə məşğuldur və Azərbaycan Taekvando Federasiyasının üzvü olaraq,  Səbuhi Fətəliyevin tələbəsidir. Dərslərini yaxşı oxuyan Cavidan, musiqi, xarici dil, Azərbaycan dili fənlərini daha çox sevdiyini vurğulayır. Məktəbin mədəni-ictimai tədbirlərində də aktiv iştirak edən müsahibimiz, belə tədbirlərdə əsasən, skripkada  musiqilər səsləndirir və mahnılar ifa edir.
Həyatında uğurlu, maraqlı günlərinin çox olduğunu deyir və belə günlərdən biri kimi, 2016-cı ilin avqust ayında keçirilən “Mr & Mrs Stars of Baku” Moda Müsabiqəsində “İstedad” nominasiyası üzrə I yeri tutduğu günü vurğulayır. Onun dəfələrlə Space,  Azərbaycan Televiziyası, Mədəniyyət, ATV kanallarında  uğurlu çıxışları olub. Onun youtube portalındakı rəsmi səhifəsində televiziya kanallarındakı çıxışları yerləşdirilib.
Cavidan dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Məsələn, 24 may 2011-ci ildə 23 nömrəli tam orta məktəbin I sinfini əla qiymətlərlə başa vurduğuna görə ibtidai sinif müəllimi olan A. Şükürova adından fəxri fərmanla, 24 avqust 2016-cı ildə Azərbaycan Respublikası “Zirvə” Ziyalılar Təşkilatının dəstəyi ilə keçirilən "Mr & Mrs Stars of Baku" Moda müsabiqəsində İstedad nominasiyasında I yeri qazandığına görə diplomla təltif olunub.
Əldə etdiyi nailiyyətlərə görə ali təhsilli valideynlərinə, nənə-babasına və müəllimlərinə minnətdarlıq edir.
Gələcək üçün əsas hədəfi mümkün olduğu qədər yüksək pilləyə doğru irəliləməkdir. İllər sonra istedadı ilə hər yerdə tanınan musiqiçi olmaq istəyir ki, bununla vətənimizi dünya üzrə tanınmış  musiqi yarışmalarında (məsələn eurovision-da) təmsil edib, Azərbaycanımıza qalibiyyət qazandırsın və bayrağımızı ucaltsın. Asudə vaxtlarında skripka ifa etməklə, kitab oxumaqla, görkəmli bəstəkarlarımızın musiqilərini dinləməklə məşğul olur. Həm də “Bənövşə” Uşaq Xorunun fəal üzvlərindəndir. Bu yaxınlarda onların konserti planlaşdırılır. Yaz aylarında, iştirak etdiyi müsabiqənin final mərhələsi olacağına görə, öz yeni ifaları üzərində çalışır.
Gələcəkdə vətənimizə layiqli övlad olmaq, istedadlı musiqiçi kimi Azərbaycanı başqa dövlətlərdə layiqincə təmsil etmək üçün öz üzərində daim işləyir.
Cavidan 28 yanvar 2017-ci il  tarixində keçiriləcək Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi Şöbəsi tərəfindən təşkil edilən “İstedad sənsən” müsabiqəsində iştirak etmək hüququ qazanıb.
Onu da qeyd edək ki, yüksək musiqi duyumu və gözəl istedada malik olan Cavidan balamız Şirvan Aşıq məktəbinin banisi - böyük sənətkar Aşıq Mirzə Bilalın nəticəsidir.
Uğurlarının davamlı olmağını arzu edirik!

26 января 2017 г.

Ayan Məzahir qızı Qarayeva

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Ayan Məzahir qızı Qarayevadır. Ayan 29 iyun 2009-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Valideynləri deyir ki, Ayan körpəlikdə çox sakit uşaq olub. Rəsmlə məşğul olmağı, müxtəlif oyunlar oynamağı çox sevib.
Hələ kiçik yaşlarından təhsilə, öyrənməyə maraq göstərən Ayan məktəbə gedənə qədər yazıb-oxumağı bilir­di. Ona yazıb-oxumağı mü­əl­limi öyrədib.
Ayan Binəqədi rayonundakı Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseyin birinci sinfinə daxil olub, hazırda da həmin məktəbdə təhsil alır. Dərslərini çox yaxşı oxuyur. Ən sevdiyi fənlər riyaziyyat, Azər­bay­can dili və rus dilidir. Ayan məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal iştirak edir. 2014-cü ildə sərgidə iştirak edib və diplomla təltif olunmuşdur.
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə və müəllimi Atlas Mikayılovaya borclu olduğunu düşünür.
Atlas müəllim də nümunəvi bir şagird kimi Ayan balamızın həm təhsilindən, həm təlim-tərbiyəsindən, həm də ictimai işlərdəki fəaliyyətindən razılıq edir.
Bu balaca istedadlı balamız təhsildən əlavə rəqs və rəsm dərnəklərinin də üzvüdür. Ayan fəaliyyətindən dolayı babasına oxşamaq istəyir. Əsas hədəfi həyatında daha böyük uğurlar əldə etməkdir. O, gələcəkdə həkim olmaq istəyir və bu fikri onda babası oyadıb.
Ayan asudə vaxtlarında rəsm çəkməyi çox sevir. Yaradıcılıqla məşğul olsaydı o, təsviri və tətbiqi sənət sahəsini seçərdi. Gələcəklə bağlı əsas planları dərslərini daha yaxşı oxumaq və olimpiadalarda iştirak etməkdir. Ayannın fikrincə tarixin yaddaşında yaşamaq üçün ilk növbədə dəyərli vətəndaş olmalı və xalqına, vətəninə layiqli insan olmalıdır.

Arzusu, məqsədi böyük olan Ayana biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

25 января 2017 г.

Bayramova Əsra Elçin qızı

Bayramova Əsra Elçin qızı 24 avqust 2001-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. İlk təhsilini Sumqayıt şəhərindəki 21 saylı orta məktəbdə alıb. Hazırda şəhərin ən öncül təhsil ocaqlarından olan Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdidir. Əsra musiqi təhsili də alır. Bülbül adına Uşaq incəsənət məktəbində fortepiano ixtisası üzrə musiqi sənətinin sirlərinə yiyələnir.
Əsra körpəlikdə çox kövrək, ərköyün və qapalı uşaq olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Şeir deməyi, nağıl danışmağı çox sevib. Nənə və babasının sevimlisi olduğundan bir müddət onlarla qaldığı üçün maraqlı nağıl və hekayələr öyrənmişdi. O, böyüdükcə, sinifdən-sinfə keçdikcə çalışqanlığı ilə yaşıdlarından seçilirdi. Çox məsuliyyətli, prinsipial olması onun gələcəkdə savadlı bir mütəxəssis olacağından xəbər verir.
Əsra dərslərimi əla oxuyur, Azərbaycan dili, riyaziyyat, biologiya, fənlərini isə daha çox sevir. Məktəbdə keçirilən tədbirlərin ən fəal iştirakçılarından olur. Bilik günü, Yeni il və Novruz, bayramlarında keçirilən şənliklərdə özünəməxsus şeir qiraəti ilə yaşıdları arasından seçilməyi bacarıb. Dahi Nizaminin “Yeddi gözəl” əsərində Rum şahzadəsi rolunda oynayıb. Mərhum prezident Heydər Əliyevin doğum günlərinə həsr edilmiş tədbirlədə, Gül bayramlarında nümunəvi əl işlərinə görə dəfələrlə fəxri fərmanla təltif olunub. Həmçinin əla qiymətlərlə oxuduğuna görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülüb. Məktəb və respublika səviyyəsində riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirilən olimpiadalarda iştirakçı olub. Bu günə qədər əldə etdiyi uğurlara görə ilk müəllimi Şəhla Əhmədovaya və onun simasında bütün müəllimlərinə, valideynlərinə borclu olduğunu deyir. Ən böyük arzusu həkim olmaqdır.
Asudə vaxtlarında mütaliə etməyi, kətan üzərində rəsmlərin muncuqla bəzədilməsi ilə məşğul olur. Əsasən dövlət rəmzləri mövzusuna üstünlük verir.
Gələcək planları zəngindir. Belə ki, ilk növbədə orta məktəbi müvəffəqiyyətlə bitirmək, Azərbaycan Tibb Universitetinə daxil olmaq, tibb sahəsində respublikanın sayılıb-seçilən mütəxəssisilərindən biri olmaq arzusundadır.


Orxan Tәhmasib oğlu Әliyev

Sizә növbәti qәhramanımız, Orxandan danışaq! Orxan Tәhmasib oğlu Әliyev 2003-ci il avqust ayının 11-dә Bakı şәhәrindә anadan olmuşdur. Orxan körpәlikdә çox mehriban, maraqlı, yaşıdlarıyla tez ünsiyyәt tapan uşaq olub. Uşaqlıqdan heyvanlara vә bitkilәrә böyük marağı olub. Dama oyununu çox sevirdi. Orxan mәktәbә gedәnә qәdәr yazıb-oxumağı bacarırdı. Mәktәbә dә 6 yaşından gedib. Təhsilə marağı elə I sinifdәn hiss edilirdi. O, misalları beynindә hesablayırdı. Orxan ilk tәhsilini 91№li mәktәb dә alıb. Fәal şagird olduğuna, yüksәk nәticәlәr topladığına görә valideynləri onu Fizika, Riyaziyyat vә İnformatika Tәmayüllü Liseyin olimpiada sinifinә keçirirlәr. Hazırda liseydə tәhsilini davam edir. Әslindә әn çox sevdiyi fәnn elә riyaziyyatdır. Amma bacardığı qәdәr digər fәnlәri dә yaxşı oxumağa çalışır. 91 №li mәktәbdә oxuyarkәn, bir çox tәdbirlәrdә rәqs nömrələri, sәhnәciklәrdә rollar ifa etmək, şeir vә qәzәlәr söylәməklə iştirak edib. Tәdbirlәrin çoxunda aparıcı olub. IV sinifdә oxuyanda Tәhsil Nazirliyi tәrәfindәn "İntellektә gedәn yol" müsabiqәsində diplomla təltif edilib. "Buta Plase"-də keçirilən yeni il şәnliyinә dәvәt alıb. Həmin şənliyə mәktәbin direktoru Svetlana xanım vә sinif rәhbәri Rübabә müәllimlә birlikdә gedib. Həmin günü unutmayacaqını deyir - qəhrəmanımız.
Orxan əldә etdiyi naliyyәtlәrә görә öncә valdeyinlәrinә vә sinif rәhbәri Rübabә xanıma, onu dәstәkliyәn, hәmişә arxasında duran Svetlana Zülfüqarovaya minnәtdarlığını bildirir. İbtidai sinif müəllimi Rübabә xanımın vә riyaziyyat müәllimi Sevinc xanımın qarşısında baş әyir. Vә Leyla müəllim, fәnn müәllimlәrimdən Sәyyarә xanım, Aybәniz xanım, Gülzar xanım, Hәyat xanım, Sadәt xanım, Zivәr xanım, Aybәniz xanım, Gülnarә xanım, Sima xanımlara çox sağ olun demәyi özünә borc bilir. Nәhayәt sonuncu minnәtarlığını sinif rәhbbәri Solmaz müәllimәdir.
Bundan sonrakı hәr uğuru, ilk növbәdә doğma mәktәbinin uğuru olacaq. Fәaliyyәtindәn dolayı atasına bәnzәmәk istәyir. Onun kimi savadlı, riyyaziyat üzrә elimi işçi olmaq istәyir. Liseydә oxuyanda bu fikirә düşüb.
Asudә vaxtlarında futbol oynayır, repә qulaq asır vә rep söylәyir.
Gәlәcәk planlarından əsası xaricdә tәhsil almaqdır. Bir vәtәndaş kimi Azәrbaycanın adını dünyada bir daha tanıtmaq istәyir.
Biz dә Orxan balamıza bundan sonraki hәyatında uğur və naliyyətlәr arzu edirik.
Uğurların bol olsun Orxan!

Leonor Mәzahir qızı Abdullazadə

Bu qәhramanımızın, körpә yaşlarından belә danışaq sizә Leonor uşaq yaşlarında sakit vә әtrafındakı şeylәrә maraq göstәrirdi.  Uşaq yaşlarında fәal uşaq olub, yazıb- oxumaqı uşaq yaşlarından öyrәnib. Bunu ona anası öyrәdmişdir. Mәktәbә artıq hazır idi. 
Leonor  Mәzahir qızı Abdullazadə 2005-ci oktyabrın 31-dә Bakı şәhәrindә  anadan olmuşdur. İlk tәhsilini 23№li tam ora mәktәbdә almış,hazırda da hәmin mәktәbdә tәhsilini davam etdirir. Dәrslәrini әla qiymәtlәrlә oxuyur.  Demәk olar ki, bütün fәnlәrә maraq göstәrir. Mәktәbdә keçirlәn bütün tәdbirlәrdә fәal iştirak edib. Orada,şeirlәr söylәyib.
Әldә etdiyi uğur vә nalliyyәtәlәrinә özünü valdeyinlәrinә vә müәllimlәrinә borc bilir. Hәmçinin bunuda qeyd etmәk istәyir ki, özünü elәmә göstәrdiyi maraqa görә әlaçılıq zirvәsinә ucalmaq istәyir .
Digәr uşaqlar kimi Lenor da kitab oxumaqı,şeir demәyi, rәsm çәkmәyi çox sevir.
Müәllim olmaq istәyәn Lenor qızımız gәlәcәklә bağlı danışmaqı sevmir.
Sonda bu ifadәlәri deyir ki, çoxlu oxumaq vә zirvәlәrә ucalmaq istәyir. Sәnә bundan sonra ki, naliyyәtlәrindә uğurlar. Leonor!!