Bədəlova Nigar
Elçin qızı 5 noyabr 2010 –cu ildə Bakı şəhərində anadan olub.Nigar körpəlikdə
çox sakit, təmkinli və eyni zamanda ünsiyyətcil uşaq olub. O, öz fikrini aydın
izah etməklə yaşıdlarından seçilib. Özünü dərk etdiyi gündən rəngli qələm əlindən
düşmür. Nigar özünü yalnız rəsm çəkməklə ifadə edir.Məktəbə gedənə qədər nəinki
yazmağı oxumağı bacarıb, hətta o, mental arifmetikanın 8 aylıq proqramını 6 aya
mənimsəyərək kursu uğurla bitirib. Yazmağı oxumağı isə ona ilk dəfə Creative TK
kids təhsil məktəbində Səidə Məmmədova öyrədib.Nigarın musiqiyə olan istedadı
anası tərəfindən aşkarlanıb. Onun həm təmiz səsi, həm də musiqi alətlərində çox
asan ifa etmək bacarığı var. Hal- hazırda həm piano həm də violin dərsləri
alır. Onda musiqiyə marağı anası yaradıb. Bədəlova Nigar Elitar Gimnaziyasında
təhsil alır. Hal-hazırda 2-ci sinfin
şagirdidir. Məktəblərində tədris olunan bütün fənləri yaxşı qiymətlərlə oxuyur.
Onun ən sevimli fənni riyaziyyatdır. Nigarın həyatında uğurlu günləri çox olub. Bolqaristanın “Sərhədsiz
riyaziyyat” olimpiadasının yaz turunda gümüş medal qazanaraq Bolqarıstanda
finalda iştirak edib. Daha bir uğurlu günü bu yaxınlarda Ağ At şahmat
akademiyasının keçirdiyi “Qış 2018” təsnifat turnirində qızlar arasında ikinci
yer tutaraq 4-cü dərəcəni aldığı gündür. Nigar2016- cı il Mental Arifmetka (
Memory uşaq təhsil mərkəzi), 2016 cı il Məktəbəqədər təhsilin başa çatması
(Creative TK kids), 2016-cı il oktyabr Sınaq imtahanı 1-ci yer. (Unikal
kursları),2017-ci il Bolqarıstan “Sərhədsiz riyaziyyat” olimpiadası gümüş medal
əldə edərək diplomlar ilə təltif olunub (Bolqarıstan olimpiada komitəsi). O,
2018-ci il oğlanlar və qızlar arasında “ Qış 2018” şahmat təsnifat turniri
ikinci yer 4 cü dərəcə diplomunu qazanıb(Ağ At şahmat akademiyası).Bu günə kimi
əldə etdiyi uğur və nailiyyətlərə görə özünü daima onunla məşğul olan nənəsinə
borcludur. Fəaliyyətindən dolayı isə anasına oxşamaq istəyir. Nigarın ən böyük
arzusu xarici ölkələrdə, konsertlərdə skripkada ifa etməkdir. Hal- hazırda
bütün gücünü buna səfərbər edib.O, gələcəkdə hansı sənətin sahibi olmağı barədə
fikrini qətiləşdirməyib. Nigar zövq alacağı bir sənətə yiyələnmək istəyir.Asudə
vaxtlarında cizgi filmlərinə, müxtəlif konstruksiyaların yığılmasına aid video
çarxlara baxmağı və piano çalmağı çox xoşlayır. O, şəkil çəkməyi çox sevir və bütün şəkillərində
insanlar arasında ünsiyyəti əks etdirir.
Eyni zamanda müxtəlif məişət mövzularında şəkillər çəkir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий