İsmayılzadə Azər
Vüsal oğlu 2008-ci il dekabr 8-də Bakı şəhərində anadan olub. Azər körpəlikdə
çox sakit, təmkinli və ağıllı bir uşaq olub. O, daha çox yaşına uyğun şəkilli
pazılları qurmağı, kubiklərlə müxtəlif fiqurlar düzəltməyi, uşaqlar üçün şəkilli
nağıl kitablarını dinlənməyi çox sevib.Azər məktəbə gedənə qədər yazmağı,
oxumağı, hesablamağı evdə və təhsil aldığı uşaq müəssisəsi tərəfindən öyrənib.
O, artıq 5 yaşında sadə söz birləşmələrini yazmağı və oxumağı bacarıb. Azər
hal-hazırda şahmat və Aikido idman növü ilə məşqul olur. Şahmata marağı babası
ilə oynamaqla yaranıb. Həvəsi və istedadını görəndən sonra Azərbaycan
Respublikası Həmkarlar İttifaqının şahmat-dama klubunun Yasamal rayonunda yerləşən
şahmat məktəbinə üzvlüyə yazılıb və professional olaraq şahmatla məşqul olub.
Aikido idman növünə isə maraqı hal-hazırki idman müəllimi 2-ci Dan qara kəmər
ustası Süleymanlı Tural müəllim tərəfindən aşılanıb. Hal-hazırda “Sakura Aikido
School”-da aikido ilə məşqul və bir çox nəaliyyətlər qazanıb. Azər həmçinin
xarici dillərə də maraq göstərir . Hal-hazırda həm ingilis, həm də rus dilləri
ilə məşqul olur.İsmayılzadə Azər 2014-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi
məktəbə qəbul imtahanını müvəffəqiyyətlə verəcək 5 yaşından A.Hüseynzadə adına
20 N-li litsey-məktəbin 1 sinfinə qəbul olub. Hal-hazırda bu məktəbin lV a
sinfində təhsil alır. Azər məktəblərində tədris olunan dərsləri əla qiymətlərlə
oxuyur . Onun ən sevdiyi fənlər riyaziyyat və ən ingilis dilidir. Azər 1-ci
sinifdə oxuyarkən məktəblərində keçirilən Əlifba bayramında “Ə” hərfi rolunda
çıxış edib, həmçinin bir çox digər səhnəciklərdə uğurlu çıxışlar edib. Azər bu
il IV siniflər arasında keçirilən bilik yarışmasında sinifəri adından çıxış
edib.O, 20 noyabr 2017-ci il tarixində İctimai televiziyanın “Sabahınız Xeyir”
verilişində Beynalxalq Uşaq Hüquqlarının müdafiəsi gününə həsr olunmuş tədbirdə
məktəblərini təmsilən çıxış edib. Onun həyatında ən uğurlu günlərdən biri də
şahmat yarışında qalib gəlib 1 yerə laiq görüldüyü gündür. Azər 2017-ci ildə Azərbaycan
Respublikası Həmkarlar İttifaqının Respublika Şahmat-Dama klubunun keçirdiyi
yarışda lV dərəcə üzrə 1 yeri tutub və Respublika Şahmat-Dama klubu tərəfindən
diplomla və medalla təltif olunub. Eyni zamanda Azər 2014-2015- ci tədris ilini
müvəffəqiyyətlə bitirdiyi üçün sertifikatla təltif olunub.Azər bu günə qədər əldə
etdiyi uğur və nailiyyətlərə görə özünü müəllimlərinə və valideynlərinə borclu
hesab edir. O, daim çox çalışıb, daha da çox bilik və nailiyyət əldə edərək
valideynləri kimi savadlı bir insan olmaq arzusundadır.Valideynləri Azərə peşə
seçimi ilə bağlı tam sərbəstlik veriblər və deyiblər ki, hansı peşəni seçməyindən
asılı olmayaraq o sahədə daim ən yaxşı mütəxəsis olmaq üçün çalışmaq
lazımdır.Ona görə də Azər hər hansı bir sahə ilə məşğul olan zaman əlindən gələnin
ən yaxşısını etməyə çalışır. Azər gələcəkdə savadlı bir iqtisadçı olmaq istəyir.
O, bu fikirə 8 yaşından qərar verib. Asudə vaxtlarında uşaq ensiklopediyası, uşaq klassik ədabiyyatına aid kitablar oxumağı, şahmat oynamağı, televizorda
bilik yarışlarına baxmağı çox sevir. Onun tətil günlərində dostları və qardaşı
ilə futbol oynamaq ən sevdiyi məşğuliyyətlərindəndir.
Azər tarixi abidələrin şəkillərini çəkməyi çox sevir. Orta məktəbi müvəffəqiyyətlə bitirib, ali təhsil almaq və savadlı bir şəxs olaraq cəmiyyətdə yer almaq istəyir. O, tarixin yaddaşında qalmaq üçün ən sürətli təyyarəni icad etmək niyyətindədir.
Azər tarixi abidələrin şəkillərini çəkməyi çox sevir. Orta məktəbi müvəffəqiyyətlə bitirib, ali təhsil almaq və savadlı bir şəxs olaraq cəmiyyətdə yer almaq istəyir. O, tarixin yaddaşında qalmaq üçün ən sürətli təyyarəni icad etmək niyyətindədir.
Комментариев нет:
Отправить комментарий