Qəhrəmanımızın
anası: “ - Deyirlər insanın adı onun taleyinə təsir edir. Kəmalə sözü ağıllı, kamallı deməkdir.
Bu ad bizim qızımıza çox yaraşır. Kəmalə körpəlikdə çox maraqlı uşaq idi. O rəqs
etməyi, mahnı oxumağı, şəkil çəkməyi çox xoşlayırdı. Kəmalədə şəkil çəkiməyə, rəqs
etməyə meyl 4 yaşından yaranıb. Məktəbə gedənə qədər yazıb-oxumağı çox yaxşı
bilirdi. Biz Kəmaləni “British school” ingilis istiqamətli məktəbə təyin etdikdə
o ingiliscə bir kəlmə belə bilmirdi. Müəllimlərinin nə söylədiyini başa
düşmürdü. Bundan çox narahat olurdu. Lakin bir ay ərzində sinifdə ən yaxşı
şagirdlər arasında o da var idi”.
10 noyabr 2001-ci
ildə Bakı şəhərində dünyaya gələn Kəmalə Rövşən qızı Hacıyeva “British School”
məktəbinin şagirdidir. Bütün dərslərini yaxşı oxumağa çalışır və buna nail olub.
Ən çox sevdiyi fənn tarix və ingilis dilidir. Məktəbin xor qrupunun üzvüdür. Məktəbdə
keçirilən bayram tədbirlərdə fəal iştirak edir.
Mənim ən
uğurlu günüm ilk dəfə 11 iyul 2009-cu ildə II yerə görə mükafatlandırıldığım
iki diplom idi: “This award is presented for taking part in the ballrace”, “This
award is presented for taking part in the froqrace”
Kəmalə: “ -
2011-ci ilin dekabrında mən “For working Hard” yarışmasında “You a star” fəxri
adına layiq görülmüşəm. Şeir yazmağı çox xoşlayıram və çoxlu mütaliə etdiyimə
görə asanlıqla qafiyəni tuta bilirəm. Mənim atam da şeir yazmağı çox xoşlayırdı.
O çox istedadlıdır. Gözəl piano çalır, şəkil çəkir. Mən də ona oxşamaq istəyirəm.
Gələcəkdə ürək-damar cərrahı olmaq və insanlara kömək etmək istəyirəm. 2
yaşımdan bu arzudayam.
Asudə
vaxtlarımda kitab oxumağı, rəqs etməyi, bilgisayarda lahiyələr araşdırmağı, şəkil
çəkməyi, gənclər üçün gözəl paltarların dizaynını verməyi xoşlayıram. “British
school news” jurnalının birinci səhifəsində mənim şəklim və haqqımda
informasiya verilmişdir.
Milli rəqsləri ifa etməyi çox sevirəm. Deyilənə görə
pis rəqs etmirəm. Mən gələcəkdə çox istedadlı cərrah və hobbi olaraq dizayner
olmağı planlaşdırıram. Bildiyim kimi həkimlərin çoxu şeir yazır, şəkil çəkir. Ümumiyyətcə
cərrahlıq özü də bir incəsənətdir. Bunun üçün çox işləmək çalışmaq və öz işinlə
insanlara faydalı olmaq vacibdir”.
Комментариев нет:
Отправить комментарий