elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 марта 2018 г.

İsmayılzadə Xanım Xəyyam qızı


 

İsmayılzadə Xanım Xəyyam qızı 2009-cu il oktyabr ayının 11-də Bakı şəhərində anadan olub. Xanım körpəlikdən ağıllı, yüksək zəkalı və sakit bir uşaq olub. Maraqlı, şəkilli nağıl kitablarını oxumağı sevib. Onun elmə, oxumağa, yazmağa böyük həvəsi olub. Yaşının az olmasına baxmayaraq kağız vərəqlərində yazıb-pozmağı, cızma qara etməyi xoşlayıb. Xanım çox güclu hafizəyə sahibdir. O, yanında səslənən şeir və ya nağıl parçalarını tez bir zamanda qavrayıb, sərbəst şəkildə fikirlərini ifadə etməyi bacarıb. Xanım 3 yaşından etibarən körpələr evində tədris alıb. O, burada öz zehni və bacarığı ilə müəllimlərinin sevimlisinə çevrilib. Bağçalarında təşkil olunan bütün tədbir və bayram şənliklərinin fəal iştirakçısı olub. Onun rəqs etməyə böyük həvəsi var. Bağçada tədris aldığı müddətlərdə bir neçə dəfə respublika səviyyəsində keçirilən tədbirlərdə (Gül bayramlarında) rəqs edib və öz rəqsi ilə tədbir iştirakçılarını valeh edib.Xanım məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı bacarıb. O, "Sehirli xalat” inkişaf mərkəzində məktəbəhazırlıq kursunu bitirib və məktəbə tam hazır şəkildə gəlib. Xanım 6 yaşı tamam olmadığından 1-ci sinfə qəbul üçün Təhsil Nazirliyinin keçirdiyi azyaşlıların imtahanından keçib və məktəbə qəbul olub. Onun şahmata və idman sahəsinə böyük marağı var. O, babası və atasıyla şahmat oynamağı xoşlayır. Valideynləri xanımın şahmata olan bu həvəsini görüb onu Həmkarlar İttifaqlarının Respublika Şahmat-Dama klubuna yazdırıb. Bu müddət ərzində dəfələrlə yarışlarda iştirak edib və 2-ci dərəcə alıb. Daha sonra 8 yaşa qədər qızlar arasında Bakı birinciliyi uğrunda yarışmada iştirak edib. O, Aykido idman növü ilə məşqul olur, hal-hazırda “Sakura Aykido School” məktəbində aikido üzrə çalışır. Onun müəllimi aykido üzrə 2-ci Dan qara kəmər ustası Süleymanlı Tural bu idman növünü ona sevdirib, dəfələrlə yarışlarda iştirak edib və onun zəhmətinin sayəsində nailiyyətlər əldə edib.
İsmayılzadə Xanım Bakı şəhəri 20 N-li məktəb-liseyində təhsil alır. Məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevdiyi fənlər İngilis dili, Azərbaycan dili və təsviri incəsənətdir.Xanım İngilis dilindən keçirilən “ABC party”-də aparıcılıq edib. Həyatında ən maraqlı və uğurlu günü 1-ci sinfə qədəm qoyduğu gündür. O, həmin gün həddindən artıq sevinib. Oxumağa həvəsi böyük olan Xanım bu günü səbirsizliklə gözləyib. O, 2015-ci ildə “Sehirli Xalat” inkişaf mərkəzində”Məktəb hazırlıq” kursunu uğurla bitirdiyi üçün sertifakata, 2016-2017- ci il tədris ilinin 1 yarımilini müvəffəqiyyətli bitirdiyi üçün isə təşəkkürnaməyə, 2018-ci ildə İngilis dilindən “ABC party”–də fəal çıxışıma görə sertifikata layiq görülüb. Sözü gedən tədbirdə İngilis dilində aparıcılıq etmək işi ona həvalə olunub. Xanım bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə başda valideynləri olmaqla müəllimlərinədə borclu olduğunu bildirib. Valideynləri onun ən böyük dəstəkçisi və dayağıdır. Xanım Şahmat üzrə Dünya birinciliyi uğrunda yarışda iştirak etmək və bunun üçün də öz üzərində çox çalışır.Gələcəkdə həkim olmaq və bütün xəstələrə kömək etmək istəyir. Bibisi həkim olduğu üçün uşaqlıqdan onun kimi həkim olmağı arzulayır. Xanım xəstəxanada bir xəstə uşaqla rastlaşıb. Anasına həkimlərin hansı səbəbdən o xəstə uşağı sağaltmadığını soruşub. Xəstə uşağın vəziyyəti onu çox narahat edib. Şahidi olduğu bu hadisədən çox duyğulanan Xanım gələcəkdə uşaq həkimi olub, xəstəlikdən əziyyət çəkən uşaqları müalicə edib onlara şəfa vermək qərarına gəlib. Asudə vaxtlarında şəkil çəkməyə üstünlük verir. Onun ən sevimli məşğuliyyəti rəqs etməkdir. Xanım “EVEREST “ uşaq inkişaf mərkəzində rəqs və gimnastika ilə məşqul olur. Milli rəqsləri oynamağı daha çox xoşlayır. Xanımın gələcək planları orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Tibb Universitetinə yüksək balal qəbul olub, buranı müvəffəqiyyət ilə bitirdikdən sonra xarici ölkəkərdə təhsilini davam etməkdir. 
O, savadlı, işinin əsl peşəkarı olan həkim olmaq niyyətinddəir. Ölkəmizin birinci xanımı da həkimdir. Ölkə prezidentimiz və birinci vitse-presidentimiz uşaqlara xüsusi diqqət və qayğı göstərir. Bütün tədbirlərdə uşaqların yanında olur. 20 nömrəli məktəb-liseyinin açılışında iştirak edib. Həmin məktəbdə təhsil almaq Xanım üçün çox qürur vericidir. O, tibb elminə yeni tövfələr vermək qararınadır. Çarəsi tapılmayan xəstəliklərin carəsini tapmağı qarşısına məqsəd qoyub. Xanım savadı, bacarığı ilə Vətəninə, ailəsinə xeyirli övlad olaraq yetişmək istəyir.

İsmayılzadə Azər Vüsal oğlu

İsmayılzadə Azər Vüsal oğlu 2008-ci il dekabr 8-də Bakı şəhərində anadan olub. Azər körpəlikdə çox sakit, təmkinli və ağıllı bir uşaq olub. O, daha çox yaşına uyğun şəkilli pazılları qurmağı, kubiklərlə müxtəlif fiqurlar düzəltməyi, uşaqlar üçün şəkilli nağıl kitablarını dinlənməyi çox sevib.Azər məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı evdə və təhsil aldığı uşaq müəssisəsi tərəfindən öyrənib. O, artıq 5 yaşında sadə söz birləşmələrini yazmağı və oxumağı bacarıb. Azər hal-hazırda şahmat və Aikido idman növü ilə məşqul olur. Şahmata marağı babası ilə oynamaqla yaranıb. Həvəsi və istedadını görəndən sonra Azərbaycan Respublikası Həmkarlar İttifaqının şahmat-dama klubunun Yasamal rayonunda yerləşən şahmat məktəbinə üzvlüyə yazılıb və professional olaraq şahmatla məşqul olub. Aikido idman növünə isə maraqı hal-hazırki idman müəllimi 2-ci Dan qara kəmər ustası Süleymanlı Tural müəllim tərəfindən aşılanıb. Hal-hazırda “Sakura Aikido School”-da aikido ilə məşqul və bir çox nəaliyyətlər qazanıb. Azər həmçinin xarici dillərə də maraq göstərir . Hal-hazırda həm ingilis, həm də rus dilləri ilə məşqul olur.İsmayılzadə Azər 2014-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi məktəbə qəbul imtahanını müvəffəqiyyətlə verəcək 5 yaşından A.Hüseynzadə adına 20 N-li litsey-məktəbin 1 sinfinə qəbul olub. Hal-hazırda bu məktəbin lV a sinfində təhsil alır. Azər məktəblərində tədris olunan dərsləri əla qiymətlərlə oxuyur . Onun ən sevdiyi fənlər riyaziyyat və ən ingilis dilidir. Azər 1-ci sinifdə oxuyarkən məktəblərində keçirilən Əlifba bayramında “Ə” hərfi rolunda çıxış edib, həmçinin bir çox digər səhnəciklərdə uğurlu çıxışlar edib. Azər bu il IV siniflər arasında keçirilən bilik yarışmasında sinifəri adından çıxış edib.O, 20 noyabr 2017-ci il tarixində İctimai televiziyanın “Sabahınız Xeyir” verilişində Beynalxalq Uşaq Hüquqlarının müdafiəsi gününə həsr olunmuş tədbirdə məktəblərini təmsilən çıxış edib. Onun həyatında ən uğurlu günlərdən biri də şahmat yarışında qalib gəlib 1 yerə laiq görüldüyü gündür. Azər 2017-ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqının Respublika Şahmat-Dama klubunun keçirdiyi yarışda lV dərəcə üzrə 1 yeri tutub və Respublika Şahmat-Dama klubu tərəfindən diplomla və medalla təltif olunub. Eyni zamanda Azər 2014-2015- ci tədris ilini müvəffəqiyyətlə bitirdiyi üçün sertifikatla təltif olunub.Azər bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə özünü müəllimlərinə və valideynlərinə borclu hesab edir. O, daim çox çalışıb, daha da çox bilik və nailiyyət əldə edərək valideynləri kimi savadlı bir insan olmaq arzusundadır.Valideynləri Azərə peşə seçimi ilə bağlı tam sərbəstlik veriblər və deyiblər ki, hansı peşəni seçməyindən asılı olmayaraq o sahədə daim ən yaxşı mütəxəsis olmaq üçün çalışmaq lazımdır.Ona görə də Azər hər hansı bir sahə ilə məşğul olan zaman əlindən gələnin ən yaxşısını etməyə çalışır. Azər gələcəkdə savadlı bir iqtisadçı olmaq istəyir. O, bu fikirə 8 yaşından qərar verib. Asudə vaxtlarında uşaq ensiklopediyası, uşaq klassik ədabiyyatına aid kitablar oxumağı, şahmat oynamağı, televizorda bilik yarışlarına baxmağı çox sevir. Onun tətil günlərində dostları və qardaşı ilə futbol oynamaq ən sevdiyi məşğuliyyətlərindəndir. 
Azər tarixi abidələrin şəkillərini çəkməyi çox sevir. Orta məktəbi müvəffəqiyyətlə bitirib, ali təhsil almaq və savadlı bir şəxs olaraq cəmiyyətdə yer almaq istəyir. O, tarixin yaddaşında qalmaq üçün ən sürətli təyyarəni icad etmək niyyətindədir.

19 марта 2018 г.

Bədəlova Nigar Elçin qızı


 
Bədəlova Nigar Elçin qızı 5 noyabr 2010 –cu ildə Bakı şəhərində anadan olub.Nigar körpəlikdə çox sakit, təmkinli və eyni zamanda ünsiyyətcil uşaq olub. O, öz fikrini aydın izah etməklə yaşıdlarından seçilib. Özünü dərk etdiyi gündən rəngli qələm əlindən düşmür. Nigar özünü yalnız rəsm çəkməklə ifadə edir.Məktəbə gedənə qədər nəinki yazmağı oxumağı bacarıb, hətta o, mental arifmetikanın 8 aylıq proqramını 6 aya mənimsəyərək kursu uğurla bitirib. Yazmağı oxumağı isə ona ilk dəfə Creative TK kids təhsil məktəbində Səidə Məmmədova öyrədib.Nigarın musiqiyə olan istedadı anası tərəfindən aşkarlanıb. Onun həm təmiz səsi, həm də musiqi alətlərində çox asan ifa etmək bacarığı var. Hal- hazırda həm piano həm də violin dərsləri alır. Onda musiqiyə marağı anası yaradıb. Bədəlova Nigar Elitar Gimnaziyasında təhsil alır. Hal-hazırda  2-ci sinfin şagirdidir. Məktəblərində tədris olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur. Onun ən sevimli fənni riyaziyyatdır. Nigarın həyatında  uğurlu günləri çox olub. Bolqaristanın “Sərhədsiz riyaziyyat” olimpiadasının yaz turunda gümüş medal qazanaraq Bolqarıstanda finalda iştirak edib. Daha bir uğurlu günü bu yaxınlarda Ağ At şahmat akademiyasının keçirdiyi “Qış 2018” təsnifat turnirində qızlar arasında ikinci yer tutaraq 4-cü dərəcəni aldığı gündür. Nigar2016- cı il Mental Arifmetka ( Memory uşaq təhsil mərkəzi), 2016 cı il Məktəbəqədər təhsilin başa çatması (Creative TK kids), 2016-cı il oktyabr Sınaq imtahanı 1-ci yer. (Unikal kursları),2017-ci il Bolqarıstan “Sərhədsiz riyaziyyat” olimpiadası gümüş medal əldə edərək diplomlar ilə təltif olunub (Bolqarıstan olimpiada komitəsi). O, 2018-ci il oğlanlar və qızlar arasında “ Qış 2018” şahmat təsnifat turniri ikinci yer 4 cü dərəcə diplomunu qazanıb(Ağ At şahmat akademiyası).Bu günə kimi əldə etdiyi uğur və nailiyyətlərə görə özünü daima onunla məşğul olan nənəsinə borcludur. Fəaliyyətindən dolayı isə anasına oxşamaq istəyir. Nigarın ən böyük arzusu xarici ölkələrdə, konsertlərdə skripkada ifa etməkdir. Hal- hazırda bütün gücünü buna səfərbər edib.O, gələcəkdə hansı sənətin sahibi olmağı barədə fikrini qətiləşdirməyib. Nigar zövq alacağı bir sənətə yiyələnmək istəyir.Asudə vaxtlarında cizgi filmlərinə, müxtəlif konstruksiyaların yığılmasına aid video çarxlara baxmağı və piano çalmağı çox xoşlayır. O,  şəkil çəkməyi çox sevir və bütün şəkillərində insanlar arasında ünsiyyəti əks etdirir.  Eyni zamanda müxtəlif məişət mövzularında şəkillər çəkir.