Minayə ailənin ikinci övladıdır. Təbii ki, hər bir övladın arzusu valideyinlərinin adını gələcəkdə yaşatmaqdır. Ona görə də atası ilk gündən qızına anasının adını qoyacağını bildirmişdi. Yoldaşı da bu qərara hörmətlə yanaşdı. Beləliklə, qızının adını nənəsinin şərəfinə Minayə qoydular.
Minayə körpəlikdə çox sakit, utancaq uşaq olub.
Özündən iki yaş böyük qardaşı Cavidlə oynamağı xoşlayırdı. Hər zaman yeni
şeylər öyrənməyə can atır, hamının sevgisini qazanmağa çalışır. Artıq 4-5
yaşında Minayə əlifbanı bilir, tam saymağı bacarırdı.
O, əvvəldən
bütün yaşıdlarından güclü yaddaşı və səlist danışmağı ilə seçilirdi. Əzbər
söylədiyi şeirlər hamıda heyranlıq doğururdu. Anası qızına sərf etdiyi əməyin
hədər getmədiyini görüb, fərəh hissi keçirirdi. Yəqin ki, bu gözəl şeir demək
qabiliyyəti ona ansından keçib, çünki, o da məktəb illərindən hər zaman şeir müsabiqələrində
iştirak edib, fəxri fərmanlar qazanardı.
Minayə ilə bağlı
bir anı sizinlə bölüşməyə bilmərik. Avqust ayı idi. Hər bir valideyin kimi
valideyinləri 6 yaşlı Minayəni məktəbə yazdırmaq üçün evlərinə ən yaxın olan
məktəbə getdilər. Bu yeni tikilmiş məktəbin Heydər Əliyev adına lisey və
şagirdlərin bura yalnız imtahan yolu ilə qəbul olunduğundan tam xəbərsiz
idilər. Binaya daxil olub sənədləri və ərizəni təqdim edəndən sonra Minayə ilk
dəfə olaraq müəllimlər qarşısında dayanaraq suallara cavab verməyə başladı.
Adını və soyadını soruşandan sonra ilk sual riyaziyyatla bağlı oldu.
Müəllim ondan
iki-iki saymağı tələb etdi. Minayə də
təmkimlə saymağa başladı. 16-ya qədər sayandan sonra müəllim indi də iki-iki
geri saymağı tələb etdi. O, eyni ardıcıllıqla
geri saydıqdan, toplama və çıxma ilə bağlı sualları tam sərbəst
cavablandırandan sonra müəllimlərin üzündəki heyranlıq heç vaxt gözünün
önünüdən çəkilmir. Sonra əzbər söylədiyi şeirlərlə, danışdığı nağılla və ümumi
dünya görüşü ilə müəllimlərin rəğbətini qazanaraq ən yüksək balla liseyin I
sinfinə qəbul olundu. Bu gün valideyinlərinin və əlbəttə ki, Minayənin də
həyatında ən xoşbəxt və unudulmaz bir gün kimi xatirələrə həkk olundu
Minayə iki il
Azərbaycan və müasir rəqslər üzrə Günəş rəqs qrupunda çıxış edib. Sonra isə iki
ilə yaxın rəsm dərnəklərində öz fantazyalarını rəngli boyaların köməyi ilə ağ
kağıza köçürüb. İndi isə S. Rüstəmov adına musiqi məktəbində fortepiano üzrə V
sinifdə oxuyur. Musiqidə də uğur qazanmağı qarşısına məqsəd qoyan Minayə artıq
məktəb üzrə təşkil olunmuş konsetrlərdə bir neçə dəfə iştirak edərək hamının
rəğbətini qazanıb.
Minayə Mətləb
qızı Abdullayeva 1997-ci ildə noyabrın 20-də Salyan rayonunda dünyaya
gəlmişdir. İndi isə Bakı şəhəri Xətai rayonunda qeydiyyatdadır və burada
yaşayır. H. Əliyev adına liseyin VIII sinfində oxuyur. Dərs əlaçısıdır və eyni
zamanda sinif nümayəndəsidir. Asudə vaxtlarında Minayə daha çox qiraətlə məşğul
olur. Vətənpərvərlik mövzusunda olan şeirləri oxumağı daha çox xoşlayır. Vətən,
Ana, Qarabağ haqqında yazılan şeirləri söyləyəndə insan hissə qapılmaya bilmir.
Həqiqətən
söylədiyi şeirlə dinləyicinin qəlbinin ən həssas tellərinə toxunmağı bacarır.
Yəqinki, anasının
filoloq olmağı və atasının tarix fənninə böyük məhəbbəti Minayədə də humanitar
fənlərə həvəs yaratmışdır.
O, dərslərini
yaxşı oxuyur. Azərbaycan dili, ədəbiyyat, coğrafiya, riyaziyyat, tarix və
xarici dil onun ən sevimli fənləridir.
Məktəbdə təşkil olunmuş teatr tamaşalarında, Qırmızı papaq nağılında Qırmızı
papaq qız rolunda, ingilis dilində səhnələşdirilmiş Sindrella nağılında
Sindrella rolunda və bir çox digər tamaşalarda aparıcı kimi çıxış edib.
Onun ən uğurlu
günlərindən biri də fortepiano üzrə imtahan verdiyi gündür. Fortepiano
ixtisasından imtahan verərkən aldığı 5 və müəllimin xoş baxışı onun heç vaxt
yadından şıxmır. O günü onun sevincinin həddi-hüdudu yox idi.
O, xoşbəxtdir ki,
onu sevən, onu başa düşən və onun qayğısına qalan ailəsi var. Arzusu ailəsinin
fəxri olub, ən yüksək nailiyyətləri əldə etməkdir. Təbii ki, o, hələ həyatda
daha çox şey öyrənməlidir. Bildikləri ilə qətiyyən kifayətlənə bilməz.
Nailiyyətlərini artırmaq üçün daim çalışmalı olduğunu çox gözəl başa düşür.
Məqsədi gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə ən yüksək
balla qəbul olmaqdır. Onun fikrincə bir insanın arzusu tarixin yaddaşında qala
bilməkdir. O da bu istəklə ailəsinə və vətəninə xeyirli övlad olmağa çalışır.
İllər sonra tarixə böyük bir şəxsiyyət kimi adını yazdıra bilsə, dünyanın ən
xoşbəxt insanı olar.
Комментариев нет:
Отправить комментарий