Azərbaycan istedadlar diyarıdır. Belə gənc
istedadlarımızdan biri də Ayan Məzahir qızı Qarayevadır. Ayan 29 iyun 2009-ci
ildə Bakı şəhərində dünyaya göz açmışdır. Valideynləri deyir ki, Ayan körpəlikdə
çox sakit uşaq olub. Rəsmlə məşğul olmağı, müxtəlif oyunlar oynamağı çox sevib.
Hələ kiçik yaşlarından təhsilə, öyrənməyə maraq
göstərən Ayan məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Ona yazıb-oxumağı
müəllimi öyrədib.
Ayan Binəqədi rayonundakı Həbibulla Hüseynov adına
83 saylı məktəb-liseyin birinci sinfinə daxil olub, hazırda da həmin məktəbdə təhsil
alır. Dərslərini çox yaxşı oxuyur. Ən sevdiyi fənlər riyaziyyat, Azərbaycan
dili və rus dilidir. Ayan məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal
iştirak edir. 2014-cü ildə sərgidə iştirak edib və diplomla təltif olunmuşdur.
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə
və müəllimi Atlas Mikayılovaya borclu olduğunu düşünür.
Atlas müəllim də nümunəvi bir şagird kimi Ayan
balamızın həm təhsilindən, həm təlim-tərbiyəsindən, həm də ictimai işlərdəki fəaliyyətindən
razılıq edir.
Bu balaca istedadlı balamız təhsildən əlavə rəqs və
rəsm dərnəklərinin də üzvüdür. Ayan fəaliyyətindən dolayı babasına oxşamaq istəyir.
Əsas hədəfi həyatında daha böyük uğurlar əldə etməkdir. O, gələcəkdə həkim
olmaq istəyir və bu fikri onda babası oyadıb.
Ayan asudə vaxtlarında rəsm çəkməyi çox sevir.
Yaradıcılıqla məşğul olsaydı o, təsviri və tətbiqi sənət sahəsini seçərdi. Gələcəklə
bağlı əsas planları dərslərini daha yaxşı oxumaq və olimpiadalarda iştirak etməkdir.
Ayannın fikrincə tarixin yaddaşında yaşamaq üçün ilk növbədə dəyərli vətəndaş
olmalı və xalqına, vətəninə layiqli insan olmalıdır.
Arzusu, məqsədi böyük olan Ayana biz də uğur arzu
edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий