Ayşә Mәlәk Özyurt Akif Sinan qızı 17 avqust 2007-ci
ildә Bakı şəhərindә dünyaya göz açıb. Yaş yarımında islamın bütün şәrtlәrini
bilirdi. 2 yaşında “Quran” öyrәnmәyә başlayıb. 4 yaşında yazıb-oxumağı artıq
bilirdi. Yazmağı bacısı I sinfә başlayanda ona baxaraq öyrәnib. Ətrafındakılardan
fәrqlәnmәyi bacarıb. İlk təhsilə Türkiyənin İstanbul şəhərində Şehit Bilal
Özcan ilk öğretim okulunda başlayıb. Hazırda Bakı şəhəri 91 №-li məktəbin IV
sinfində təhsil alır. Dərslərini əla qiymәtlәrlә oxuyur, ana dili və şahmat dərsilərini
sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib. Musiqi və rəqs məktəbində
də fəallığı ilə seçilir.
Ayşә Mәlәk Bakıya qayıtdığı günü ən uğurlu günü
hesab edir. Çünkü burada sevdiyi hər şeyə nail olur. Bütün arzularının həyata
keçməsində ona dəstək olan valideynlərinə borclu olduğunu deyir.
Söhbət əsnasında hər hansı bir idealı olmadığını
vurğuladı. Əsas hədəfi sevdiyi işdə birinci olmaqdır. Vәkil olmaq, yüksək pillələrə
ləyaqətlə çıxmaq istəyir. Haqsız dünyada haqlıları müdafiə etmək üçün bu peşəni
seçib.
Asudә vaxtalarında rəqs etməyi, piano çalmağı çox
sevir.
Uğurların bol, yolun açıq olsun, Ayşә Mәlәk.
Комментариев нет:
Отправить комментарий